Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Vaşinqton poçtunun saxta məktubları

Vaşinqton poçtunun saxta məktubları

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

"The Washington Post" qəzeti yenə də COP29 üzərindən Azərbaycana hücum etməyə çalışıb. Qəzet "Cənubi Qafqazın kiçik neft ölkəsində BMT-nin ən böyük iqlim sammiti" keçirməsindən yenə də "narahat" olub. Halbuki bu qəzet özü dünyanın ən böyük neft ölkələrindən birində - Amerika Birləşmiş Ştatlarında nəşr olunur.

Bu qəzet Ağ Evdən, Konqresdən, Dövlət Departamentindən reportajları ilə məşhurlaşmışdı. Hətta prezident kiçik Corc Buşa "qoşulub" zamanında İraqa - kimyəvi silah "axtarmağa" da getmişdi. Həm də axtardığının orda olmadığını bilə-bilə. Oxucularını bu yalana inandıqmaq üçün qısa bir müddətdə 27 redaksiya məqaləsi dərc etmişdi.

Qısacası, bu nəşr Azərbaycan bir "neft ölkəsi" kimi tanıyırsa, o "petrostate" ifadəsini əvvəlcə elə öz ölkəsi - ABŞ haqqında işlətməlidir, elə deyilmi?!

"The Washington Post" - Amerikanın ən "qədim" qəzetlərindən biridir. 1877-ci ildə yaradılıb. Yəni bizim "Əkinçi"dən iki il sonra. Həmin o "petrostate" ölkəsində neft pullarının hesabına bu günə qədər gəlib çıxıb. Amma həmişə biznes ailələrinə məxsus və siyasi konyukturadan asılı olduğuna görə, iqtisadiyyatda dalğalanmalardan və hakimiyyət dəyişikliklərindən kədərli nəsibini alıb. Yaşadığı böhranların qəzeti aqressivləşdirdiyini anlamaq olar. Ancaq bu aqressiyanın ünvanı bir çox (ya da lap çox!) hallarda yanlış seçilib. İndiki kimi.

2013-cü ildə Qremm ailəsi qəzeti 250 milyon dollara Amazonun sahibi Ceffri Bezosa satdı. Çünki artıq böhran dərinləşirdi. Qəzet həmin vaxta qədərki bir ildə 6,5 faiz oxucu itirmişdi. Doğrudur, nəşrin sahibləri bunu onlayn platformalarla rəqabətə bağlayırdılar (ki, bu faktor bütün dünyada var), ancaq başqa nəşrlərdə hətta tirak artıb.

Əslində səbəb Post-un qeyri-obyektivliyə meyl etməsi, dürüstlüyünü daha çox itirməsi, daha da pisi, Demokratlar Partiyasının ruporuna çevrilməsi olmuşdu. Son prezident seçkilərində də kampaniyanın sonuna hardasa bir həftə qalmış Post namizədlərdən heç birini müdafiə etməmək qərarı verdi. Nəticədə öz abunəçilərinin 8 faizini və bir sıra məşhur köşə yazarlarını və redaktorlarını itirdi. Bu ərəfədə nəşrin nümayəndəsi Donald Trampla görüşmüşdü. Artıq Demokratların uduzduğuna əmin olduqdan sonra Trampın hüzuruna tövbə etməyə getmişlər.

Bu hadisə qəzetin onsuz da son vaxtlar azalan nüfuzuna daha bir zərbə vurdu. Qəzetin sahibi Ceffri Bezosun xüsusi məqalə ilə çıxış edib, izahat verməsi, naşirin açıqlamaları bu mənfi nəticələrin qarşısını ala bilmədi. Donald Tramp da artıq tövbəyə inanacaq deyildi. Çünki Trampın birinci hakimiyyəti dövründə də bu qəzet Respublikaçıların, şəxsən Trampın əleyhinə qara piar kampaniyası aparmaqla məşğul olmuşdu. Eyni zamanda 2024-cü il seçki kampaniyasında da Bayden cəbhəsindən Trampa "atəş açırdı". Seçki kampaniyası boyu - son qərara qədər Respublikaçılara və onun namizədinə qarşı faktik siyasi terrorun önündə gedirdi.

Cozef Bayden, heç şübhəsiz, ABŞ-ın ən uğursuz prezidentlərindən biri (bəlkə də birincisi) oldu. Çünki onun hakimiyyəti dövründə ölkədə qiymətlər artdı, sosial qütbləşmə dərinləşdi, dövlət borcu çoxaldı, iqtisadi və maliyyə reqressləri bir-birini əvəz etdi. Xarici siyasət isə tamamilə iflasa uğradı. O, öz xarici siyasətini müharibələr üzərində qurdu. Rusiya ilə Ukrayna arasında müharibə, bunun Avropaya, bütün dünyaya sarsıdıcı təsiri göz qabağındadır. Bu gün 48 milyonluq Ukrayna cəmiyyətinin 12 milyon nəfərdən çoxu - dörddə biri öz ev-eşiyindın didərgin düşüb. Milyonlarla Ukraynalı başqa ölkələrə üz tutub. Bir milyona yaxın Ukraynalı isə müharibədə həlak olub, yaralanıb, əsir, girov və itkin düşüb. Ukrayna rəsmi mənbələrinin məlumatına görə, təkcə on min uşaq Ukraynadan oğurlanıb. Halbuki Bayden administrasiyası Ukraynaya xoşbəxtlik və Avropa ailəsinə üzvlük vəd etmişdi.

Prezident Baydenin hakimiyyəti dövründə ABŞ təkbaşına supergüc statusunu itirdi, Çin gücləndi. Hindistan, Braziliya kimi aktorlar ortaya çıxdı. Avropa İttifaqı həm iqtisadi, həm siyasi baxımdan zəiflədi. Rusiya və Çin öz ətrafında xeyli orta böyüklükdə ölkələri toplamağı bacardı. Bu, ABŞ-ın Yaponiya, Cənubi Koreya kimi ənənəvi müttəfiqlərini çətin vəziyyətə saldı. Koreya yarımadasında iki Koreya arasında, Çinlə separatçı Tayvan hökuməti arasında, eləcə də, Yaponiya ilə Rusiya arasında hərbi-siyasi gərginlik artdı. Şimali Koreyanın Ukrayna mübaribəsinə qoşulması və Vaşinqtonun buna bəyanatdan bsşqa bir cavab verə bilməməsi, müharibənin Avropa-Asiya qitələrarası toqquşma riskinin yaranması, İsrail-İran qarşıdurmasının kəskinləşməsi, Qəzza dramı, Qırmızı dənizdə husilərin Qərb güclərinə meydan oxuyacaq həddə aktivləşməsi, Amerika ordusunun hakimiyyəti Talibana verib Əfqanıstandan qaçması, Afrikanın bəzi ölkələrindən çəkilməsi, dolların qlobal hökmranlığının zəifləməsi və sair və ilaxır. Bunların hamısı Cozef Bayden hakimiyyəti dövründə olan uğursuzluqların tam olmayan siyahısıdır. Eləcə də, yanlış siyasətlə Gürcüstanın faktik itirilməsi, Venesuela böhranında Ağ Evin və Dövlət Departamentinin gücsüz qalması da bura əlavə olunmalıdır. Bundan başqa Azərbaycana qarşı məlum 907-ci düzəlişin bərpa olunması, Ermənistanın Azərbaycana qarşı silahlandırılıb, yeni müharibəyə həvəsləndirilməsi, 5 aprel avantürası, Avropa İttifaqının da bu "miniMarşal" planına qoşdurulması, Ermənistanı guya Rusiyanın təsirindən çıxarmaq kimi bir illüziya üzərində strategiya qurulması, Türkiyəyə qarşı haqsız, əsassız və effektsiz sanksiyalar...

Bayden administrasiyasının yanlışlarını saymaqla bitmir. Ağ dənizdə Yunanıstanı Türkiyəyə qarşı müharibənin astanasına gətirib çıxaran da Bayden-Blinken cütlüyü oldu. Türkiyə intensiv səylər, diplomatik çeviklik göstərərək, vəziyyəti həll etdi. Yoxsa bölgədə daha bir savaş çıxacaqdı.

Bütün bunlar "The Washington Post" qəzetinin gözləri qarşısında baş verirdi. Ancaq biz Bayden hökumətinin bu yanlışlıqlarının obyektiv tənqidinə nəşrdə rast gələ bilmədik. Əksinə nə fiziki, nə koqnitiv imkanları ABŞ-ı idarə etməyə yetərli olmayan bir prezidenti bu qəzet görməməzliyə vururdu. Amma Donald Trampın hakimiyyəti dövründə tam bir "aslan kəsilmişdi". Anonim "mənbələr"ə əsaslanaraq yoxlanılmamış məlumatlar yayırdı.

Məsələn, "The Washington Post" 2018-ci ildə prezident Donald Trampın guya Latın Amerikası mənşəli şəxslərə pasport verilməsini qadağan etməsi haqda saxta material dərc etmişdi. Dövlət Departamentinin müdaxiləsindən sonra həmin materialda dəfələrlə düzəliş edilmiş və yenidən redaktə olunmuşdu. Bu cür faktlar qəzetin xüsusilə Respublikaçılara qarşı münasibətində dəfələrlə özünü göstərib. Çoxlu misallar gətirib, yazını daha da uzatmaq istəmirəm.

Tez-tez yalan məlumatlar yaydıöına, Respublikaçıkar əleyhinə mənfi rəylərə, təbliğat materiallarına daha çox yer ayırdığına görə bu qəzet "Demokratların yalan maşını" adlandırılmışdı. Qəzet tez-tez siyasi simpatiya və antipatiyalarını dəyişirdi. Ötən əsrin 60-80-ci illərində qəzet sol mövqedəydi. Buna görə "Pravda"ya da bənzədilmişdi. Sonralar qəzet sağa meylləndi. Son seçkilər zamanı isə "The Washington Post" ozünü daha da gözdən saldı. Kampaniya boyu Demokratların əvvəlcə bir, sonra da başqa namizədini təbliğ edirdi, sona yaxın Kamala Harrisin uduzduğunu görüb, "batan gəmini" tərk etməyə çalışdı. Bu da elə öz oxucularının, öz əməkdaşlarının etirazına səbəb oldu. Qəzet oxucu marağına deyil, sahibinin biznes maraqlarına uyğun mövqe seçdi. Bu da bir növ reneqatlıq kimi çıxdı.

Beləliklə, "The Washington Post", eləcə də, "The Economist" və sair nəşrlər özlərini süddən çıxmış ağ qaşıq kimi göstərə bilməzlər. Qlobal miqyasda, eləcə də, Amerikanın öz daxilində bir çox yanlış qərarların və mənfi proseslərin dəstəklənməsində bu nəşrlərin payı var. Bu səbəblərdəndir ki, hazırda ümumilikdə ABŞ-da öz mediasına etibar edənlərin sayı heç 40 faizə çatmır. Bu tendensiya getdikcə güclənir. Artıq Qərbin media nəhəngləri heç də uzaqxan göründüyü qədər nəhəng deyillər.

Elə bax, bu "The Washington Post" - "Vaşinqtonun poçtu" deməkdir. Ancaq bu boyda "poçt" öz yolunu azıb saxta məktublar yayır. Ən pisi də odur ki, o saxta məktubları yazan da elə özüdür.

Bahəddin Həzi, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Noyabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri