Icma.az
close
up
RU
Vaşinqton razılaşmaları Azərbaycanın beynəlxalq siyasətdə fəal oyunçu olduğunu göstərdi ŞƏRH

Vaşinqton razılaşmaları Azərbaycanın beynəlxalq siyasətdə fəal oyunçu olduğunu göstərdi ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 8-də Vaşinqtonda baş tutan üçtərəfli görüş, - Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan mühüm sənədlər, - Cənubi Qafqazın siyasi tarixində yeni səhifə açır. Strateji tərəfdaşlıq memorandumu, sülh sazişinin paraflanması və üçtərəfli Birgə Bəyannamə yalnız konkret diplomatik aktlar deyil, həm də bölgədə uzunmüddətli sülh, sabitlik və iqtisadi inkişafın bünövrəsini qoyan tarixi addımlardır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

O qeyd edib ki, bu uğurların təməlində Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər dayanır. İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyünü təmin edən Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaratdı. Ermənistanın illərlə davam edən işğal siyasəti iflasa uğradı, onun Rusiyadan asılılığı zəifləməyə başladı və sülh üçün real zəmin formalaşdı. Azərbaycan isə qalib dövlət kimi yalnız hərbi deyil, həm də siyasi gündəliyi müəyyən edən tərəfə çevrildi.

“Vaşinqton sammiti həm də Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini təsdiqlədi. Bayden-Blinken administrasiyası dövründə erməni diasporunun təsiri ilə yürüdülən qərəzli siyasət iki ölkə münasibətlərinə ciddi zərbə vurmuşdu. Lakin Prezident Tramp dövründə bu yanlış kurs dəyişdirildi, Azərbaycanla münasibətlərin bərpası və inkişafı üçün ardıcıl addımlar atıldı. Sammit çərçivəsində imzalanan “Strateji Tərəfdaşlıq Xartiyası”nın hazırlanması barədə Anlaşma Memorandumu iki ölkənin əməkdaşlığını enerji, ticarət, müdafiə, süni intellekt və rəqəmsal infrastruktur kimi prioritet sahələr üzrə daha da dərinləşdirəcək”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidentinin görüş zamanı “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqini dayandırması isə ikitərəfli münasibətlərdə psixoloji baryerlərin aradan qalxmasının simvolu oldu. Uzun illər Azərbaycana qarşı ədalətsiz sanksiya kimi istifadə olunan bu düzəlişin dayandırılması ölkəmizin diplomatik iradəsinin və müstəqil siyasətinin qələbəsidir.

“Vaşinqton görüşünün ən önəmli nəticələrindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun razılaşdırılmasıdır. Adından asılı olmayaraq, bu layihə, əslində, uzun illərdir gündəmdə olan Zəngəzur dəhlizidir. Dəhliz yalnız Azərbaycanın daxili əlaqəsini bərpa etmir, həm də Türkiyəni Cənubi Qafqaz və Mərkəzi Asiya ilə, Avropanı isə Çinlə birləşdirəcək beynəlxalq nəqliyyat xəttinin vacib hissəsinə çevrilir. Bu, həm iqtisadi, həm də siyasi baxımdan regionun güc balansını dəyişdirən layihədir”, - deyə Müşfiq Məmmədli vurğulayıb.

Vaşinqtonda imzalanan sənədlərin Ermənistan qarşısında da konkret öhdəliklər qoyduğunu diqqətə çatdıran deputat əlavə edib: “Ən əsas şərt - Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bu addım atılmadan yekun sülh sazişinin imzalanması mümkün deyil. Lakin bu məsələ Ermənistan daxilində, xüsusilə diaspor və radikal müxalifət dairələrində ciddi narazılıq doğurur. Ermənistan bu öhdəlikdən yayınmağa çalışsa, həm ABŞ-la münasibətlərində, həm də beynəlxalq layihələrdə təcrid vəziyyətinə düşəcək”.

M.Məmmədli hesab edir ki, Vaşinqton platformasının uğuru bəzi güc mərkəzlərinin maraqlarına ziddir. Xüsusilə Rusiya və İranın bəzi strukturları Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, bunu bölgədə təsir imkanlarının azalması kimi qiymətləndirirlər. Lakin Azərbaycan diplomatiyası göstərib ki, heç bir xarici təzyiq ölkənin milli maraqlarından geri çəkilməsinə səbəb ola bilməz.

“Azərbaycan Prezidentinin ABŞ səfəri çərçivəsində SOCAR ilə “ExxonMobil” arasında imzalanan əməkdaşlıq memorandumu enerji sektorunda münasibətlərin daha da genişlənəcəyini təsdiqləyir. Ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji, süni intellekt, müdafiə və tranzit sahələrində də əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Bu, Azərbaycan iqtisadiyyatına yeni sərmayə axınının əsasını qoyur.

Vaşinqton görüşü, əslində, destruktiv qüvvələrin uzun illər davam etdirdiyi təcrid siyasətinin iflası deməkdir. Azərbaycan yalnız müharibədə deyil, sülh masasında da qalib gəldiyini sübut etdi. Prezident İlham Əliyevin strateji baxışı, qətiyyətli mövqeyi və beynəlxalq münasibətlərdə praqmatik yanaşması nəticəsində ölkəmiz həm regional, həm də qlobal miqyasda nüfuzunu möhkəmləndirib. Qalib dövlətin lideri bu dəfə də sülhü qazanaraq tarixə mühüm diplomatik zəfərlə düşdü. Vaşinqtonda imzalanan razılaşmalar göstərir ki, Azərbaycan artıq yalnız regionun deyil, beynəlxalq siyasətin fəal oyunçusudur və bu mövqeyini daha da gücləndirməyə davam edəcək”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see283

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see185

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see154

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see151

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see145

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see137

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see136

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see133

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see130

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri