Icma.az
close
up
RU
Vaşinqton rəsmi Bakı ilə işləməyə hazırdır ŞƏRH

Vaşinqton rəsmi Bakı ilə işləməyə hazırdır ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yüksək səviyyəli münasibətlərin qurulması hər iki dövlət üçün faydalıdır


Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Novruz bayramı münasibəti ilə dövlət başçımızı və Azərbaycan xalqını təbrik edən D.Tramp ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram. 

Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır". Qeyd edək ki, Azərbaycan Prezidenti ABŞ ilə münasibətlərdən ADA Forumunda ətraflı danışıb. Dövlət başçısı bildirib ki, ABŞ ilə münasibətlər Respublikaçılar administrasiyası dövründə daha konstruktiv olub, lakin Bayden-Blinken komandası dövründə münasibətlər dərin böhran yaşayıb və bu, Vaşinqtonun anti-Azərbaycan siyasəti ilə bağlıdır: “Bayden-Blinken administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhran vəziyyətində olan münasibətlər kimi səciyyələndirilə bilər. Bunun səbəbkarı biz deyildik. Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik. Bu, cənab Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin yürütdüyü anti-Azərbaycan siyasəti və Prezident Bayden administrasiyasında olan anti-Azərbaycan mövqeli bir çox şəxslər üzündən baş verdi. Mən Azərbaycanda məyusluğa səbəb olmuş müxtəlif faktları qeyd edə bilərəm. Düşünürəm ki, cəmi birini - Azərbaycana qarşı sanksiyaların yenidən necə tətbiq olunmasını söyləmək kifayətdir". Ölkə rəhbəri vurğulayıb ki, birinci prezidentlik dövründə Tramp administrasiyası ilə işləməklə bağlı çox müsbət təcrübə var: "Bəli, münasibətlərimiz istədiyimiz kimi fəal deyildi, lakin bu, birinci prezidentlik dövrü idi. İndi Prezident Tramp və komandası Avropa İttifaqının ona qarşı riyakarlığını gördü, Avropa liderlərinin xanım Harrisi dəstəkləməklə ona qarşı sövdələşmənin arxasında necə durduğunu gördü, beləliklə, o, bunu öz üzərində hiss etdi". Azərbaycan Bayden administrasiyasının qərəzli siyasətindən sonra Trampın yenidən prezident seçilməsi ilə ABŞ-la münasibətlərin düzələcəyinə və daha balanslı yanaşmanın olacağına ümid edir. 


AMİP Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Oruclu "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin iki gün öncə ADA-da düzənlənən "Yeni dünya nizamına doğru" Beynəlxalq Konfransında çox aktual məsələlərə toxunmaqla həm də Azərbaycanın konkret mövqeyini bir daha aydın səsləndirdi. Ekspert vurğulayıb ki, tədbirdə toxunulan problemlərdən biri də qlobal dünyada vacib olan Ağ Evin yeni sahibinin yürütdüyü xarici siyasətdir: 

"Əvvəlki prezident Baydendən fərqli olaraq prezident Trampın daha çevik milli maraqların təmin olunması istiqamətində praqmatik baxışları Azərbaycan üçün də əhəmiyyət kəsb edir. Rəsmi Bakı ABŞ-Azərbaycan əlaqələrinin qarşılıqlı maraqların təmin edilməsi istiqamətində inkişaf edəcəyinə ümid edir. Bu, həm də Azərbaycanın geopolitik mövqeyinə, sərgilədiyi xarici siyasətinə, geniş resurslarına, gücünə və qarşıya qoyduğu hədəflərin səmərəliliyinə və göstərdiyi iradəyə əsaslanır. Vaşinqtonun Bakı ilə işləməyə hazır olması rəsmi mesajı verildi. Prezident D.Trampın dövlət başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubunda Amerikanın  yeni rəhbərinin Azərbaycana önəm verdiyi xüsusi vurğulanır. Bu, gələcək əlaqələrin müsbət inkişaf dinamikasından xəbər verir". 


Analitik vurğulayıb ki, yüksək səviyyəli münasibətlərin qurulması hər iki dövlət üçün faydalıdır: 

"Xüsusən də Birləşmiş Ştatların Cənubi Qafqazda təmin edilməsi baxımından əlverişli imkanlar yaradır. Təbii ki, belə münasibətlərdən Ermənistan və onun Fransa başda olmaqla bəzi havadarları narahat olacaq və buna qarşı hərəkətə keçəcəklər. Lakin Trampın xarakterindəki qətiyyəti və prinsipiallığı nəzərə alaraq, bütün bu cəhdlərin iflasa uğrayacağı qınaətindəyəm. Digər tərəfdən, məktubdan da göründüyü kimi Ağ Ev rəhbəri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməklə yanaşı Azərbaycanın regiona sülh gətirmək üçün səylərini alqışlayır. Realist siyasi xətt yürüdən prezident D.Tramp sələfindən fərqli olaraq Cənubi Qafqaza daha obyektiv və real baxır. Ümid edək ki, "Azadlığa Dəstək" Aktına edilmiş ədalətsiz 907-ci düzəlişin də aradan qaldırılması mümkün olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Aprel 2025 07:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri