Icma.az
close
up
RU
Vaşinqton Riyad xəttində F 35 mərhələsi: ABŞ nin strateji hədəfi nədir?

Vaşinqton Riyad xəttində F 35 mərhələsi: ABŞ nin strateji hədəfi nədir?

Icma.az, Gununsesi saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcılarının satılacağını təsdiqləyib.

Bu qərar vəliəhd şahzadə Məhəmməd bin Salmanın Vaşinqtona gözlənilən səfəri ərəfəsinə təsadüf edir.

Ər-Riyad ABŞ-dən təhlükəsizlik zəmanəti almağa çalışır.

İsrail isə münasibətlərin normallaşdırılması baş vermədən Səudiyyə Ərəbistanına  F-35 satışına qarşı çıxır.   Qeyd edək ki, Bayden dövründə müzakirə olunan bu satış həmin vaxt baş tutmamışdı.

Bəs görəsən, ABŞ-nin Səudiyyə Ərəbistanına F-35 satışı qərarının əsas strateji hədəfi nədir?

Bu satış ABŞ–Səudiyyə münasibətlərində yeni təhlükəsizlik arxitekturasının başlanğıcı kimi qiymətləndirilə bilərmi?

Burada məsələ bir qədər açıqdır. Yəni Tramp özü çıxışında İran təhdidinə istinad edib. O, F-35 satışı həm də ona görə edir ki, Səudiyyəni daha güclü müdafiəçi tərəfdaş kimi möhkəmləndirmək istəyir. Belə bir əməkdaşlıq, ABŞ üçün İranla rəqabətdə strateji üstünlük deməkdir.

Başqa cür isə ABŞ Səudiyyə ilə “strateji müdafiə razılaşması” qurmaq istəyir ki, Riyad regionda öz müdafiəsinə birbaşa daha çox məsuliyyət götürsün.

Bu, həmçinin ABŞ-nin regiondakı müdafiə yükünü yüngülləşdirə və Çin kimi yüksələn güclərin bölgədə təsirinin artmasının qarşısını almağa yönəlmiş bir addım ola bilər.

Digər tərəfdən, bəli, bu, satış yenidən formalaşan təhlükəsizlik arxitekturasının bir hissəsi kimi qiymətləndirilə bilər. Çünki Tramp Səudiyyəni “major non-NATO” ABŞ müttəfiqi elan edib. Bu, Səudiyyənin strateji əhəmiyyətinin rəsmi tanınmasıdır və gələcəkdə daha dərin hərbi əməkdaşlıq üçün hüquqi institusional baza yaradır. Üstəlik, ABŞ yalnız Səudiyyəni silahlandırmır, həm də ona “zəmanətlər” verir.

Bu zəmanətlər isə Səudiyyə üçün ABŞ-ın müdafiəyə daha ciddi şəkildə iştirak etməsi anlamına gəlir.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Noyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see600

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see287

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see236

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see213

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see205

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see167

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri