Icma.az
close
up
RU
F 35 gərginliyi: İsrail Ər Riyad satışına şərt qoydu

F 35 gərginliyi: İsrail Ər Riyad satışına şərt qoydu

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail Vaşinqtonun Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcılarının satışı ilə bağlı razılıq əldə edəcəyi təqdirdə, ABŞ-dan əlavə təhlükəsizlik təminatları tələb edəcək.

Bu barədə "Axios" portalı İsrail rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.

Portalın həmsöhbətlərindən birinin sözlərinə görə, “F-35 qırıcısının Səudiyyə Ərəbistanından İsrailə uçması cəmi bir neçə dəqiqə çəkir”.

İsrail krallığa veriləcək beşinci nəsil döyüş təyyarələrinin ölkənin qərb hissəsində - İsrailə ən yaxın məsafədə yerləşən Səudiyyə hərbi-hava bazalarında yerləşdirilməməsini tələb edəcək. Qeyd edək ki, İsrail Yaxın Şərqdə F-35 qırıcılarına sahib olan yeganə dövlətdir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Səudiyyə Ərəbistanına F-35 qırıcıları satmağı planlaşdırdığını bəyan etmişdi. Qeyd olunur ki, İsrail prinsip itibarı ilə bu satışa qarşı deyil, lakin belə bir razılaşma Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşması ilə müşayiət olunmalıdır.

Noyabrın 18-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl-Suud 2018-ci ildən bəri ilk dəfə Vaşinqtona səfər edəcək. Bloomberg agentliyinin məlumatına görə, Ər-Riyad ABŞ-dan Qətərə verilənə bənzər təhlükəsizlik təminatları almaq istəyir. Sentyabrın sonunda ABŞ prezidenti Donald Tramp bir fərman imzalayaraq Qətər ərazisinə, suverenliyinə və əsas infrastrukturuna qarşı hər hansı silahlı hücumu ABŞ-ın sülh və təhlükəsizliyinə təhdid kimi qiymətləndirəcəyini bildirmişdi.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri