Icma.az
close
up
RU
“Vaşinqton Zirvəsi son deyil”

“Vaşinqton Zirvəsi son deyil”

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Tramp maraqlı siyasətçidir: Dəli-dolu, qeyri-sabit, proqnozlaşdırılması çətin, amma ABŞ-dakı bir çox siyasətçidən daha səmimi. Xocalı Soyqırımından, Şuşa, Laçın və digər Azərbaycan əraziləri işğal edildikdən sonra, 1992-ci ilin oktyabrında Azərbaycanı Ermənistana hücum etməklə və blokadaya almaqla ittiham edən, Azadlıqlara Yardım Aktına 907-ci düzəlişi qəbul edərək Azərbaycana sanksiya tətbiq edən Konqresdən və buna göz yumaraq dəstək olan siyasi rəhbərlikdən, eləcə də özündən öncəki Demokrat hakimiyyətdən daha səmimi, daha ədalətlidir. ABŞ-nin uzunmüddətli maraqları üçün daha düzgün qərarları qəbul edən, hələlik belə görünür ki, qlobal sistem üçün ən azı daha az zərərli insandır. Dünənki danışıqlar və imzalanan sənədlərlə bağlı oynadığı rol da çox önəmlidir.
Amma hər şeyi öz adıyla çağırmaq lazımdır: Cənubi Qafqazdakı sülhün əsas memarı Tramp deyil”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi ekspert Araz Aslanlı deyib.

O qeyd edib ki, daha geniş prosesə nəzər saldıqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan (hər ikisi), xüsusən də Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsi kimi uzunmüddətli strategiyanı uğurla həyata keçirən və tarixi qələbədən sonra da regional sülhü güc nümayişindən üstün tutan Prezident İlham Əliyev bu tərifə Trampdan daha çox layiqdir: “Şübhəsiz ki, Əbülfəz Elçibəyin prezidentliyi dövründə Rus ordusunun Azərbaycandan çıxarılmağa başlanması, Heydər Əliyevin müəyyənləşdirdiyi və ustalıqla icra etdiyi balanslaşdırılmış xarici siyasət kursu (Atəşkəs, enerji layihələri və s.), 1994-cü il atəşkəsdən sonrakı dövrdə Ermənistanın və digər dövlətlərin təxribatlarına uyulmaması və müharibənin qalıcılaşmasına imkan verilməməsi, İlham Əliyevin prezidentliyi dövründə müəyyənləşdirilən və uğurla icra olunan möhtəşəm xarici siyasət (yenilənmiş balanslaşdırılmış xarici siyasət kursu) və milli təhlükəsizlik strategiyası, 44 günlük uğurlu müharibənin vaxtında başlanması və vaxtında dayandırılması (2020-ci il noyabrın 10-da, müharibənin daha da dərinləşə və uzana biləcəyi, hər iki tərəf üçün itkilərin qatlanaraq arta biləcəyi bir vaxtda), Şuşa Bəyannaməsinin imzalanması (Azərbaycan-Türkiyə birliyinin nə regionda yeni gərginliyə, nə də Ermənistanın yeni revanşizminə imkan verməyəcəyinə dair ortaq iradə nümayişi), 2023-cü ilin sentyabrında 23 saat davam edən antiterror əməliyyatı və ondan sonrakı qətiyyətli mövqe, regional sülhün qurulması üçün güclü iradə, Azərbaycanın Rusiya, İran və Fransanın güclü təzyiqlərinə boyun əyməməsi, Paşinyanın xarici (Rusiya) və daxili (keçmiş hakimiyyət, hərbçilər, kilsə və s.) təzyiqlərə boyun əyməməsi Vaşinqton prosesinin əsasını qoymuşdu”.

A.Aslanlı bildirib ki, hələ İkinci Qarabağ müharibəsi davam edərkən yazmışdım ki, qəhrəman Azərbaycan əsgərləri, Şəhidlərimiz və Qazilərimiz sadəcə ərazilərimizi ideyil, Cənubi Qafqazın gələcəyini də, bu mənada girova çevrilmiş Ermənistanın özünü də xilas edirlər: “Vaşinqton danışıqları, şübhəsiz ki, həlledici önəm daşıyır. Liderlərin də qeyd etdiyi kimi, Sülh Sazişinin imzalanması üçün liderləri bir araya gətirmək ciddi səy tələb edir. Amma sadəcə ona görə yox ki, Azərbaycan və Ermənistan liderləri özləri saziş imzalaya bilmirlər. Əsasən ona görə ki, sülh prosesinin bir hissəsi olmaq təkcə sazişin imzalanması üçün deyil, həm də onun dayanıqlı olmasını təmin etmək. yeni regional layihələrin maddi, texniki, təhlükəsizlik və s. baxımından təminatçısı olmaq və sülh prosesinə qarşı təxribatların qarşısını almaq üçün çox vacibdir. ABŞ-nin bu prosesin bir parçası olması həm bu mənada, həm də ABŞ və Fransadakı Erməni lobbisinin təzyiqləri ilə 2020-ci il öncəsinə qayıtmaq təşəbbüslərinin zəiləməsi baxımından önəmlidir. Amma təbii ki, Vaşinqton Zirvəsi son deyil. Sülh danışıqlarında mövcud gedişat qorunmalı və Yekun Sülh Sazişi imzalanmalı, cəmiyyətlər bir-birinə yaxınlaşmalı, üçüncü dövlətlərin iştirakı ilə üçtərəfli və çoxtərəfli birgə layihələr həyata keçirilməlidir. Azərbaycan və Ermənistanın, eləcə də Türkiyə və ABŞ-nin mövcud mövqelərinin qorunması təkcə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi üçün deyil, həm də bütün Qafqazın gələcəyi, sülh, əməkdaşlıq və rəfah bölgəsinə çevrilməsi üçün nəticələrin əldə olunmasını təmin edəcək. Hər şey daha yaxşı olacaq!”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Avqust 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri