Icma.az
close
up
RU
Vaşinqtonda ADR dövrünə aid sənədlərdən ibarət sərgi təşkil edilib

Vaşinqtonda ADR dövrünə aid sənədlərdən ibarət sərgi təşkil edilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Vaşinqton, 28 may, AZƏRTAC

Azərbaycanın Müstəqillik Günü münasibətilə ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə tarixçi Dilqəm Əhmədin kolleksiyasından ibarət sərgi təşkil edilib. AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan Demokratik Respublikası (ADR) dövrünə aid 47 nadir tarixi fotoşəkil və sənəd nümayiş olunub. Tədbirdə ABŞ-da fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, ekspertlər, Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər. Dilqəm Əhməd çıxışı zamanı cəmi 23 ay fəaliyyət göstərən ADR-in yaranma prosesindən, əldə etdiyi uğurlardan danışıb. O bildirib ki, ADR-in süqutundan sonra mühacirətdə istiqlal uğrunda Azərbaycan ziyalılarının mübarizəsi başlayıb. D.Əhmədin sözlərinə görə, həmin mühacirlər Fransada, İtaliyada, Türkiyədə, ABŞ-da böyük irs qoyublar. Dilqəm Əhməd 10 ilə yaxındır bu irsi toplamaqla məşğul olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-da yaşamış azərbaycanlı mühacirlərlə də bağlı kitab yazılır və gələn il təqdimatı keçiriləcək. Müəllif sərgidə nümayiş etdirilən bütün materialların orijinal olduğunu qeyd edib.

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bildirib ki, Türkiyədə səfir olduğu müddətdə sağ qalan mühacirlər və bəzilərinin ailələri ilə görüşmək imkanı olub. Onun sözlərinə görə, İstanbul şəhəri azərbaycanlı mühacirlər üçün çox vacibdir və onlar təkcə Azərbaycanın deyil, həm də Türkiyənin maariflənməsi, bölgənin daha da inkişaf etməsi və Avropaya inteqrasiyası istiqamətində fəaliyyət göstəriblər. O, gördüyü işlərə görə Dilqəm Əhmədə təşəkkürünü bildirib. Səfirin sözlərinə görə, əcdadlarımız Azərbaycanın öz gücü hesabına ərazi bütövlüyünü, suverenliyini bərpa etməsini, müstəqil siyasət aparmasını, indiki Azərbaycan Respublikasında nələrə nail olduğunu görə bilsə, fəxr edərdilər.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri