Icma.az
close
up
RU
Vaşinqtonda Xocalıya həsr edilmiş sərgi təşkil olunub

Vaşinqtonda Xocalıya həsr edilmiş sərgi təşkil olunub

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın ABŞ-dəki səfirliyinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə Türkiyə, Özbəkistan və bir sıra ölkələrin ABŞ-dəki səfirləri və digər diplomatik korpus nümayəndələri, yerli ictimaiyyət və Azərbaycanın ABŞ-dəki diaspor təmsilçiləri iştirak edib.
Tədbirdə Azərbaycanın tanınmış rəssamı Nazim Məmmədovun Xocalı soyqırımına həsr olunmuş kolleksiyası nümayiş olunub. Tədbirin əvvəlində Xocalı soyqırımı zamanı həlak olmuş insanların və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu sükutla yad edilib.
Sonra çıxış edən Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim azərbaycanlıların başına gətirilən bu faciədən danışıb və bu qaranlıq günlərin xalqı daha da gücləndirdiyini deyib. O bildirib ki, dünyanın hər yerində yaşayan azərbaycanlılar bu günahsız ruhların təkcə xatirələrdə deyil, həm də əməllərdə yaşamasına məsuliyyət daşıyır.
Daha sonra çıxış edən “Arts Council Azerbaijan”ın direktoru Dadaş Məmmədov tədbir çərçivəsində açılmış “Xocalı harayı” adlı sərgi barədə danışaraq atası, tanınmış rəssam Nazim Məmmədovun Xocalı soyqırımına həsr etdiyi bu əsərləri həyatının 10 ili ərzində yaratdığını deyib. O, 2002-ci ildə Xocalı faciəsinin 10-cu ildönümü münasibətilə 40-a yaxın əsərlərdən ibarət sərginin Milli İncəsənət Muzeyində açıldığını xatırladaraq sərgidə Nazim Məmmədovun bununla da özünün həyat missiyasını yerinə yetirdiyini əlavə edib. O, bu sərginin bütün dünyada təşkil edildiyini bildirib və kolleksiya haqqında hekayələri danışaraq incəsənət vasitəsilə bunu nümayiş etdirməkdən məmnun olduğunu vurğulayıb.
Tədbirdə azərbaycanlı bəstəkar və pianoçu Turan Manafzadənin ifasında Abuzər Manafzadənin “Xocalıya”, Turan Manafzadənin “Mənim Azərbaycanım”, Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara dəniz”, Elza İbrahimovanın “Sən yadıma düşəndə”, “Laçın”, “Sarı gəlin” xalq mahnıları, “Nazəndə sevgilim” mahnısı, Aşıq Veysəlin “Uzun, ince bir yoldayım”, bəstəkarlar Fredrix Şopenin və Con Keycin əsərləri səsləndirilib.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Fevral 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri