Icma.az
close
up
RU
Vaşinqtonda imzalanmış tarixi sənədin ən vacib dərsi

Vaşinqtonda imzalanmış tarixi sənədin ən vacib dərsi

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları Birgə Bəyannamə bölgənin ən köklü münaqişəsinə son verməklə yanaşı, Cənubi Qafqazın gələcək iqtisadi yüksəlişinin əsasını qoyur. Siyasətdə tarix amili heç vaxt unudula bilməz, ələlxüsus da heç kim bu tarixin qanunauyğunluqlarını dəyişmək iqtidarında deyil.

Otuz ilə yaxın davam edən ədalətsizliyin və geosiyasi qüsurun da sona çatacağı şübhəsiz idi, çünki bu torpaqlar tarixən Azərbaycana məxsus olub və heç bir işğal, hətta əgər böyük və qüdrətli himayədarların dəstəyi ilə həyata keçirilibsə belə, daimi olmamalıydı. Odur ki, Azərbaycanın onillər boyu davam edən tərs gedişata öz gücü ilə son qoyması və faktiki olaraq beynəlxalq hüququn çiyinlərinə düşən yükü təkbaşına qaldırması tarixi qanunauyğunluğun bərqərar olması deməkdir.

Cənubi Qafqazın ən azı son iki əsrlik tarixi göstərir ki, bölgənin əsas tərəqqi, çiçəklənmə və transformasiya qüvvəsi Azərbaycan olub. XIX əsrin ortalarından etibarən bütün Qafqazın yeni iqtisadi formasiya və münasibətlər sisteminə - orta əsrlərin aktuallığını itirməkdə olan reallıqlarından kapitalizmə keçidinin önündə də məhz Azərbaycan xalqı dayanmaqla regionda milli dövlətləşmə prosesinə özünün tarixi töhfəsini verib. Bir əsr sonra sovetlər imperiyasının süqutunun ardınca təşəbbüskarı olduğu iqtisadi layihələr və siyasi gündəmlə coğrafiyanı SSRİ mirasından qoparıb sivil dünya ilə kooperasiyasının lokomotivi rolunda çıxış edən Azərbaycan tək özünün deyil, əvvəl qonşu Gürcüstanın, indi isə Ermənistanın yüksəlişinə əlverişli zəmin yaradır.

Azərbaycan ərazilərinin işğaldan qurtulması və suverenliyinin bərpası prosesini beş il bundan öncə - 44 günlük Vətən müharibəsi ilə çözməyə nail olub. Bunun ardınca bütün dünyaya yeni formalaşmış siyasi reallıqları qəbul etdirməyi bacarıb. Bu gün işğal illəri ərzində vəhşicəsinə talan edilib dağıdılmış şəhər və kəndlərimiz sürətlə bərpa olunur və bu yurdun sahibləri, illər öncə ölüm təhdidi altında doğma yuvasından didərgin düşmüş azərbaycanlıların qan yaddaşını yaşadan övladları genetik kodumuzun çağırışı ilə Vətən torpağına qayıdırlar. Bütün bunları Azərbaycan öz siyasi iradəsi və iqtisadi qüdrəti hesabına həyata keçirir. Bu baxımdan, Vaşinqton bəyannaməsi bir qədər fərqli prizmadan şərh edilməlidir: bölgəyə gələn möhkəm sülh iqtisadi gündəmi ön sıraya çıxarır, transmilli layihələr və qlobal təşəbbüslərə həyat vəsiqəsi verir. Bu da öz növbəsində regionu geosiyasi qütblərin aqressiv niyyətlərindən sığortalayan tarixi faktora çevrilir.

Vaşinqtonda imzalanmış tarixi sənəd erməni xalqının böyük uçurumdan xilası deməkdir. Ermənistan dövləti və erməni xalqı deyil, məhz Azərbaycan və onun lideri İlham Əliyevin humanizmi ilə. 44 gün ərzində bütün hərbi potensialı darmadağın edilən və regional dalanda ən qaranlıq küncə sıxılan Ermənistanın Azərbaycanla sülh əldə etmədən işıqlı günə çıxa bilməyəcəyi növbəti dəfə sübut olundu. Parlaq zəfər çalmış Azərbaycanın uzatdığı sülh əli erməni xalqına proqressiv, sivil, anormal milliyyətçi-şovinizmdən uzaq bir dünyaya vizit kartı verdi. Ermənistanın bu tarixi fürsətdən necə istifadə edəcəyini, yaxud edə biləcəyini qarşıdakı illərdə görəcəyik.

İndi region önündə nadir fürsət açılıb: iqtisadi tərəqqi və xalqların rifah halının yüksəlişi. Ermənistanın da bölgədə Azərbaycanın liderliyi ilə həyata keçirilən enerji və logistika layihələrinə qoşulması erməni xalqının uzunmüddətli dövr üçün qlobal iqtisadi proseslərin iştirakçısı olmasına zəmin yaradır. 30 il ərzində bütün regional kommunikasiyalardan kənarda qalmış, dünya ilə əlaqə ümidini özünün də sanksiyalar altında olduğu İrana və Gürcüstan-Rusiya sərhədindəki, ilin yarısında qapalı olan keçid məntəqəsinə bağlayan İrəvan Azərbaycanın zəngin enerji mənbələri və tranzit imkanlarına çıxış əldə etmiş olur.

Ölkələr və xalqlar arasındakı gələcək sülh gündəliyini müəyyən edən bəyannamə qlobal anlamda Vaşinqtonun liderliyinin nümayişi olmaqla yanaşı, Azərbaycanın da regional çəkisinin növbəti sübutudur. Sürətli inkişaf yolu keçən və özü ilə bütün regionu irəliyə aparan Azərbaycan, hər zaman olduğu kimi, önümüzdəki illərdə də Cənubi Qafqazla bağlı qəbul edilən və ediləcək bütün tarixi qərarların benefisiarı və sponsoru olacaq.

Tarixdə bütün müharibələr iştirakçıların iqtisadi maraqlarına görə başlayıb. Ancaq istisnalar da yox deyil. Ermənistanın başqalarının təhriki ilə Azərbaycan torpaqlarını zəbt etməsi və tarixi gedişatın məntiqinə əks gedərək işğal altında saxlamasının da heç bir iqtisadi əsası olmayıb. Bu, sadəcə, primitiv şovinizmin, tarixi miflərin və qaranlıq komplekslərin təsiri altında olan bir xalqın digərinin ərazisinə olan iddiası idi. Bütün digər amillərlə yanaşı, məhz bu məqam da göstərirdi ki, işğal daim davam edə bilməz, çünki iqtisadi rentabellik yoxdur. Bu reallığı Azərbaycanın prinsipiallıqla qələbəyə irəlilədiyi illər sübuta yetirdi: Bakı əvvəl öz iqtisadi üstünlüyünü təmin etdi, sonra bu avantaj hesabına hərbi qələbəsini qazandı və indi də bu alətdən məharətlə istifadə etməklə dividendlərinin artımına nail olur.

Vaşinqton sammitinin nəticələrindən biri və bəlkə də, ən vacibi - Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirəcək tranzit yolunun sülh prosesinin aparıcı faktoru kimi çıxış etməsi, bir tərəfdən, Bakının iqtisadi dominantlığı, digər tərəfdən isə hərbi-diplomatik qələbəsi ilə həm münaqişənin tam bitməsi, həm də regionun gələcək inkişafı yolunda iqtisadiyyatın əsas amilə çevrildiyini göstərir. Zəngəzurdan keçəcək bu dəhliz qlobal çapda iri transmilli layihənin bir budağıdır, ancaq Ermənistan üçün tək logistik marşrut deyil, onu dərin iqtisadi və mənəvi bataqlıqdan çıxaracaq ümid yoludur. Bu yol Ermənistanın qarşısında digər maneələrin, o cümlədən Türkiyə ilə sərhədlərin açılışı kimi əngəli aşmağa imkan verəcək və növbəti dəfə Bakının iradəsi və razılığı olmadan regionda heç bir ciddi siyasi hadisənin baş verməsinin mümkünsüzlüyünü bütün dünyaya göstərəcək. Vaşinqtonda imzalanmış tarixi sənədin hamı üçün ən vacib dərsi də məhz budur.

Rüstəm Qaraxanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Avqust 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri