ATƏT Vaşinqtonda imzalanmış Azərbaycan Ermənistan razılaşmasını alqışladı KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ATƏT 8 avqustda Vaşinqtonda imzalanmış Birgə Bəyanatı yüksək qiymətləndirib, Ermənistan və Azərbaycanı bu nailiyyət münasibətilə təbrik edib və ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb.
“ATƏT hər iki ölkədə davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş bütün səylərə sadiq qalır”, – qurumun baş katibi Feridun Sinirlioğlu bəyan edib.
KONKRET.az xəbər verir ki, üçtərəfli görüşün yekununda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-ə müraciət edərək Minsk qrupu çərçivəsindəki proseslərin və əlaqədar strukturların bağlanmasını rəsmən bəyan ediblər.
Baş katib əlavə edib ki, ATƏT 8 avqust Birgə Bəyanatının icrası ilə bağlı öz vəzifəsini yerinə yetirməyə hazırdır.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 09 Avqust 2025 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















