Icma.az
close
up
RU
Vaşinqtonda kritik görüş Ukrayna müharibəsi başa çatır?

Vaşinqtonda kritik görüş Ukrayna müharibəsi başa çatır?

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimi Zelenski və bəzi avropalı liderlərin keçirdiyi görüş müharibənin gələcək istiqamətini dəyişə biləcək real mərhələ sayıla bilər. Tramp görüşdən sonra açıq şəkildə bəyan etdi ki, o, Putinlə Zelenski arasında birbaşa görüş təşkil etməyə çalışır. Avropa liderləri də bu təşəbbüsə qoşularaq görüşün təhlükəsizlik zəmanətləri ilə müşayiət olunmasını vacib saydıqlarını ortaya qoydular”.

Bu sözləri Globalinfo.az-a politoloq Rüstəm Tağızadənin deyib.

Onun fikrincə, Trampla Zelenski və bir neçə Avropa lideri arasında baş tutan bu qısa, lakin intensiv təmas təkcə protokol xarakterli görüş deyildi:

“Bu təşəbbüsün arxasında daha mürəkkəb bir məntiq dayanır. Tramp Moskvanı ənənəvi diplomatik yollarla deyil, şəxsi və qeyri-rəsmi kanallarla masa arxasına gətirmək istəyir. Keçən həftə onun xüsusi elçisi Stiv Uitkoffun Moskvaya səfəri də bu məqsədə xidmət edirdi. Bu səfər Kremldə danışıqlara “açıq görünmək” imkanı yaradaraq ona vaxt qazandırsa da, Rusiyanın niyyətinin səmimiliyi hələlik qeyri-müəyyən olaraq qalır.

Trampın niyyəti həm də Birləşmiş Ştatların qlobal rolunu bir daha qabartmaq, eyni zamanda öz şəxsi liderlik imicini gücləndirməkdir. Amma onun bu cəhdləri dövlət institutlarının  o cümlədən, Pentaqon, Dövlət Departamenti və NATO-nun  prosesdən qismən kənarda qalması ilə paralel gedir. Bu isə koordinasiya və uzunmüddətli davamlılıq baxımından ciddi boşluqlar yarada bilər”.

Ekspert deyib ki, Rusiya müharibəni dayandırmaq niyyətində deyil:

“Kreml üçün önəmli olan daha sərfəli şərtlərlə masaya əyləşmək və danışıqlar prosesindən vaxt və ərazi baxımından taktiki üstünlüklə çıxmaqdır. Uitkoffun Moskvaya səfəri və Putinin verdiyi mesajlar da bunun göstəricisidir. Moskva danışıqlara hazır imici yaratsa da, əsas məqsədi qarşı tərəfi təzyiq altında saxlamaq və hərbi meydandakı qazancları masa üzərində rəsmiləşdirməkdir.

Ukrayna tərəfi isə müstəqilliyini və ərazi bütövlüyünü təmin edəcək real təhlükəsizlik mexanizmləri olmadan hər hansı razılaşmanı qəbul etmək niyyətində deyil. Zelenskinin bu prosesdə güzəştə gedəcəyi mümkün deyil, çünki bu, təkcə siyasi deyil, həm də ictimai cəhətdən dağıdıcı nəticələr doğura bilər. Kiyev razılaşmanın yalnız yazılı şəkildə və konkret icra mexanizmləri ilə təmin edilməsini əsas şərt kimi irəli sürür.

Bu mənzərədə Avropa liderlərinin rolu da mühüm əhəmiyyət kəsb edir. Onlar Trampın təşəbbüsünü tarazlaşdırmaq və görüşün nəticələrinin NATO və Avropa təhlükəsizliyinə mənfi təsir etməsinin qarşısını almaq üçün fəal iştirak edirlər. Çünki Avropada sülh yalnız Ukrayna-Rusiya münasibətlərinin deyil, bütövlükdə qitənin gələcək sabitliyinin açarıdır”.

Həmçinin oxuyun:

Kartlar açılır: Zelenski bu addıma gedir – Britaniyalı politoloqlar gizli ssenaridən danışır / EKSKLÜZİV

Rüstəm Tağızadə

Politoloq qeyd edib ki, cəbhədə vəziyyət hələ də dinamik olaraq qalır:

“Moskva bəzi sahələrdə üstünlük əldə etdiyini göstərməyə çalışsa da, Kiyev bəzi mövqelərdə stabilliyi qoruduğunu bildirir. Bu dəyişkən mənzərə masa arxasındakı danışıqlara da birbaşa təsir edir. Putin hərbi meydandakı hər bir lokal üstünlüyü siyasi təzyiq alətinə çevirmək istəyir.

Danışıqların real nəticə verəcəyi ilə bağlı ehtimallar isə birmənalı deyil. Daha çox simvolik və niyyət xarakterli bəyanatların səsləndiriləcəyi gözlənilir. Çünki Kreml hələ ki ciddi güzəştə getmək istəmir. Atəşkəslə bağlı çərçivə razılaşmasının əldə olunması mümkündür, amma bu, uzunmüddətli sabitlik üçün yetərli sayılmır. Ən pis ssenari isə razılaşmanın tamamilə baş tutmaması və gərginliyin daha da artması ola bilər”.

R.Tağızadə hesab edir ki, bu mərhələdə Ukrayna diplomatik prosesə yalnız konkret, yazılı və beynəlxalq nəzarət mexanizmləri ilə daxil olmalıdır:

“Əks halda, proses istənilən vaxt Kiyevin əleyhinə çevrilə bilər. ABŞ və NATO ilə koordinasiya şəffaf şəkildə aparılmalı, şəxsi təşəbbüslər hüquqi və institusional çərçivəyə salınmalıdır. Əgər bu yeni diplomatik mərhələ koordinasiyalı şəkildə və ortaq maraqlara əsaslanaraq idarə olunarsa, sülhə doğru ciddi bir addım olar. Əks halda, bu təşəbbüs tələsik bir razılaşma ilə nəticələnərək Putinə yeni manevr imkanları qazandıra bilər.

Diplomatik masada kimin nə qazandığı aydın olmasa da, döyüş meydanında kimin nə itirdiyi aydın görünür”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Avqust 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri