Icma.az
close
up
RU
Vaşinqtonda Memorandumun imzalanması ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığın qızıl standartı olacaq Amerikalı ekspert

Vaşinqtonda Memorandumun imzalanması ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığın qızıl standartı olacaq Amerikalı ekspert

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində Azərbaycan və ABŞ arasında Anlaşma Memorandumunun imzalanması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaq və iki ölkə arasında strateji tərəfdaşlığın "qızıl standartını" müəyyənləşdirəcək.

Bunu Trend-ə ABŞ-nin Avropa geosiyasəti və trans-Atlantik təhlükəsizlik sahəsi üzrə alimi Piter Teys Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında Xartiyanın inkişafı məqsədilə Strateji İşçi Qrupun yaradılması barədə Anlaşma Memorandumu haqqında danışarkən deyib.

Sənədə əsasən, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq üç əsas istiqaməti ehtiva edəcək:

Energetika, ticarət və tranzit sahələrində əməkdaşlıq da daxil olmaqla regional əlaqələr;
Süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi investisiyalar;
Müdafiə sahəsində satışlar və terrorizmə qarşı mübarizə də daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıq.
Teysin sözlərinə görə, ABŞ və Azərbaycan arasında iqtisadi və ticarət tərəfdaşlığı Prezident İlham Əliyevin Vaşinqtona tarixi səfərinin əsasını təşkil edir.

"Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatları ilə olduqca vacib olan ikitərəfli tərəfdaşlığı yeniləyərək tarixə yeni bir səhifə yazır", - deyə Teys vurğulayıb.

Ekspert hesab edir ki, Azərbaycan hökuməti Avropada Amerika institutları modelinin təşviqində mühüm rol oynayır.

"Bu fakt Prezident Trampı Bakı ilə böyük tərəfdaşlıq formalaşdırmağa, həmçinin ABŞ və Azərbaycan biznes icmaları arasında daha sıx əlaqələri təşviq etməyə ilhamlandırıb", - o bildirib.

Piter Teys qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi və onun dövlət idarəçiliyindəki müstəsna fəaliyyəti Azərbaycana konkret iqtisadi və siyasi nailiyyətlər qazandırıb.

"Azərbaycanın xarici siyasəti getdikcə daha dinamik və nəticəyönlü olur. Məhz mürəkkəb geosiyasi şəraitdə gerçəkləşdirilən bu kimi nailiyyətlər Bakının milli maraqlarını müdafiə etməsinə imkan verib", - ekspert bəyan edib.

O həmçinin, Azərbaycanın dayanıqlı institutların möhkəmləndirilməsi, "yaşıl" iqtisadiyyatın inkişafı, regional inteqrasiyanın təmin edilməsi və davamlı sülhün qurulması istiqamətindəki səylərini qeyd edib.

"Prezident İlham Əliyevin Ağ Evə səfəri Bakının son onillikdə əldə etdiyi mötəbər nailiyyətlərin sübutu olacaq. ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevin müstəsna liderliyini tanıyır",- Piter Teys vurğulayıb.

Onun sözlərinə görə, Ağ Ev administrasiyası üçün Azərbaycanla strateji tərəfdaşlığı qorumaq və gücləndirmək son dərəcə vacibdir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Avqust 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri