Icma.az
close
up
RU
Vaşinqtonun İran hesabı: Milyardlar xərclənir, amma...

Vaşinqtonun İran hesabı: Milyardlar xərclənir, amma...

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İrana qarşı hərbi əməliyyatların ABŞ büdcəsinə 48 milyard dollardan baha başa gəlməsi Vaşinqtonun Orta Şərq strategiyasının effektivliyini yenidən müzakirə predmetinə çevirir".

Politoloq Aytən Qurbanova bunu Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Pentaqon rəsmisi Artur Millerin açıqladığı rəqəmə ABŞ hərbi obyektlərinə dəymiş ziyanın daxil edilməməsi münaqişənin faktiki iqtisadi yükünün daha ağır olduğunu ehtimal etməyə əsas verir. Lakin məsələnin mahiyyəti xərclənən vəsaitin həcmindən daha çox, bu resursların hansı siyasi və geosiyasi dividendlərə çevrilməsidir:

"ABŞ-nin hərbi üstünlüyü İranın müqavimət imkanlarını tamamilə aradan qaldırmağa kifayət etmir. Tehran raket arsenalı, asimmetrik müharibə strategiyası və Hörmüz boğazı üzərində təsir imkanları vasitəsilə Vaşinqton üçün ciddi strateji risklər yarada bilir. Bu isə göstərir ki, müasir regional münaqişələrdə hərbi üstünlük birbaşa olaraq siyasi iradənin qəbul etdirilməsi demək deyil".

Politoloq: "Vaşinqtonun qarşısında dayanan əsas vəzifə hərbi üstünlüyü nümayiş etdirmək deyil"

Analitik hesab edir ki, hərbi əməliyyatların genişlənməsi enerji bazarlarında qeyri-sabitliyi artıraraq ABŞ-nin öz iqtisadi və təhlükəsizlik maraqlarına da zərbə vura bilər.

"Münaqişənin maliyyə yükü Vaşinqtonun gələcək qərarlarına təsir edən mühüm amildir. Ağ Ev çəkilən böyük xərclərin siyasi nəticəsiz qalmasını qəbul etmək istəməyə bilər. Bu səbəbdən hərbi təzyiqlə yanaşı, sanksiyalar və diplomatik mexanizmlərin daha fəal tətbiqi ehtimalı artır. Eyni zamanda ABŞ hərbi bazalarına dəymiş ziyanın açıqlanmaması regiondakı müdafiə infrastrukturunun dayanıqlılığı və hərbi mövcudluğun təhlükəsizliyi ilə bağlı suallar yaradır. Daha geniş geosiyasi müstəvidə isə İranla qarşıdurmanın uzanması ABŞ-nin Çinlə strateji rəqabətinə və digər beynəlxalq prioritetlərinə ayırmalı olduğu resursları azalda bilər", - deyə müsahibimiz vurğulayıb.

A. Qurbanovanın qənaətincə, Vaşinqton üçün Orta Şərqdə uzunmüddətli hərbi iştirakın alternativ dəyəri getdikcə artır. Çünki bir regionda resursların həddindən artıq cəmləşdirilməsi digər istiqamətlərdə strateji manevr imkanlarını zəiflədir:

"48,3 milyard dollar ABŞ-nin hərbi qüdrətindən daha çox, bu qüdrətin siyasi nəticə yaratmaq imkanlarının göstəricisidir. İranın hərbi potensialını zəiflətmək regionda dayanıqlı təhlükəsizlik arxitekturası formalaşdırmaqla eyni məna daşımır. Vaşinqtonun qarşısında dayanan əsas vəzifə hərbi üstünlüyü nümayiş etdirmək deyil, onu uzunmüddətli siyasi sabitliyə və strateji maraqların qorunmasına çevirə bilməkdir. Əks halda, milyardlarla dollar xərclənən əməliyyatlar problemin həllindən daha çox, yeni qarşıdurmaların maliyyələşdirilməsinə çevrilə bilər".

Qeyd edək ki, Pentaqonun Baş nəzarətçisinin müavini Artur Miller bildirib ki, İrana qarşı müharibə fevralın sonlarında başlayandan bəri ABŞ ordusuna 48 milyard dollardan çox vəsaitə başa gəlib. Onun sözlərinə görə, bu məbləğə sursatların, hərbi avadanlıqların əvəzlənməsi və əməliyyat xərcləri daxildir. Lakin Yaxın Şərqdəki ABŞ hərbi bazalarına dəyən ziyan və qlobal iqtisadi itkilər bu hesablamaya daxil edilməyib. “CBS News” telekanalının məlumatına görə, Pentaqonun müharibənin dəyəri ilə bağlı əvvəlki qiymətləndirməsi oktyabrın ortalarında 47,1 milyard dollar təşkil edib. 

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Noyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri