Icma.az
close
up
RU
Vatikanda Azərbaycan həqiqətlərinin layiqli təbliğiHeydər Əliyev Fondu Müqəddəs Taxt Tacla daha iki layihəyə qoşulub

Vatikanda Azərbaycan həqiqətlərinin layiqli təbliğiHeydər Əliyev Fondu Müqəddəs Taxt Tacla daha iki layihəyə qoşulub

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursuna malik olan müstəqil Azərbaycanla Vatikan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Respublikamızla Müqəddəs Taxt-Tac arasında səmimi dialoq və qarşılıqlı anlaşma mühiti bərqərar olub. O cümlədən qarşılıqlı əlaqələrin möhkəmlənməsinə Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu davamlı töhfələr verir. İndiyədək fondun rəhbəri Mehriban xanım Əliyeva bir neçə dəfə Vatikanda səfərdə olub, Müqəddəs Taxt-Tacın yüksəksəviyyəli rəsmiləri ilə görüşüb. Bu görüşlər bir qayda olaraq izsiz ötüşmür - Mehriban xanım Əliyeva Azərbaycanın zəngin mədəniyyəti, ölkəmizin multikultural mühiti barədə qarşı tərəfə geniş məlumatlar verir, həmçinin müzakirələr zamanı yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir.

Artıq onillikləri əhatə edən səmimi qarşılıqlı əlaqələrin davamı olaraq elə bu günlərdə   Heydər Əliyev Fondu ilə Vatikanın ayrı-ayrı qurumları arasında daha iki sənəd imzalanıb. Onlardan biri Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında imzalanan anlaşma memorandumu, digər sənəd isə Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın Bambino Gesu pediatrik xəstəxanası arasında  imzalanan əməkdaşlığa dair anlaşma memorandumudur.

Hər iki sənədin imzalanması Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Müqəddəs Taxt-Taca səfəri çərçivəsində baş tutub. Azərbaycan tərəfindən bəhs olunan sənədləri məhz Anar Ələkbərov imzalayıb. Qarşı tərəfdən isə birinci sənədi Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi, ikinci memorandumu isə Bambino Gesu xəstəxanasının rəhbəri Tiziano Onesti imzalayıblar.

Heydər Əliyev Fondunun Vatikanla sıx əməkdaşlığı

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkə daxilində genişmiqyaslı təhsil, səhiyyə layihələri, humanitar aksiyalar həyata keçirdiyi kimi, xoş məramdan çıxış etməklə oxşar məzmunlu fəaliyyətləri həmçinin respublikamızın hüdudlarından kənarda da reallaşdırmağa nail olur. Fondun dəstəyi ilə ayrı-ayrı ölkələrdə digər mədəniyyətlərə aid tarixi abidələrin bərpası buna nümunədir. Fond tərəfindən belə layihələr həmçinin Vatikanda da uğurla həyata keçirilir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin və Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsinin Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilməsi mühüm əhəmiyyətə malikdir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış müqaviləyə əsasən “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası işlərinin aparılması da yüksək dəyərləndirilir. 2016-cı ildə icrasına başlanan və 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri, kardinal Canfranko Ravazinin iştirakı ilə açılışı olan “Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası” layihəsi də olduqca önəmlidir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb. O, bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Ötən ilin sentyabr ayında  Vatikan şəhəri dövləti üzrə qubernatorluq ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilə imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti, kardinal Fernando Vergez Alzaqa imzalayıblar. Qeyd edək ki, Müqəddəs Pavel Bazilikası Vatikanın ən böyük abidələrindəndir və 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir. İmzalanan memoranduma əsasən Müqəddəs Pavel Bazilikasında aparılan bərpa işləri Vatikanda hər 25 ildən bir təşkil olunan Müqəddəs Yubiley İlinə Heydər Əliyev Fondunun töhfəsidir. Verilən məlumatlara görə, hər yubiley tədbirində 30 milyondan çox katolik zəvvar Müqəddəs Pavel Bazilikasını ziyarət edir. Təkcə bu fakt Heydər Əliyev Fondunun digər mədəniyyətlərə nə qədər böyük sayğı ilə yanaşdığını əyani şəkildə təsdiqləyir. Heydər Əliyev Fondu respublikamızın hüdudlarından kənarda bu kimi layihələri reallaşdırmaqla Azərbaycan dövlətinin ardıcıllıqla həyata keçirdiyi multikulturalizm siyasətinə öz töhfəsini vermiş olur. Belə layihələr beynəlxalq səviyyədə respubikamızın nüfuzunu yüksəldir. Məlumdur ki, hazırda dünyada multikulturalizmlə bağlı vəziyyət ürəkaçan deyil. Bir sıra ölkələrdə radikal sağ təmayüllü qüvvələr önə keçib, irqçilik, dözümsüzlük halları artıb. Bütün bunlar bəşəriyyət üçün yaxşı heç nə vəd etmir. Dünya inkişafın yüksək səviyyəsinə sivilizasiyaların birgə töhfələri sayəsində çatıb. Azərbaycan öz nümunəsi və siyasi iradəsi ilə bu nailiyyətləri qorumağı, zənginləşdirməyi, multikulturalizmi həyat normasına çevirməyi təşviq edən azsaylı dövlətlərdən biridir. Heydər Əliyev Fondu da həm ölkə daxilində, həm də respublikanın hüdudlarından kənarda digər mədəniyyətlərin qorunmasında fəal iştirak etməklə dövlət siyasətinə davamı dəstək verir.

Vatikan arxivlərində Azərbaycan tarixi ilə bağlı sənədlərin araşdırılması mümkün olacaq

Müqəddəs Taxt - Tacda Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında imzalanan anlaşma memorandumunun məqsədi elm və tədqiqat sahəsində birbaşa əməkdaşlıq və təcrübə mübadiləsini dəstəkləmək, həmçinin Vatikan arxivlərində Azərbaycan tarixi ilə bağlı sənədlərin araşdırılması, qorunması və rəqəmsallaşdırılmasını təmin etməkdir.

1475-ci ildə təsis edilən Vatikan Apostol Kitabxanası dünyanın ən qədim və nüfuzlu elmi mərkəzlərindən biri hesab olunur. Zəngin fonduna nadir əlyazmalar, inkunabullar, qədim xəritələr və müxtəlif dillərdə dəyərli nəşrlər daxil olan bu kitabxana yalnız ixtisaslaşmış tədqiqatçılar üçün açıqdır. Vatikan Apostol Arxivi isə 1612-ci ildə Papa V Pavelin fərmanı ilə kitabxanadan ayrılaraq müstəqil qurum kimi formalaşıb. Burada Müqəddəs Taxt-Tacın əsrlər boyu apardığı diplomatik yazışmalar, papaların fərmanları, inzibati qeydiyyatlar və digər rəsmi sənədlər qorunur. Arxiv bu gün dünya üzrə ən mühüm və tədqiqatçılar üçün qiymətli olan tarixi mənbələrdən biri kimi tanınır.

Birgə tədqiqatlar aparmaq imkanı yaranacaq

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın Bambino Gesu pediatrik xəstəxanası arasında  imzalanan əməkdaşlığa dair anlaşma memorandumu çərçivəsində Avropanın ən böyük pediatrik tibb müəssisəsi ilə təlim-tədris proqramlarının həyata keçirilməsi, molekulyar genetika və fərdi tibbi yanaşma sahəsində birgə tədqiqatların aparılması, eləcə də Azərbaycanda müalicəsi mümkün olmayan mürəkkəb klinik halların Bambino Gesu ilə birgə diaqnostikası və müalicəsi nəzərdə tutulur. Əməkdaşlığın əsas istiqamətlərini Azərbaycanda pediatriya sahəsində çalışan tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması, molekulyar genetika, klinik diaqnostika və nadir xəstəliklər sahəsində birgə elmi və klinik fəaliyyətlərin təşkili, habelə genom diaqnostikası və fərdi tibbi yanaşmaların ölkəmizdə tətbiqinin genişləndirilməsi təşkil edir.

1869-cu ildə əsası qoyulan Bambino Gesu xəstəxanası hazırda uşaq xəstəlikləri üzrə Avropanın ən böyük xəstəxanası və tədqiqat mərkəzi, eyni zamanda, bütün növ uşaq orqan, hüceyrə və toxuma transplantasiyasını yerinə yetirmək üçün səlahiyyətli Avropa mərkəzlərindən biridir. Xəstəxana, həmçinin 40-dan çox ölkənin iştirak etdiyi nadir xəstəliklər üçün ən böyük qlobal məlumat bazası olan “Orphanet”in İtaliyadakı qərargahıdır.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Sentyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see266

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see208

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see200

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see163

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see145

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri