Icma.az
close
up
RU
Vatikanda Müqəddəs Yubiley İli başlayıb AZƏRTAC

Vatikanda Müqəddəs Yubiley İli başlayıb AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vatikan, 25 dekabr, AZƏRTAC

Milad bayramı ərəfəsində Vatikanda Müqəddəs Yubiley İli qeyd olunur.

AZƏRTAC xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin Müqəddəs Pyotr Kilsəsinin qapısını açması ilə Yubiley İli rəsmi olaraq qeyd edilməyə başlayıb. Mərasimdə İtaliyanın Baş naziri Ciorcia Meloni və dünyanın hər yerindən gələn minlərlə zəvvar iştirak edib. Mənəvi əhəmiyyət kəsb edən bu hadisə bayram və ziyarətlərlə dolu müqəddəs ilin başlanğıcı hesab olunur.

Yubileylər dünyaya qapılarını açan dərin iman tarixinin bir hissəsidir. Ənənəyə görə, bununla milyonlarla zəvvar günahlarının bağışlandığını hesab edir, bu, yeni həyata girişi və ibadət səyahətinin başlanğıcını simvollaşdırır. Əsrlər boyu ənənəsi olan Yubiley İli Katolik Kilsəsinin ən təntənəli tədbirlərindən biridir.

Mərasimlə əlaqədar İtaliyanın paytaxtı Romada təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükəsizlik qüvvələri Vatikan, eləcə də mərasimin keçirildiyi Müqəddəs Pyotr Kilsəsi və meydanında mümkün təhlükələri nəzərə alaraq sayıqlıq səviyyəsini artırıb. Mərasimə gələnlər xüsusi detektorlar vasitəsilə yoxlanılır, ərazidə bomba əleyhinə robot, xüsusi təyinatlılar və snayperlər var.

Papa Fransisk qarşıdakı günlərdə hər birinin özünəməxsus tarixi və əhəmiyyəti olan daha bir neçə kilsənin qapısının açılması mərasimində iştirak edəcək. Pontifik dekabrın 29-da Romanın ən mühüm kilsəsi və 1700 illik tarixi olan Müqəddəs İoann Lateran Bazilikasının qapısını açacaq. Müqəddəs İoann Lateran Kilsəsi papa bazilikalarının ən qədimi və 22 papanın dəfn olunduğu yerdir. Roma Papası gələn il yanvarın 1-də isə dörd papa bazilikasından biri olan Santa Maria Maggiore kilsəsinin qapısını açacaq. Bazilikada yeddi papa dəfn olunub. Bu müqəddəs qapının açılması ilə 2025-ci ildə dünyanın bütün yeparxiyalarında ümumbəşəri birlik anı qeyd ediləcək.

Müqəddəs Yubiley İli Vatikanda hər 25 ildən bir təşkil olunur. Yubiley İli tarixdə ilk dəfə 1300-cü ildə elan edilib, sonuncusu isə 2000-ci ildə Papa II İohann Pavelin dövründə olub. Builki yubiley 2025-ci ili əhatə edəcək. Tədbirlərə 32 milyondan çox insanın qatılacağı gözlənilir. Yubiley İli müxtəlif tədbirlər və şənliklər təqvimi ilə əlamətdar olacaq.

Builki Yubiley İlinin rəsmi maskotu da var. “Luce” (italyan dilində işıq deməkdir) adlı maskot oktyabrın 28-də ictimaiyyətə təqdim olunub və yubiley ilində katolik zəvvarları təmsil edəcək. “Luce” son dövrlərdə sosial media platformalarında populyarlıq qazanıb. O, Yaponiyanın Osaka şəhərində keçiriləcək “Expo 2025” beynəlxalq sərgisində Müqəddəs Taxt-Tacın pavilyonunun rəsmi simvolu olacaq.

Müqəddəs Yubiley İli bir müddətdir təlatümlü olan paytaxt Romanın daşınmaz əmlak bazarına da öz təsirini göstərib. Belə ki, il ərzində Romanın mərkəzi ərazilərində mənzillərin dəyəri 10 faizdən çox artıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2024 02:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri