Icma.az
close
up
RU
Vaxt gələcək, hər kəs Pezeşkiana sağ ol deyəcək

Vaxt gələcək, hər kəs Pezeşkiana sağ ol deyəcək

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın hədələrindən, hansı yolu tutmasından asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq

“İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Əli Xamenei və ətrafının “Tramp yolu” və ya Zəngəzur dəhlizi ilə bağlı sərt və mənfi reaksiyasını yumşaltmağa çalışır”. Bunu erməni jurnalist Aram Şahnazaryan deyib. Onun sözlərinə görə, Xamenei və İranın hərbi-siyasi rəhbərliyinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi sərt olaraq qalır: 

"Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi (İranın mühafizəkar dairələrində) təhlükənin şişirdilmiş olduğunu düşünür. Əslində, “Tramp yolu” elə Zəngəzur dəhlizi deməkdir. Pezeşkian bu məsələdə təmkinlidir və təhlükəni şişirdilmiş hesab edir". Şahnazaryan qeyd edib ki, Pezeşkian və komandası İsraillə 12 günlük müharibəyə baxmayaraq, ABŞ ilə problemlərin danışıqlar yolu ilə həllinin mümkünlüyünə inanır: 

"Prezident və Əraqçinin ətrafında, eləcə də hökumətin digər qurumlarında çoxlu sayda azərbaycanpərəst ekspertlər var ki, onların mövqeyi birbaşa İran prezidentinin fikrinə təsir göstərir". Məsud Pezeşkian avqustun 10-da bəyan etmişdi ki, Zəngəzur dəhlizi ilə bağlı vəziyyət xəbərlərdə şişirdildiyi kimi deyil. İran prezidentinin sözlərinə görə, bu məsələdə Tehranın tələbləri qarşılanıb: "Əsas odur ki, ərazi bütövlüyü, eləcə də Avropa və ya Şimala gedən yolumuzun bağlanmaması məsələləri nəzərə alınıb. Narahatlıq doğuran yeganə məsələ yolun ABŞ və Ermənistan şirkətləri tərəfindən tikilməsi ilə bağlıdır".


Siyasi şərhçi Azər Qasımov Sherg.az-a  açıqlamasında deyib ki, İran rejiminin mövqeyinin bizim üçün əhəmiyyət daşımadığı bir durumda İran rəsmilərinin hay-küy salması əslində heç nəyi dəyişmir. Ekspertə görə, M.Pezeşkianın xoş məramdan çıxış edib durumu real şəkildə dəyərləndirməsi fonunda mühafizəkar kəsimin hədə və xəbərdarlıqlara bəyanatlar verməsi İran dövlətinin özünü nəticə etibarı ilə çıxılmaz vəziyyətə salacaq: 


"Məsələ ondadır ki, İran rejimi edə bilməyəcəyi hərəkətin cavabdehliyini daşımalı olacaq. Bu, onları sonda istehzalı duruma salacaq. Pezeşkian da bunu yaxşı başa düşür. Onun prezident seçildiyi gündən regional və beynəlxalq aləmdə İran dövlətinin kompramis və yolagəlimli siyasətə üstünlük verdiyini görürük. Bu baxımdan Zəngəzur dəhlizi məsələsində də praqmatik siyasət tərəfdarı olduğu görünür. Təbii ki, bunu dini rəhbərliyin sərt mövqeyini yumşaltmaqla etmək olar. Amma dini rəhbərliyin mövqeyi həmişəki kimi absurd xarakter daşıyır. İran rejimi Ermənistan ərazisini İrəvandan daha yaxşı idarə edə biləcəyini göstərməyə çalışır. Ermənistan öz ərazisinin idarəsini kimə və necə verəcəyini özü bilər. İran bundan özünə pay çıxarmamalıdır. Hesab edirəm ki, İranın hədələri boş və mənasızdır. İranın hansı yolu tutmasından asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq. O zaman Azərbaycan və Ermənistan tərəfi İran rejimində tək sivil düşüncəli insan olan Pezeşkiana "sağ ol" deyəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2025 04:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri