Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vaxt vardı birlikdə peraşki yeyirdilər... Münasibətlər elə onda zəhərləndi?

Vaxt vardı birlikdə peraşki yeyirdilər... Münasibətlər elə onda zəhərləndi?

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Ermənistan Milli Məclisin sədri Alen Simonyan bu gün parlament kürsüsündən vida nitqi söyləyib.

O, parlament üzvlərinə birlikdə keçirdikləri illərin tarixi və çətinliklərlə dolu olduğunu qeyd edib, lakin bu müddət ərzində həmkarlarına heç vaxt şübhə etmədiyini deyib. Üstəlik, O, Milli Məclisin sədri vəzifəsinə namizəd Ruben Rubinyana uğurlar arzulayıb.

“Yeni Sabah” xəbər verir ki, bir gün əvvəl A.Simonyan deputat mandatından imtina etməklə Ermənistanda kiçik siyasi zəlzələ yaradıb. pizza

O, qərarını jurnalistlər üçün keçirdiyi brifinqdə şəxsən açıqlayıb. A. Simonyan mətbuatda dolaşan şayiələrə aydınlıq gətirərək, bu addımının arxasında Nikol Paşinyanla hər hansı bir siyasi münaqişənin dayanmadığını vurğulayıb.

A.Simonyan spiker vəzifəsində fəaliyyətini davam etdirmək istədiyini, lakin partiya idarə heyətinin qərarını tam şəkildə qəbul etdiyini bildirib. Simonyan əlavə edib ki, Vətəndaş Müqaviləsi partiyasının qəbul etdiyi qərarla bağlı neqativ heç bir düşüncəsi yoxdur:

“Bir az istirahət etmək istəyirəm. Mənim üçün çətin iş dövrü oldu. Unutmayın ki, bu, seçkidən sonrakı parlament idi və həmkarlarımla birlikdə bir çox çətinliklərin öhdəsindən gəldik”.

A.Simonyan gələcək fəaliyyətini Baş nazir Nikol Paşinyanla müzakirə etmədiyini qeyd edib. Buna baxmayaraq, siyasi fəaliyyətini yalnız Vətəndaş Müqaviləsi partiyasının və Baş nazir Nikol Paşinyanın komandasının bir hissəsi kimi təsəvvür etdiyini vurğulayıb.

O, parlamentin vitse-spikeri Ruben Rubinyanı Ermənistan Milli Məclisi sədrliyinə ən layiqli namizəd hesab edir.

İndi Ermənistanda geniş müzakirə olunan budur: N.Paşinyan və A.Simonyan arasından hansı qara pişik keçib?

Vətəndaş Müqaviləsi Partiyasında iki lider arasındakı gərginlik barədə şayiələr mediada vaxtaşırı olaraq qızışdırılırdı. Xüsusilə, Paşinyanın Simonyanın Ermənistan prezidenti olmaq təklifini rədd etdiyinə dair şayiələr yayılıb. Lakin Baş nazirin özü hakim komanda daxilində hər hansı gizli və ya açıq münaqişə barədə məlumatları açıq şəkildə təkzib edib və edir. A. Simonyan özü də bildirib ki, hökumət daxilində zaman-zaman fikir ayrılıqları və fərqli fikirlər meydana çıxsa da, heç bir çat yoxdur.

Baş nazir keçmiş spikeri hansı vəzifədə görür?

A.Simonyan çıxışından sonra Baş naziri Nikol Paşinyan brifinqdə deyib ki, hazırki Alen Simonyanın gələcəyi yeni mövzudur və müzakirə olunmalıdır:

“Təbii ki, cənab Simonyanın Milli Məclisin sədri yaxud üzvü olmamasını əvvəlcədən bilmirdim. Bu, yeni situasiyadır. Biz bunu müzakirə edib başa düşəcəyik”.

Alen Simonyana hər hansı bir təklifi olub-olmadığı soruşulduqda, Paşinyan cavab verib ki, əgər indi təklifi varsa, bu, bu vəziyyəti əvvəlcədən planlaşdırdığı mənasına gələcək:

“Mən bu vəziyyətə hazır deyildim. Əgər indi təklifim olsaydı, bu, onu lap əvvəldən hazırladığım, planlaşdırdığım və təşkil etdiyim mənasına gələrdi. Mən isə bu barədə heç düşünməmişdim”.

Paşinyanın sözlərinə görə, hazırkı vəziyyət onun üçün yenidir və o, hələ də mövqeyini formalaşdırmalıdır. Alen Simonyan əvvəllər parlamentə namizəd olmayacağını açıqlamışdı.

Lakin Paşinyan daha öncəki açıqlamasında birmənalı şəkildə bildirmişdi ki, parlament seçkilərindən sonra hökumətin tərkibində heç bir dəyişiklik olmayacaq.

Simonyan kimdir?

Alen Simonyan 2015-ci ilin mayında Vətəndaş Müqaviləsi Partiyasının idarə heyətinin üzvü seçilərək partiyanın mətbuat katibi olub. 2016-cı ildə bu vəzifəyə yenidən seçilib. 2018-ci ildə Ermənistanda baş verən "məxməri inqilab"dan sonra keçirilən seçkilərdə "Yelk" blokunun siyahısı ilə parlamentə deputat seçilib. Həmin ilin dekabrında keçirilən növbəti seçkilərdə isə "Mənim Addımım" blokundan yenidən mandat qazanıb. 2019-cu ilin yanvarında Ermənistan parlamentinin sədr müavini (vitse-spiker) vəzifəsinə seçilib. 2021-ci ilin avqustundan etibarən Ermənistan parlamentinin spikeri vəzifəsini icra etməyə başlayıb. O, sonuncu parlament seçkilərində "Vətəndaş Müqaviləsi" partiyasının siyahısında 14-cü yerdə idi.

Xatırladaq ki, bir neçə gün əvvəl Vətəndaş Müqaviləsi Partiyasının idarə heyəti gizli səsvermə yolu ilə Ruben Rubinyanı yeni seçilmiş parlament sədri vəzifəsinə namizəd seçib. Alen Simonyan və Vətəndaş Müqaviləsi fraksiyasının rəhbəri Ayk Koncoryan da namizədlər arasında idi.

İndi A.Simonyanı hansı siyasi aqibət gözləyir?

Əgər fukir ayrılıqları barədə şayiələr doğrudursa, o, Vətəndaş Müqaviləsinə alternativ partiya yarada bilər. Digər, lakin ağla az batan fərziyyə eks-skiper müxalifət sıralarına keçməsidir. Amma hələ ki inandırıcı görünən başqa bir ehtimal da mövcuddur.

Ermənistan cəmiyyəti və mediasında hazırki prezident Vahan Xaçaturyanın səhhətində olan problemlərə görə tezliklə vəzifəsindən istefa verəcəyi ilə bağlı şaiyələr geniş vüsət alıb. Tirajlaanan məlumatlarda prezident vəzifəsinə ən real namizəd parlamentin spikeri Alen Simonyanın irəli sürüləcəyi iddia olunur.

Hazırda Ermənistan siyasi mühitində müşahidə olunan hadisələr onu göstərir ki, iddiaların reallaşması heç də utopik deyil. Nəzərə alaq ki, 2022-ci ilin yanvarında Ermənistan Prezidenti Armen Sarkisyanın istefasından sonra, Alen Simonyan  1 fevral – 13 mart 2022-ci il tarixləri arasında müvəqqəti olaraq Ermənistan Prezidentinin səlahiyyətlərini icra edib.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyul 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri