Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 13 oktyabr, AZƏRTAC
Milli Məclisin oktyabrın 13-də keçirilən plenar iclasında Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, təqdim edilən qanun layihəsi Əmək Məcəlləsinin IV və V bölmələrində müəyyən edilmiş ümumi normaların aviasiya sahəsinə tətbiqini istisna edilməsi və ayrıca maddələr ilə tənzimlənməsi məqsədini daşıyır.
Sənədin qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təyyarə üçün kommersiya hava daşımalarını həyata keçirən hava gəmisi heyətinin yorğunluğunun idarəedilməsi ilə əlaqədar uçuş vaxtı, iş vaxtı və istirahət vaxtının tənzimlənməsinə dair qaydaların təsdiq edilməsi gözlənilir.
Qanun layihəsinə təklif edilən dəyişikliklər birinci oxunuşda səsə qoyularaq təsdiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 13 Oktyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















