Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Susmalı vaxtı danışırdı, danışmalı vaxtı susur...

Susmalı vaxtı danışırdı, danışmalı vaxtı susur...

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Qar yağacaq. Fevral, qar... Bu iki söz gələn kimi hər tərəf Xocalı olur. İnsanın içinə Qarabağ sevgisi yox, Qarabağ sızıltısı dolur.

Bu fevral isə beynimizdə qar, qaranlıq, Qar-qar çayı ilə asossasiya olunmur. Bu şaxtalı fevral günlərində Xocalı qırğının səbəbkarları qəfəsdə dindirilir. Bu şaxtalı fevral günlərində - Xankəndinin təməlini sarsıtmaq, onu Azərbaycandan üzmək istəyənlərin ədalət qarşısında qığıldadıqları bir zamanda Azərbaycan Prezidenti Xankəndinin təməlinə beton tökür!

Bunlar atəş səsinə, barıt qoxusuna gəlmişdilər. Sevdikləri yerdədirlər.

O isə uşaq səsinə gəlir. Ballıcaya... Ballıcada doğulacaq yeni Mehdilər üçün yeni evlər tikməyə. Və sevdiyi yerdədir. Azad etdiyi torpaqda yenidən yurd salan insanların isti ocağında...

Cəza intiqam üçün deyil. Cəza cinayətin, xəyanətin və “tin”lə bitən, tində yaranan bütün qanunsuzluqların cavabsız qalmadığını digərlərinə göstərmək üçündür. Ki, heç kəs həmin qələti təkrarlamasın. Adam öldürənin ayrı cəzası var, toyuq oğrusunun ayrı, kiminsə toyuğuna kiş deyənin də tamam ayrı...

Bu gün şüşə qəfəsdə dindirilənlərə, onların təqsirli bilindiyi cinayətlərin sayına, maddələrin rəqəmlərinə baxanda 1988-ci ildə doğulmuş bir gənc kimi düşünürəm; qısaca bir ömürdə bunca cinayətdə təqsirli bilinməyə necə vaxt tapıblar?

Gözəl dünyada həzz almaq üçün bu qədər səbəb varkən, niyə aldığın hər nəfəsdə, atdığın hər addımda, dediyin hər sözdə cinayət çaları olsun? Vardanyan və yan-yana ittiham olunan digər “yan”lar...

O nə maddələrdir?

Azərbaycan cinayət məcəlləsinin 100-dən 300-ə qədər olan, demək olar ki, bütün maddələri ilə təqsirli bilinirlər... Maddənin iki yüz halı...

Cəza anlayışının fəlsəfəsindən boşuna söz açmadım. Bu gün Bakıda cəzasını gözləyən şəxslər ona görə burda deyil ki, biz onlardan intiqam alırıq. Ona görə burdadılar ki, başqalarının torpağında separatçılıq etmək istəyən, minlərlə insanın qanına əl batıranların cəzasız qalmadığını dünya da görsün. Qoy heç kəs bu qələti təkrarlamasın. Dünya böyük bir vətəndir. Bütün separatçılar isə gec-tez cəzalanacaq. 

Bu gün Bakıda cəzalarını gözləyən separatçıların keçdiyi yol təkcə azərbaycanlılar üçün yox, dünya üçün də zərərli bir lokasiyadır. Çünki onların babalarının qurduğu Ermənistan (daha doğrusu 1918-ci ildə, AXC dönəmində güzəştə gedilən İrəvan, 1920-ci ildə Cümhuriyyət işğal olunan kimi sovet tərəfindən verilən Zəngəzur və digər Azərbaycan torpaqlarında qurulan Ermənistan) dünyada monoetnik ölkələrin siyahısında ilk yerlərdə gəlir. Bapbalaca bir xalq, di gəl, monoetnik!

İki milyonluq bir toplumla birlikdə yaşamaq istəyən bircə azsaylı millət yoxdur. Var, olub, qovublar. Məsələn, azərbaycanlıları! XX əsrdə 5 dəfə! Milli-mədəni anlayışlarındakı yekrəng düşüncə səbəbindəndir ki, hazırda Ermənistan əhalisnin 98.1 faizi ermənilərdən ibarətdir. Bu da azmış kimi Azərbaycan torpaqlarında daha bir erməni dövləti qurmağa cəhd edirdilər.

Neyləyirdiz ikinci Ermənistanı?

Bir dövlət qurub dünyaya hansı mesajı vermişdiniz? Sizdən dünya hansı nümunəni götürməli idi?

Dünyanın 30 min kvadrat kilometrini yalnız özünüz üçün məşğul etmək mesajını?!

Bəs digər xalqlar? Dünya sizin üçünmü yaranıb?

Tale belə gətirib ki, Azərbaycan da Ermənistanla həmsərhəddir. Sərhədləri daxilində 50 azsaylı xalqa qucaq açan – yəhudisi, ləzgisi, talışı, tatı, avarı, rusu və onlarla azsaylı xalqı ilə illlərdir eyni bayraq altında, eyni ad – azərbaycanlı adı altında yaşayanların məmləkəti – Azərbaycan!

Monoetnik Ermənistan və tərkibində əlli xalq yaşayan Azərbaycan bu gün dünya üçün bir nümunədir. Əslində təkcə bu müqayisəyə baxsan, kimin xeyir, kimin şər olduğunu aydın görürsən. Vardanyanlar, həm də dünya vardanyanları isə görə bilmirlər. Bir gün şəffaf şüşə arxasında oturanda da görə bilmirlər.

Necə ki, zamanında Vardanyan var-dövlətlə dövlət anlayışını səhv salmışdı. Elə bilirdi ki, dövlətin varsa, istədiyin yerdə də dövlət naziri ola bilərsən.

Vardanyan olmasaydı, o, bəzi dairələrdə biznesi hesabına qazandığı nüfuzundan istifadə edərək sülh prosesini tormozlamasaydı, bəlkə də lokal tədbirlərin əvəzinə, daha loyal tədbirlər baş tutacaqdı.

O, eyni zamanda ermənilərə də pislik etdi. Vardanyan bir sürü başıpozuq uşağa qondarma vədlər verərək Qarabağda ləngitdi. Vardanyan və onunla yan-yana ittiham olunan digərlərinin bir üst təqsiri də antiterror tədbirlərinə ehtiyac yaratmaqları oldu.

Azərbaycan dəfələrlə elan etmişdi ki, bizim gecələr nəvəsinə nağıl danışan nənələrlə işimiz yoxdur. Ancaq bizim ağacımız altında saxta andersenlik edib dünyaya nağıl danışmağa da cürət tapmamalısınız.

Məhz Vardanyanların saxta nağılları antiterror əməliyyatlarını zəruri etdi. Zamanında söz anlamayan, qulağından istifadə etməyən bu çağdaş andraniklər elə dil-boğaza qoymadan danışmaq istəyirdilər. İndi isə məhkəmədə susurlar.

Susmalı vaxtı danışırlar, danışmalı vaxtı susurlar. Çünki göz açandan həqiqət adıyla nağıl əxz ediblər. “Böyük Ermənistan” əfsanəsi, “Dənizdən dənizə...” nağılı... 

Bir gün həqiqət meydanı yarananda, o meydanda nağıl yox, həyatdan danışılanda susmaq zorunda qalırlar. Çünki burda ikisi də var, müttəhim də, hakim də!

Nağıllarda isə biri olur, biri olmur...

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Fevral 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see676

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see645

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see642

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see506

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see467

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see455

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see432

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see354

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see348

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see345

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see335

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see331

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see328

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see327

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see322

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see316

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see316

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see310

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see293
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri