Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi 14 300 manat vermişdi
Tribuna saytına istinadən Icma.az xəbər verir.
SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı tikinti-quraşdırma bölümünün rəisi qısa zamanda pensiyaya çıxmaq istəyərkən aldadılıb. O, pensiya işinin tezliklə düzəlməsi üçün 14 300 manat pul verib.
Tribunainfo.az xəbər verir ki, iş üzrə 39 yaşlı Rəmzi təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Rəmzi tanışı Seyfəddin vasitəsi ilə tanıdığı SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı tikinti-quraşdırma bölümünün rəisi Balağanı aldadıb. Ondan pensiya məsələsini qısa zamanda həll edəcəyini vəd edərək 14 300 manat pul alıb.
Rəmzi pulu 2018-ci ildə alıb. İllərlə Balağa adlı şəxsi aldadaraq pulunu qaytarmayıb. Həmin ərəfədə isə Rəmzi barəsində dələduzluq madddəsi ilə ayrı cinayət işi olub və cəza alıb. Həmin iş üzrə Rəmiz azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilibmiş.
Rəmzi aldığı pulun qarşılığında Balağanın pensiyaya çıxması üçün rəsmi qurumlara müraciətini də edib. Hətta Balağadan etibarnamə alaraq işi məhkəmə qaydasında da həll etməyə çalışıb. Lakin bu iş alınmayıb və Balağa vaxtından əvvəl pensiyaya çıxa bilməyib. Aldadıldığını başa düşən Balağa pulunu tələb etsə də Rəmzi müxtəlif vədlər verərək onu aldadıb.
Məhkəmə araşdırması zaman məlum olub ki, şikayətdən sonr Rəmzi pulu geri qaytarıb. Onlar arasında barışıq olub.
Abşeron Rayon Məhkəməsi bu əməlinə görə də Rəmzi barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Əvvəlki hökmlə birləşdirilməklə Rəmzinin üzərində 3 il 3 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Musavat.com
Baxış sayı:54
Bu xəbər 08 İyul 2025 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















