Icma.az
close
up
RU
VAY HALIMIZA... Eldəniz Quliyev yazır

VAY HALIMIZA... Eldəniz Quliyev yazır

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qınamayın...

Hərdən mənə elə gəlir ki, bu xalq ağzının yolunu itirib və çörəyi qulağına yeyir. Yəni qulağına yeməsəydi, bu qədər yalan-palanları, bu qədər haqsızlıqları qulaqardına vurmazdı...

"Xalqın gözü tərəzidi" məsəli də "xalastoy" güllə kimi bir şeydi... Belə olmasaydı, daha doğrusu, xalqın gözü həqiqətən tərəzi olsaydı, gözünün qabağındaca baş verən və onu barmağına dolayan qaravəlli siyasətinə, hakimiyyətin qapazlı-təpikli idarəçiliyinə göz yummazdı... Məncə, ən yaxşı halda və təəssüflər ki, bu gün xalqın gözünü çaş, ya çəpgöz tərəziyə bənzətmək daha düzgündür!..

Gəlin səmimi olaq: ay, nə bilim, biz Koroğlu nəsliyik, Babəkin vuran qolu, Qaçaq Nəbinin eşmə bığıyıq və sair və ilaxır... Pafosdu, şüardı, şarjdı, üfürülmüş şardı, patetikadı, psevdo-patriotluqdu...

Əks-təqdirdə, yəni bizlər deyilən kimi, həqiqətən Koroğlunun nəsli, Babəkin qolu, Nəbinin bığı olsaydıq...(üzr istəyirəm) it günündə yaşamazdıq; heç bu qədər haqqı-hüququ tapdanan vətəndaşımız, bu qədər siyasi, vicdan məhbusumuz da olmazdı. Olmazdı! Bu qədər günahsız insanın təqiblərə, təhdid və təhqirlərə məruz qalmasına heykəl soyuqqanlığı ilə baxıb da susuruqsa, "öz cəzandı, çək, Balaş!" iradını  qəbul etməliyik.

Demək istəyirəm ki, gərək heç kəs, ələlxüsus, əli hər yerdən üzülmüş, biçarə qardaş-bacılarımız, övladlarımız, ata-analarımız "olacağa çarə yoxdu" deyibən, talelərinə biganə qalmamalıdır... Biganəlik insanın özünə qarşı törətdiyi cinayətlərdən ən ağırıdır!..

Elə anlamlar və elə dəyərlər var ki, özünə, ailəsinə, məmləkətinə, nəhayət öz xalqına hörmət edən insan o dəyərləri göz bəbəyi kimi qorumağa borcludur; çünki onlar yox olsa, itirilsə bir də tapılmayacaq, qazanılmayacaq... Misal üçün:

Ləyaqət hissi.

Bu gün ölkədə hökm sürən mənəvi-əxlaqi mühüt və analoqu olmayan dərəbəyliklər bunu bütün çılpaqlığı ilə ortaya qoyur... Ki, ləyaqətsiz yaşamaq göydəki buludlara başla mismar vurmaq cəhdini xatırladır...

Dyərlərin aşınmaya məruz qalması faciəyə gedən yolun başlanğıcı, yaxud sonun əvvəlidir, vəssalam və istəsəniz, hətta şüttəmamdır!..

Daha sonra, sağlamlığımızı qorumalıyıq. Həm fizioloji, həm də ictimai-mental və ruhi sağlamlığı (lap dəqiqi - saflığı) nəzərdə tuturam.

Ölkədə xəstəliklə mübarizədən daha çox, xəstəlikdən pul-para qazanmağa üstünlük verən idbar səhiyyə sistemi formalaşıbsa, habelə cəmiyyətin sağlam inkişafına əngəl törədən və onun rəsmi yalanlar, riyakarlıq, saxtakarlıqlar içərisində çaşıb-azmasını hədəfləyən Dövlət idarəçilik üsul-idarəsi mövcuddursa... deməli, bizlər, öz canımızı, canımızla birgə öz taleyimizi, məhz özümüz qorumalıyıq. Bəzən saman çöpü də böyük əhəmiyyət kəsb edir.

Bu sırada təhsil sistemi olduqca vacib və həyati əhəmiyyətə malikdir.

Çünki istəsək də, istəməsək də, fundamental təhsil sistemi savadla yanaşı, özündə təlim və tərbiyə meyarlarlarını da ehtiva etməlidir. Etmirsə, təbii olaraq, təhsilin keyfiyyət səviyyəsi aşağı düşür və o, ən yaxşı halda, qarşısında rəqəm yazılmayan sıfıra çevrilir!..

Təhsilsiz insan bədbəxt, təhsilsiz məmləkət isə xaraba qalar!.. Bu, aforizmi yox, çox acı bir həqiqətdir.

Əslində, insan həyatı zənn etdiyimizdən qat-qat qısa və fanidir. Doğuldu - Yaşadı - Öldü! Bu üç kəlmə, istisnasız olaraq bənni insan övladlarının hamısına şamil edilən ən qısa tərcümeyi-haldır.

Əslində, ləyaqət və şərəflə yaşamaq imkanı, adama İNSAN kimi ölmək haqqı qazanmaq üçün verilir!.. Və hər birimiz, sadədən də sadə olan bu İlahi həqiqəti dərk etmək zorundayıq.

Kim bilir, bəlkə də köks dolusu çəkdiyimiz "Ah"-ların içimizdəki dərdlərdən daha artıq və daha ağır olmasının əsas səbəbi elə yuxarıda qeyd edilənlərdi?!..

Etiraf eləyirəm: mən bu yaşımda hələ də başa düşə bilməmişəm ki, görəsən niyə və səbəbdən bizlər rahat çarpayımızdan daha çox, fil qulağında yatmağa üstünlük veririk. Hələ də anlayıb dərk edə bilməmişəm ki, bizlər nədən ayağımızı basdalayanda daha bərk qışqırıb- bağırırıq, nəinki haqqımız-hüququmuz tapdalananda?!

Və mənə hələ də çatmır, bu necə anormallıqdı ki, toplumu, cəmiyyəti, milləti bu qədər qıdıqlayasan... vecinə almasın, heç tükü də təpənməsin... Yəqin bu da bir sirri-xudadır!..

Eldəniz QULİYEV

P.S. Allahım, rəhm elə, bağışla, keç bu millətin günahından  - neynəsin, anlamır, görmür, eşitmir, dili sözünə baxmır, yazıqdı...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Aprel 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see555

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see431

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see337

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see326

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see302

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see295

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see258

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see241

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see206

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see202

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see193

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see191

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see189

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see188

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see186

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see178

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see177

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see176

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see170

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri