Icma.az
close
up
RU
YAMSILAMA Eldəniz Quliyev yazır

YAMSILAMA Eldəniz Quliyev yazır

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Dövlət də, hakimiyyət, hətta hər hansı məmləkət də insan kimidir...

Ağıllısı-ağılsızı, dəcəli-mərifətlisi, oğrusu-doğrusu var. Axmağı-müdriki, kamili-cahili, qorxağı-cəsarətlisi, xoşbəxti-bədbəxti, yaltağı-yalağı, ləyaqətlisi, zəifi-qüdrətlisi, xəstəsi-sağlamı var...

Bu xüsusiyyətlərin içərisində ən gərəksizi özgələrini - başqa-başqa xalqları, ölkələri və sivilizasiyaları kor-koranə yamsılamaqdı. Yəni "filan ölkədə "filan şey" varsa, bizdə niyə olmasın?" Yəni "o uzaq-uzaq məmləkətlərdə bircə dənə "bəhməkan" varsa, - qoy bizdə ikisi, lap üçü olsun, kimin qızınnan əskiyik ki?.. Qoy, olsun, qoy, bizi də tanısınlar..."

Amma necə olsun, niyə olsun, səbəbi nədir, lazımdımı, funksionaldımı, xeyiri nədir, zərəri nədir?.. Təqlid, parodiya, yamsılamaq həqiqətənmi yaxşıdır, vacibdir? - sual ritorikdir. Təbii olmayan hər şey saxta deyilmi?.. Ənənə hərdən genetik koda çevrilmirmi, görən?

Adətən belə sualların cavabı olmur, olanda da əks-səda doğurmur. "Əşşi, xırda-mırda  məsələrə fikir verməyin. Nə olasıdırda olacaq. Allah kərimdir, sonra nə olacaq, bu, sonranın işidi" - deyibən keçirlər.

Sədd heyif ki, bu sayaq zehniyyət nə psixologiya, nə də psixiatriya elmiylə izah olunan bir zad deyil...

Məsələn, dediyimiz həmin o özgə-özgə məmləkətlərdə səy və səfeh adamlar heç vaxt böyük-böyük mənsəbə çata bilməzlər. Karyera pillələrində belələri üçün qırmızı "stop" işığı yanır və bu, birmənalı olaraq, nonsens sayılır. Bizdə isə əksinə, belələrinin yekə-yekə vəzifələr tutması çox normal, çox da adi və heç bir sual doğurmayan reallıq kimi qəbul olunur.

Oralarda dövlətdə işləmək, əsasən, öz xalqına xidmət etmək, vətəndaşlarının layiqli yaşam səviyyəsini təmin etmək məqsədi daşıyır. Dövlət atributları simvolları və səmimi insan ünsiyyətləri qürur mənbəyi sayılır; biz isə, paytaxtdakı bayrağı daha da hündürə qaldırıb Ginnesin rekordlar kitabına düşmək arzusu ilə yaşayırıq(Təki, “oralardakına" bənzəsin, təki birincilərdən olaq!.. Və təki görüb gözlərinə su versinlər, hətta, təki, bayrağımızın hündürlüyü Qərb bayraqlarına "fora" verə bilsin!).

...Bizdə gündəlik təlabat mallarının qiymətlərini, sözün əsl mənasında, alışdırıb-yandırıb camaatın başına od ələyirlər; onu, yəni qiymətləri, günbəgün, saatbasaat qudurmuş it kimi insanların üstünə qısqırdır və əhalinin maddi imkanını, aldığı maaşı, hansı məşəqqət içində yaşadığını (ya mövcud olduğunu) görməzdən gəlirlər. Hələ təbii qazın, suyun, işığın, dərmanların və sair və ilaxırın qiymətlərininin "at belinə" dırmaşdığını demirəm...  ("Aha, ohoo, öhöö... təki, qiymətlər Avropa standartlarına yaxınlaşsın, təki avropalılar ağız büzüb deməsinlər ki, bu ölkə ucuz-mucuz ölkədir...).

Absurd, sürrealist, əslində isə, mahiyyət etibarı ilə gic-gicə cərimə-yaylım atəşləri də bir tərəfdən - camaatı yaralayır, gicitkan kimi dalayır, qaşındırır, soyur, soyundurur... ("Qəm yeməyin, üstəlik, heç "mıqq" da eləməyin! Nəsimini diri-diri soydular, - dünya dağıldı bəyəm?! Bəyəm, Babəkin qolunu-qıçını kəsdilər, - dünya dəli-divanə oldu?! Dözün! Canınız da çıxsa, dözün! Xoşu gəlməyənlər, mız qoyanlar "davay, dosvidaniya", - rədd olub ölkədən getsinlər, dallarıyca da qara bir daş!")

...Bizdə şəhər yollarını az qala abstrakt rəsm sərgisinə döndərib cızıq-mızıqlarla doldururlar - avtobus, velosiped, parkovka zolaqları, müxtəlif qadağalar, əcaib-qəraib yol nişanları və s. çəkib amansız tıxaclar yaradır, insanlara olmazın stresini yaşadırlar və heç veclərinə də almırlar ki, ayə, bu yazıq yolllar "bezrazmer" deyil axı və onun "qarnı" bu qədər "qidanı" həzm edə bilməz...  ("Edə bilməz, etməsin! Eyb etməz, təki, əcnəbi turist xalalar, qaqaşlar bunu görəndə "-Vaau! Beautiful!" desinlər..." Əsas, mani-manidi, gəlsin-yığılsın, büdcəmiz dolub-daşsın desinlər".

...Bizdə hər il dörd-beş gün keçirilən "Formula-1" yarışları Bakı sakinlərinə dörd-beş ay göz dağı verir... Alabəzək "formulanı" kənara qoyaq, bu "1" rəqəmi var ha, - üzr istəyirəm - sakinlər üçün paza çevrilir axı... Bunu qanan, düşünüb-daşınan bir baş yoxdurmu, əcaba?! Ağzımızı açıb dillənə də bilmirik. Dillənəndə də qayıdıb deyirlər ki:  "Zato, importnı ölkələr dünyaya bəyan edib qəşəng-qəşəng informasiya yayacaqlar ki, bə Azərbaycan da  "toçnı" bizə oxşayır, nöşün ki, var imzası imzalar içində! Naşükür olmayın, bunnan artıq nə istəyirsiz axı?!"

Son zamanlar hətta kinomuzda, teatrımız, ədəbiyyatımız, heykəltaraşlığımızda və digər milli sənət növlərinində də əcnəbi ölkələri yamsılamaqla məşğuluq. Yəni ("Allah eləməmiş, birdən  göydə balonlarla uçan əcnəbilərdən geri qalıb biyabır olarıq ha!.. Yamsıla adın çıxsın!").

Vallah, mən də normal adamlar kimi öz ölkəmi sevmək, əzizləmək, qorumaq həsrətindəyım. Amma imkan vermirlər. Görməzə-bilməzə, durub elə hoqqalar çıxardırlar ki, adam xəcalətdən eynən dəvə quşu kimi gizlənmək istəyir...

Şəxsən məndə  belə bir təəssürat yaranıb ki, kimlərəsə yarınmaq, kimlərisə təqlid etmək, yamısılamaq məsələsində barıtı həddən ziyadə çox eləyirik, yəni bu yöndə ya şanlı iqtidarımızın addımlarını korrektə edən siyasi texnoloqlar yoxdu, ya da onların psevdo-kreativ parodiya axtarışından başqa özgə işləri-gücləri yoxdu. Əks-təqdirdə, ölkə bu sayaq dördayaqlı inadkarlığıyla YAMSILAMA xaosuna sürükləməzdi ki!..

Qınamayın. Mən bütün bunları, eləcə də yüzlərlə buna bənzər "zadları" və "şeyləri" görüb də... sevə bilmirəm, əzizləyə bilmirəm doğma vətənimi!..

Mən ölkəmin belə şəkilini, yəni, "üstü bəzək, içi təz*k" mozaikasını qəbul etmirəm, edə bilmirəm, etməyəcəm də!

Yeri gəlmişkən, dahi Mikalencolaya çatdırırlar ki, cavan bir heykəltaraş sənin yaratdığın heykəllərin surətini çıxarır və hər yerdə deyir ki, mənim yonduğum heykəllər orjinaldan qat-qat yaxşıdı...

Mikalencola sakitcə cavab verir "- Qoy desin. Başqasını izləyənə (oxu: yamsılayana) qabaqda gedən deməzlər!.."

Vəssalam!

Eldəniz QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri