Vay şivən kursları, bunu öyrədirlərmiş Qadınların VİDEOSU müzakirə yaratdı
Olke.az-ə istinadən Icma.az xəbər verir.
Sosial şəbəkələrdə xarici ölkələdən birində çəkilən qadınların ağladığı görüntülər maraq doğurub.
Ölkə.Az xəbər verir ki, yayılan görüntülərdə bir qrup qadının eyni anda ağladığı və çığırdığı əks olunub.
Videoda həmçinin onlara ağlamağa kömək edən qadın təlimçinin də olduğu görünür.
Paylaşımın üzərində “uşaqlar, sən demə, bunu öyrənirlərmiş” sözləri yazılıb.
Sosial şəbəkə istifadəçiləri sözügedən videoya “göz yaşlarına inanmaq olmaz”, “çox realist görünür”, “qadınların göz yaşlarına, kişilərin gülüşünə inanma”, “bu, onların silahıdır”, “ulama kursları”, “vay-şivən kursları” və s. şərhlər yazılıb.
Sözügedən görüntüləri təqdim edirik:
Qeyd edək ki, Azərbaycanda da son dövrlər oxşar kurslar dəb halına düşüb. Belə ki, sosial şəbəkələrdə paylaşılan videolarda eyni ritualların ölkəmizdə də vüsət aldığını əks etdirən görüntülər yer alır.
Billurə Yunus
