VAZ 2107 piyadanı vuraraq öldürüb
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Modern.az xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 81 saylı ünvanın qarşısında 1982-ci il təvəllüdlü Burlakov Andrey Aleksandroviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçən piyada 1967-ci il təvəllüdlü Mirzəliyev Asif Alməmməd oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.

