Vəfa Bəkərova: “Gələcəkdə fiqurlu konkisürmə üzrə beynəlxalq yarışları Bakıda keçirmək istəyirik” İdman və Biz
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Ümid edirik ki, komandamız ən gözəl çıxışını nümayiş etdirə biləcək".
Bunu İdman.biz-ə "Ocaq Sport” klubunun İdarə Heyətinin sədri Vəfa Bəkərova deyib.
O bildirib ki, hazırda klubunun balaca yaşlı fiqurlu konkisürənləri Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək yarışa hazırlaşır: "İdmançılarımız hələ çox gəncdir və bu onların ilk yarışıdır. Turnirdə ölkəmizi altı fiqurlu konkisürən təmsil edəcək. Bu gün isə yoxlama məşqi keçirilir. Gələcəkdə bu kimi beynəlxalq yarışları Bakıda keçirmək istəyirik”.
Bəkərovanın sözlərinə görə, “Ocaq Sport" fiqurlu konkisürmə üzrə idman növünü bir ilə yaxındır ki, inkişaf etdirir: “Artıq 50 idmançımız var. Qürurverici haldır ki, biz balaca uşaqları beynəlxalq yarışa aparırıq".
Qeyd edək ki, komanda bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz arenasında sınaq məşqinə çıxıb.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 27 Noyabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















