Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

“Vəfa” dəyərlərə vəfalı olmağa çağırır

“Vəfa” dəyərlərə vəfalı olmağa çağırır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

“VƏFA” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin məqsədi cəmiyyətdə mövcud olan sosial problemlərin həllinə dəstək vermək, xüsusən də qadınlar, uşaqlar və gənclərlə bağlı həssas məsələlərin aradan qaldırılması istiqamətində fəaliyyət göstərməkdir. Təşkilat cəmiyyətin həssas qruplarının yanında olmağı özünün missiyası hesab edir. İctimai birliyin sədri Fatma Hacıyeva (Hacıbəyli) təşkilatın gördüyü işlər və gələcək planları barədə XQ-yə müsahibə verdi:

– Fatma xanım, ictimai birliyin əsas fəaliyyət istiqaməti nələrdir?

– Əsas fəaliyyətimiz zorakılığın müxtəlif formalarının qarşısının alınması, gender bərabərliyinin təşviqi, qadın və uşaqların hüquqlarının müdafiəsi, gənclərin maarifləndirilməsi, ailə institutunun möhkəmləndirilməsi və sosial problemlərin həlli ilə bağlı ictimai təşəbbüslərin dəstəklənməsindən ibarətdir. Çalışırıq ki, həssas qruplar yalnız dəstək almasın, həm də öz hüquqlarını müdafiə etməyi öyrənsinlər.

– İndiyədək hansı layihələri həyata keçirmisiniz?

– Erkən nikahlarla bağlı müxtəlif adlarla bir neçə layihə rəhbəri olmuşam. Erkən nikah mövzusu qəlbimə yaxın olduğu üçün bu istiqamətdə işləməyi daha çox düşünmüşəm. Çünki müəlliməm, yeniyetmələrlə işlədiyimdən onların tələblərini yaxşı bilirəm. Bakı şəhərində erkən nikah hallarına regionlarla müqayisədə az rast gəlinir. Ona görə də həmin layihələri bölgələrdə həyata keçirmişik. Bir neçə il İsmayıllı və Abşeron rayonlarının kəndlərində maarifləndirici tədbirlər gerçəkləşdirmişik. Erkən nikahın və nikahdan kənar uşaq evliliyinin qarşısının alınması məqsədilə Abşeronun bir neçə kəndində layihənin icrasına nail olmuşuq. Onu da deyim ki, bölgələrimizdən Masallı və Biləsuvar rayonlarında erkən nikaha daha çox rast gəlinir. O bölgələrin əksər kəndlərində qızlar 5-ci, uzağı 6-cı sinifdən məktəbdən yayındırılır.

Erkən nikahlarla bağlı “Qadınların cəmiyyətə inteqrasiyasında erkən nikah sindromu” adlı layihənin icrası zamanı çox sayda telefon zəngləri gəlmişdi. Bir dəfə, Abşeronda 15 yaşlı bir qızın nişanlanması ilə bağlı informasiya aldım. Valideynlər bu məlumatı gizlətməyə çalışsalar da, uşaq faktı təsdiqlədi. Abşeron Rayon İcra Hakimiyyəti nəzdində İctimai Şuranın köməyi ilə hadisəyə müdaxilə etdik. Mərasim baş tutmadı və qızın məktəbə qayıtmasına nail olduq. Erkən nikahlar uşaqların həmin yaş dövrünü əllərindən almaqla, ailə, ev, uşaq baxımı kimi məsuliyyətlər daşımaqla şəxsi inkişafına mane olur. Uşaq evliliyi qız uşaqlarının həyat yoldaşlarından asılı hala gəlmələrinə və cəmiyyətdə qadın–kişi bərabərsizliyinin yaranmasına gətirib çıxarır.

Adətən, erkən evlilik halları ailələrin razılığı ilə baş tutduğundan, nikaha cəlb edilənlərin 70 faizi evlənməmişdən öncə bir-birlərini görmürlər. Ailə planlaşdırılmasını dərk etmirlər və beləliklə, dünyaya gələn uşaqların sağlamlığında ciddi problemlər meydana çıxır. Depressiyaya düşənlərlə bağlı dünya statistikasında 10–17 yaş arasında evlənənlərin daha çox intihara meyilliliyi müşahidə olunur.

Erkən və qohumlar arasında nikahlara qadağanın qüvvəyə minməsindən sonra düşünürəm ki, qanuna edilən bu dəyişiklik cəmiyyətin sağlamlaşmasında, sağlam nəsil yetişməsində doğru addımdır.

– Hazırda hansı layihə üzərində işləyirsiniz?

– 2025-ci ildə həyata keçirdiyimiz “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsi çox mühüm addım oldu. Bundan öncə “Yeniyetmə və gənclər arasında erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə” layihəsini reallaşdırmışıq. Bu layihə ilə yeniyetmə və gənclər arasında ailə institutunun inkişafına töhfə verməyi, erkən nikahların qarşısını alaraq məişət zorakılığına “yox” deməyi və onun fəsadları barədə geniş maarifləndirmə işləri aparmağı hədəflədik. Məqsədimiz yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nikaha girməsinin qarşısını almaq və ailə dəyərlərinin gənclər arasında təbliğini gücləndirmək idi.

Hazırda “Gender əsaslı zorakılıq struktur və mədəni şiddətin ən çox yayılan formasıdır” adlı layihəni reallaşdırırıq. Layihənin icrasına iyun ayından başlamışıq. Bölgələrdə həyata keçirdiyimiz layihənin icrası avqust ayının sonunda başa çatacaq.

– İcra edilən layihələrin cəmiyyətə təsiri barədə nə deyə bilərsiniz?

– Ən böyük nəticə ondan ibarətdir ki, artıq insanlar bu mövzularda susmurlar. Valideynlər, gənclər, xüsusən də qadınlar daha çox maariflənir, zorakılığa qarşı mübarizədə səslərini qaldırmaqdan çəkinmirlər. Zorakılıqla üzləşən insanların bizə müraciət etməsi, dəstək istəməsi bizim üçün ən böyük uğurlardan biridir.

Qarşıda zorakılığın qarşısının alınması, gənclərin hüquqlarının müdafiəsi, qadınların cəmiyyətə inteqrasiyası ilə bağlı yeni layihələr həyata keçirməyi planlaşdırırıq. Ən böyük məqsədimiz isə maarifləndirməni daha geniş miqyasda aparmaq, istəyimizi, məqsədimizi daha çox insana çatdırmaqdır.

Zərifə HÜSEYNOVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri