Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Vəfalı olan vəfa görər...

Vəfalı olan vəfa görər...

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


İnsanları bir-birindən fərqləndirən, yaxşını pisdən ayıran xarakterik cəhətlər var. Vəfa da belə mühüm əxlaqi dəyərlərdən biridir. İnsanın vəfalı olması onun başqa bir çox gözəllikləri də özündə ehtiva etdiyini göstərir.
Uşaq olanda yaşlı adamların ölüb getmiş şəxslər haqqında necə böyük sevgi ilə, rəğbətlə danışdığını çox eşitmişəm. Hər dəfə xatırlayanda da dua edir, Allahdan (c.c.) onların ruhuna xeyir-bərəkət diləyirdilər. Sonradan öyrəndim ki, aclıq illərində o adamlar son tikələrini belə ehtiyac sahibləri ilə bölüşüblər. Ona görə də, vəfatlarından əlli il keçsə də, sevgi ilə, dua ilə yad edilirdilər.
Əslində, onları xatırlayanlar, ruhuna dua oxuyanlar də yaxşı adamlar idilər ki, uşaq vaxtı gördükləri o yaxşılığı unutmur, xeyirxah insanları sevgi ilə xatırlayır, vəfa örnəyi olurdular.
Vəfalı olmaq əslində çox geniş anlayışdır. Verdiyi sözə əməl etmək, vədinə vəfa göstərmək ən mühüm insani xarakterlərdən biridir. Cəmiyyətdə bütün əlaqələr, vədlər və əhdlər vəfalılığa əsaslanır. Vəfalılıq itdikdə inam da itir. Bu isə işlərin alt-üst olması və məcrasından çıxması deməkdir.
Peyğəmbərimiz (s.ə.s.) xəyanətin və vəfasızlığın möminlərin sifətlərindən deyil, münafiqlərin sifətlərindən olduğunu qeyd edərək buyurur: “Dörd əlamət kimdə olsa, o xalis münafiq olar. Bu dörd əlamətdən biri olsa, o əməli tərk edənə qədər həmin adamda münafiqliyin bir xüsusiyyəti olar. Əmanətə xəyanət edər, danışanda yalan danışar, vəd verəndə vəfasızlıq edər, münaqişə edəndə günah danışar”.
Şübhə yoxdur ki, İslamın qadağan etdiyi vəfasızlıq sifəti həmin adamın nəfsinin alçaqlığını göstərir. Belə adam cəmiyyət arasında sevilməyən və nifrət edilən insandır. Vəfalı cəmiyyət bir-birinə inanan güclü cəmiyyətdir və düşmənləri ondan qorxarlar. Çünki vəfalı adam dediyini yerinə yetirəndir.
Vədi yerinə yetirməyi və əhdə vəfalı olmağı əmr etmək İslamın gözəlliklərindəndir. Bu haqda Allah (c.c.) buyurur: “Ey iman gətirənlər! Əhdlərə sadiq olun” (Maidə, 5/1).
“Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir. (İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda sorğu-suala tutulacaq)” (İsra, 17/34).
Vəfalı olmaq İslam cəmiyyətinin bünövrəsinin əsaslarındandır. Çünki vəfalı olmaq, digər işləri də əhatə edir. Vəfa demək, ehtiyacı olanda dostuna kömək etmək deməkdir. Dost öldükdən sonra onun ailəsini, yaxınlarını sevmək, onlarla əlaqəni kəsməmək də vəfadandır. Müsəlman vəfakar olar. Vəfakar olmağın, yəni tək Allah rizası üçün sevməyin mükafatı böyükdür. Bütün gözəl insani keyfiyyətlərin ən gözəl örnəyi olan Sevimli Peyğəmbərimiz (s.ə.s.) həm də ən gözəl vəfa örnəyidir. Ona görə də, Onun mübarək həyatından bəzi nümunələri xatırlamaq həm Onun pak ruhuna vəfa, həm də özümüzə gözəl bir nümunə olar.
*** 
Bir səhabə Peyğəmbərimizin (s.ə.s.) yanına gəlir və anasının xasiyyətinin pis olduğundan şikayətlənir. Rəsulullah ona belə cavab verir:
- Amma doqquz ay səni bətnində gəzdirəndə xasiyyəti pis deyildi.
Səhabə şikayətini təkrarlayır:
- Həqiqətən xasiyyəti çox ağırdır.
- Amma iki il səni əmizdirəndə xasiyyəti pis deyildi.
Səhabə şikayətini bir daha təkrarlayır və Rəsulullah belə cavab verir:
- Amma sənə görə gecələri yuxusuz keçİrəndə xasiyyəti pis deyildi.
Həmin adam bu dəfə də məsələyə başqa tərəfdən yanaşır:
- Amma mən də borcumu ödədim, ey Allahın elçisi.
- Nə etdin?
- Onu Həcc ziyarətinə kürəyimdə apardım və ziyarət boyu kürəyimdə gəzdirdim.
Rəsulullahın dodaqlarında acı təbəssüm görünür:
- Sənin bu etdiyin onun yaşadığı doğum sancısının belə əvəzi ola bilməz...
*** 
Rəsulullah tez-tez sevimli xanımı, həyatının iyirmi beş ilini baş-başa yaşadığı Hz. Xədicə anamızı (r.anha) xatırlayar, ondan bəhs edərdi. Bir dəfə Hz. Aişə anamız (r.anha) özünü nəzərdə tutaraq belə deyir:
- Ey Allahın elçisi, Allah Sənə Xədicədən daha gəncini, daha gözəlini, daha xeyirlisini nəsib etmədimi?
Rəsulullah belə cavab verir:
- Xeyr. And içərəm ki, Allah mənə Xədicədən daha xeyirlisini nəsib etmədi. Hər kəs mənim peyğəmbərliyimi inkar edəndə o, məni təsdiqlədi. Hər kəs məni yalançı hesab edəndə o, məni doğruladı. Heç kim mənə bir şey verməyəndə o, bütün sərvətini mənim əmrimə verdi.
***
Mədinədəki məscidin təmizlik işlərinə baxan yaşlı zənci bir qadın var idi. Sakit, kasıb, öz işi ilə məşğul olan bir xanım idi. Rəsulullah (s.ə.s.) iki-üç gün onu görmür və harada olduğunu soruşur. Onun vəfat etdiyini və filan yerdə dəfn edildiyini deyirlər. Rəsulullah bir qədər tutqun halda:
- Mənə də xəbər verməli deyildinizmi? - deyir.
Sonra onun məzarı başına gedir və yenidən cənazə namazı qıldırır.
***
Həbəşistandan Mədinəyə bir dəstə adam gəlir. Rəsulullah (s.ə.s.) onlara öz əlləri ilə xidmət edir. Səhabələr bu işi öz üzərlərinə götürmək istəyəndə Rəsulullah (s.ə.s.) etiraz edir və belə buyurur:
- Mən hicrət edən ilk müsəlmanları Həbəşistana göndərəndə bu adamlar onlara hörmət göstərdilər. Ona görə də, mən onlara öz əllərimlə xidmət etmək istəyirəm.
Vəfa mövzusu son dərəcə geniş mövzudur. Amma bəzən vəfasızlara da rast gəlirsən ki, beləsinə mənfəətpərəst, nankor deyilir. Yazımızı çox gözəl bir müjdə ilə tamamlamaq istəyirik. Rəsulullah (s.ə.s.) buyurur ki, axirət günü hər kəs öz sevdikləri ilə birlikdə olacaq.
Vəfanın mənbəyi Allahın (c.c.) bizim üçün örnəyi isə Onun Elçisidir. Doğrudur, dünya həyatında kimlərsə sizin xəyallarınızı yerlə yeksan edə, sizə qarşı nankor davrana bilər. Amma bütün bunlar çox kiçik, çox bəsit məsələlərdir. Mühüm olan odur ki, Allah vəfalıdır, Rəsulu vəfalıdır. Biz də vəfalı olaq ki, vəfa görək.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 09 Fevral 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see495

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see332

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see190

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see142

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri