Icma.az
close
up
RU
Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: “O kimdir?”

Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: “O kimdir?”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Sevil” operasından “Dilbərin ariyası”nı ifa edən müğənni Vəfa Şərifova “Rəngarəng” verilişində opera ifaçılarından təşəkkür gözlədiyini bildirib. 

Müğənninin sözlərinə görə, məhz bu ifadan sonra hansısa bir ariya sosial şəbəkələrdə viral olub: 

“Mən ariya oxuyanlardan təşəkkür gözləyirdim. Amma qınaq eşitdim, bilmirəm niyə? Məncə, mənə təşəkkür etməliydilər. Çünki “TikTok”-da bu günə qədər bir dənə ariya qabağınıza çıxmışdı? “İnstagram”da, “TikTok”-da bu qədər danışılmışdı? Amma bu gün danışılır. Neçə ildir verilişiniz gedir, ariya oxuyanlardan danışmışdız?

“Dilbərin ariyası” bu günə qədər səslənmişdi, səslənməmişdi? Bu gün burada səslənir. Neçə verilişdir ki, bu haqda danışılır. “Dilbər ariyası”nı, sırf mənim paylaşdığım hissəni bu gün çox insan əzbər bilir. Hələ “YouTube”-a qoyulmayıb. Yalnız “TikTok”-a qoyulub və bu qədər böyük kütlə tərəfindən dinlənilib”. 

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında Respublikanın Əməkdar artisti, Opera və Balet Teatrının solisti Fərid Əliyev bildirib ki, bu cür sözlərə ehtiyac yoxdur. Fərid Əliyevin sözlərinə görə, opera sənətini və ariyalarını populyar etmək lazım deyil, opera sənəti əsrlərdir yaşayır və yaşayacaq: 

“Mən heç tanımıram  ki, o kimdir. Nə adını bilirəm, nə üzünü görmüşəm. “Dilbərin ariyası”nı çox adam oxuya bilər. Onun çox güclü ifaçıları var. “Dilbərin ariyası” Vəfa xanımdan əvvəl də populyar olub və sonra da olacaq. Vəssalam.

Heç kəsi pisləmək istəmirəm. Dediyim kimi, nə görmüşəm, nə də eşitmişəm. Lakin bu cür sözlər də deməyə ehtiyac yoxdur. Amma məşhur edibsə, çox sağolsun. Mən nə deyə bilərəm? O, “Dilbərin ariyası”nın bəstəkarının kim olduğunu bilir? Opera sənətini və ariyalarını populyar etmək lazım deyil. Opera hamısından qabaq populyar olub. Neçə əsrlərdir yaşayıb və yaşayacaq da”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Yanvar 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri