Vəfa Şərifova Yıldız Tilbenin onu məhkəməyə verməsindən danışdı: Üzr istəməyəcəm
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müğənni Vəfa Şərifova türkiyəli həmkarı Yıldız Tilbenin onu məhkəməyə verməsindən danışıb.
BAKU.WS xəbər verir ki, Tilbenin vəkilinin sosial şəbəkədə etdiyi paylaşım şər-böhtandır.
Bu səbəbdən də o da Yıldız Tilbeni məhkəməyə verə bilər. Lakin ona olan sevgisindən bunu etməyəcək.
Vəfa qeyd edib ki, Tilbedən üzr istəməyəcək. Çünki buna bir əsas yoxdur. Sənətçi bildirib ki, o efirdə duet layihəsinin hələ müzakirə olunduğunu deyib. Lakin bunu Yıldız Tilbeyə başqa cür çatdırıblar.
Vəfanın Yıldız Tilbeyə 100 000 dollar ödədiyini, lakin bunu Tilbenin qəbul etməyərək Vəfanı çətin vəziyyətdə qoyduğunu iddia ediblər.
Qeyd edək ki, müğənni Vəfa Şərifova bir müddət əvvəl həmkarı Yıldız Tilbe ilə duet oxuyacağını açıqlayıb. Sənətçi bunun üçün 100 min dollar (170 min manat) ödəyəcəyini, buna görə avtomobilini satışa çıxardığını deyib. Yıldız Tilbenin vəkili Handan Bakbak məsələ ilə bağlı açıqlama yayıb.
O bildirib ki, Tilbe sosial şəbəkədə Vəfa Şərifovanın onun haqqında dediklərini eşidib və bunlar yalandır:
"Vəfa Şərifova, Yıldız Tilbe ilə duet oxumaq üçün 100 000 dolları ödədiyini, müğənninin pulu almasına baxmayaraq duetdən imtina etdiyini və onu çətin vəziyyətdə qoyduğunu həm yazılı, həm də vizual formada iddia edib. Bildiririk ki, Yıldız Tilbenin adıçəkilən şəxs ilə heç bir əlaqəsi, yazışması, paylaşımı, işbirliyi və ya görüşü olmayıb. Bu böhtandır və cinayət tərkibi yaradan hallardır. Bununla bağlı zəruri hüquqi tədbirlər görüləcəkdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 03 Fevral 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















