Icma.az
close
up
RU
Vəfalı olmaları ilə seçilir, qəhrəmanlığı, azadlığı və gücü simvolizə edirlər Binə Atçılıq Mərkəzindən REPORTAJ

Vəfalı olmaları ilə seçilir, qəhrəmanlığı, azadlığı və gücü simvolizə edirlər Binə Atçılıq Mərkəzindən REPORTAJ

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 oktyabr, AZƏRTAC

Atlar dünyanın ən vəfalı və sadiq heyvanlarından biri hesab olunur. Bu heyvanlar insanlarla emosional bağ yarada bilirlər. Onlar insanların üz ifadələrini başa düşmək və ona uyğun davranmaq qabiliyyətinə malikdirlər. Atların insanlar tərəfindən çox erkən dövrlərdə, təxminən eramızdan əvvəl 4000-3500 il əvvəl əhliləşdirilməsinə başlanılıb.

Hazırda dünya üzrə atların sayı 60 milyon civarındadır. Bu göstərici kənd təsərrüfatı, idman, turizm, əyləncə və terapiya məqsədilə istifadə olunan atları əhatə edir. Dünyanın müxtəlif yerlərində spesifik at növləri yetişdirilir. Ərəb, Qafqaz və ya Mərkəzi Asiya, eləcə də ingilis yarış atlarının hər birinin özünəməxsus xüsusiyyətləri var.

Atlar bir çox mədəniyyətlərin folklorunda və əfsanələrində mühüm yer tutur. Onlar qəhrəmanlığı, azadlığı və gücü simvolizə edirlər. Türk mədəniyyətində isə atlar güc, azadlıq və sərvətin simvoludur. Atlar yalnız “sadiq yoldaşlar” deyil, eyni zamanda, mədəniyyətlərin, ənənələrin və tarixlərin bir parçasıdır.

Dünyada atçılığın vətənlərindən biri olan Azərbaycan ərazisində atçılıq Eneolit dövründə mövcud olub. Ölkəmizdə atçılıq zəngin mədəni irsi və qədim ənənələri ilə tanınır. Həmin ənənələr tarixin müxtəlif mərhələlərində formalaşıb və müasir dövrdə də davam edir. Hazırda respublikamızda bu sahənin inkişafı məqsədilə yaradılan müxtəlif atçılıq klubları və mərkəzləri arasında Binə Atçılıq Mərkəzi xüsusilə seçilir. Mərkəz ölkənin atçılıq ənənələrini yaşatmaqla yanaşı, bu sahənin beynəlxalq standartlara uyğun inkişafına da nəzərəçarpacaq töhfələr verir.

Binə Atçılıq Mərkəzində atların yetişdirilməsi, təlimi, yarışlara hazırlanması və bir çox digər fəaliyyətlər həyata keçirilir. Eyni zamanda, atsevərlərə və gələcəkdə atçılıqla məşğul olmaq istəyənlərə geniş imkanlar təqdim edir, xüsusi dərslər təşkil olunur. Bununla yanaşı, burada atlara xüsusi qayğı göstərilir.

Atlar qum vannası qəbul edir, ziyarətçilər şanslarını dəyərləndirirlər...

AZƏRTAC-ın əməkdaşları olaraq, fəaliyyəti ilə maraqlanmaq üçün Binə Atçılıq Mərkəzində olarkən burada maraqlı hallarla rastlaşdıq. İlk növbədə havanın yağıntılı olmasına baxmayaraq, at sürmək üçün müxtəlif yaş qruplarından olan çox sayda insanın buraya gəlməsi diqqətimizi cəlb etdi.

Mərkəzdə tövləyə daxil olub, atlara baxdıq. Burada bir-birindən fərqli, müxtəlif rənglərdə olan atlar hücrələrdən bizə boylanırdılar. Elə at var idi ki, sakit dayanmışdı. Eləsi də var idi ki, bir yerdə qərar tuta bilmirdi, yerində müxtəlif hərəkətlər edirdi. Atlara toxunmaq, onları oxşamaq isə insanda xoş ovqat yaradırdı...

Binə Atçılıq Mərkəzində demək olar ki, bütün cinslərdən olan atlara rast gəlmək mümkündür. Burada yerli cinslərdən “Qarabağ” və “Dilbaz” atları, xarici cinslərdən qara böyük friz atları, həmçinin konkur idman növü üçün yararlı olan Belçika, Macarıstan, Almaniya, Niderland at cinsləri var. Mərkəzdə İslandiya və Şotlandiya ponilərinə, yorğa, ingilis, ərəb, trot atlarına da rast gəlmək olur. Ümumiyyətlə, buraya üz tutanlar Azərbaycanla yanaşı, Almaniya, Belçika, Səudiyyə Ərəbistanı, Macarıstan, Böyük Britaniya, Misir, Argentina, Türkmənistan, Qırğızıstan atlarını görə bilərlər.

Hələ açıq sahəyə buraxılan atların qum vannası qəbul etməsini demirik. İlk dəfə şahidi olduğumuz bu hal zamanı ən maraqlı məqamlardan biri qum vannası qəbul etdikdən sonra onların bir-birinin kürəyini çarpaz formada qaşımaları idi. Balaca ponilər isə dəcəl uşaqlar kimi o yana, bu yana qaçırdılar. Onlardan, adətən, uşaqların at sürməyi öyrənməsi üçün istifadə olunur. Öyrəndik ki, xarici ölkələrdə uşaqlar arasında ponilərlə yarışlar keçirilsə də, bu ənənə, hələlik, ölkəmizdə formalaşmayıb.

Fürsətdən istifadə edib, at minmək şansını da dəyərləndirdik. Bu zaman, həqiqətən də bir neçə dəqiqəlik də olsa, həyatın yorucu hadisələrindən və stresdən uzaqlaşdığımızı hiss etdik. Mindiyim isə Almaniyadan gətirilmiş Hannoverian cinsindən olan istiqanlı, ağıllı, mehriban və itaətkar olması ilə seçilən at idi. Bu at asta-asta yeriyir, sanki məni qoruyurdu. Öyrəndik ki, bu atlar asanlıqla təlim alır və insanlardan qaçmırlar. Bu xüsusiyyətləri onları həm yarış, həm də ailə atı kimi ideal edir.

Çövkənə maraq və qarşıdakı hədəf

Binə Atçılıq Mərkəzində atların və yarışlarda iştirak edəcək idmançıların hazırlığı da aparılır, beynəlxalq turnirlər də təşkil olunur.

Çövkən və polo üzrə Azərbaycan milli komandasının kapitanı, dünya və Avropa çempionu Elçin Camallı AZƏRTAC-ın müxbiri ilə söhbətində yığmamızın və mərkəzin yetişdirmələrinin qazandığı uğurlardan bəhs edib. O bildirib ki, Azərbaycanda 2013-dən etibarən polo üzrə yarışlar “Polo Vətənə qayıtdı” kuboku devizi altında başlayıb. 2015-ci ildə ölkəmiz polo üzrə Avropa çempionatına ev sahibliyi edib. Həmin yarışda qalib gələrək Azərbaycan tarixində milli komanda səviyyəsində ilk böyük nəticə əldə edilib: “Bundan sonra ardıcıl olaraq turnirlərə qoşulduq. İtaliyada keçirilən polo üzrə Avropa çempionatında ikinci yeri tutduq. Həmçinin İsveçrədə təşkil edilən qarüstü polo üzrə dünya kubokunun iki dəfə qalibi olduq. Uğurlarımızı çövkən yarışlarında da davam etdirdik. Azərbaycanda 10 komandanın iştirakı ilə keçirilən çövkən üzrə dünya çempionatında qalib gəldik. Polşada keçirilən ilk rəsmi Avropa çempionatında da ən yüksək pillədə qərarlaşdıq. Məqsədlərimiz böyükdür. Noyabrın 5-dən 8-dək Afrikada çövkən üzrə Afrika turniri keçiriləcək və orada da qalib olmağı hədəfləyirik. Artıq dünya ölkələrində bizim mili oyun olan çövkənə maraq çoxdur, böyük turnirlər gözlənilir. Düşünürəm ki, daha böyük qələbələrimiz qarşıdadır”.

Elçin Camallı deyib ki, yarışlarda iştirakla yanaşı, davamçılar da yetişdirirlər. “Burada bütün atçılıq növlərinə aid olan yarışlar üzrə məşqlər keçirilir. Mərkəzdə həmin yarışlarda iştirak edən cins atlar var. Peşəkar idmançı olmaq və həvəskar qaydada at sürməyi öyrənmək istəyənlər üçün də məşqlər var. Hətta məşqlərə həvəskar kimi gəlib sonradan komandanın tərkibində yarışlara qoşulan və uğura imza atan yetişdirmələrimiz də olub. Təbii ki, bütün bunlar müəyyən vaxt və səbir tələb edir. Elə idmançılar var ki, bizim mərkəzdə hazırlaşıblar, yarışlara qoşulublar, Avropa və dünya çempionu olublar. Hətta uğur qazananlar arasında xarici turistlərimiz də var”, - deyə o diqqətə çatdırıb.

Atçılıq idmanının konkur növü ilə məşğul olur Seyid Musayev hazırda bu sahəyə marağın böyük olduğunu vurğulayıb: “Mərkəzə gələnlər arasında gənclər, qadınlar, uşaqlar üstünlük təşkil edirlər. Burada tam peşəkar məşqlər keçir və idmançılar yetişdiririk. Onlar ölkəmizi yarışlarda uğurla təmsil edirlər. Biz bu idman növünə tələbələri 7 yaşdan başlayaraq qəbul edirik. Son zamanlar ən çox gələnlər qadınlardır. Biz özümüz də yerli və beynəlxalq yarışlarda iştirak edirik, nailiyyətlərimiz də kifayət qədərdir. Qarşımızdakı hədəf Olimpiya Oyunlarına vəsiqə qazanmaq və ölkəmizi təmsil etməkdir”.

Göründüyü kimi, Binə Atçılıq Mərkəzi atçılıq ənənələrini yaşatmaq, peşəkar və həvəskar səviyyədə at sürməyi öyrənmək, ölkəmizi beynəlxalq arenalarda təmsil etmək, asudə vaxtı səmərəli keçirmək və yüksək əhvali-ruhiyyəyə sahib olmaq istəyənlər üçün ən əlverişli məkanlardan biridir. Burada müasir tələblərə uyğun yaradılan şərait ilin bütün fəsillərində mərkəzə üz tutanlara əylənmək və öyrənmək şansı verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri