Icma.az
close
up
RU
Vəfat edən şəxsin pulu varisinə veriləcək: Amma nə vaxt?

Vəfat edən şəxsin pulu varisinə veriləcək: Amma nə vaxt?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Vəfat edən şəxsin sığorta məbləğinin ailəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub. 

Bunu deputat Əziz Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib. Millət vəkili qeyd edib: 

“Bizi ən çox narahat edən məsələlərdən biri vəfat etmiş insanların ailələrinin dərhal çox çətin duruma düşməsidir. Əgər dünyasını dəyişən insanın həyat yoldaşının pensiya yaşına çox varsa, məsələn, gözləməlidir ki, 10 ildən sonra ərinin pensiyasını ala bilsin. Məlum deyil ki, 10 il sonra həmin şəxsin buna ömrü çatacaq, yoxsa yox. 

Təklif edirəm ki, vəfat etmiş şəxsin hesabına yığılmış sığorta məbləğinin heç olmasa 30%-nin dərhal ailəsinə verilməsi mümkün olsun. Qalan məbləğ isə ənənəvi olaraq pensiya yaşına çatanda, ailə istifadə edə bilsin. Bu da başçısını itirən ailələrin sosial durumuna ciddi dəstək ola bilər”. 

Qeyd edək ki, son vaxtlar aktual olan məsələlərdən biri də ölkədə vəfat edən şəxsin sığorta məbləğinin ailəyə verilməsi ilə bağlıdır. Bu məsələ ilə bağlı müxtəlif istiqamətdə fikirlər səslənsə də, hələ ki, bu sahədə heç bir qərar qəbul edilməyib. Ümumiyyətlə, vəfat etmiş şəxsin hesabına yığılmış sığorta məbləğinin 30 faizinin dərhal ailəsinə verilməsi mümkündürmü?    

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebheinfo.az”-a bildirib ki, əksər ölkələrdə sığorta yığımlarına görə varislik hüququ tanınır: 

“Bu barədə ən zəif mexanizmlərdən biri Azərbaycandadır, yəni hələ bu mümkün deyil. Təbii ki, digər faktorlar da var. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri, xərclər, gəlirlər baxımından müstəqillik məsələsi var. Hələ də DSMF dövlət büdcəsindən bu və ya digər şəkildə maliyyələşdirilir, irihəcmli transfertlər yönəldilir. 

Baxmayaraq ki, son 10 ildə büdcədən transfertin  fondun ümumi gəlirlərində payının təxminən 38 faizdən 25 faizə doğru  azaldığını görürük. Ancaq yenə də hər 4 manatdan təxminən 1 manatı bu və ya digər şəkildə büdcə transfertləri hesabına formalaşır. Hökumət daha çox məhz bu məqamları nəzərə alaraq öz siyasətinin çərçivələrini formalaşdırır. 

Hökumətin 2016-cı ildən başlatdığı siyasətdə müvafiq istiqamətdə əsas meyar gəlirlər və xərclər arasında balansın formalaşdırılması, bu və ya digər şəkildə büdcədən transfertlərin həcminin azaldılması, yaxud da sıfıra salınması istiqamətində idi. 

Burada istiqamətlərdən biri də gəlirlərin artırılmasıdır. Gəlirlərin artırılması üçün sistem, iqtisadiyyat işləməlidir. Birincisi, iqtisadi aktivlik olmalıdır. 

İkincisi, iqtisadi aktivlik leqal, formal olmalıdır. Ötən dövr ərzində bu istiqamətdə ciddi uğurların əldə edildiyini demək olmaz. Ona görə də hökumət gəlirlərin mənbəyini, bazasını genişləndirməkdənsə, xərclərin optimallaşdırılması siyasətini daha çox önə çıxardır. Belə bir konyukturda Azərbaycanda müvafiq qərarın indiki şərtlər daxilində qəbul ediləcəyi ehtimalını az görürəm”. 

İqtisadçının sözlərinə görə, gələcəkdə bunun üçün konyuktur formalaşa bilər: 

“Rəqəmsallaşma, nağdsız ödəniş bu və ya digər şəkildə kölgə iqtisadiyyatının miqyasını azaltmaqla bunun üçün bir baza formalaşdırır. Bu prosesdən Azərbaycan istəsə də yayına bilməyəcək. Növbəti 10 ildə böyük ehtimalla iqtisadi fəaliyyətlərdə, eyni zamanda əmək bazarında ciddi qanuniləşmə gedəcək. Bu imkan formalaşdıra bilər ki, hökumət artıq Azərbaycanda da  sığorta yığımları üzrə varislik hüququnu formalaşdırsın.

Onun parametrləri, 30, yaxud 50 faizi artıq müzakirə olunandır. Normalda varislik hüququndan danışırıqsa, əslində 100 faiz olmalıdır. Ancaq hələlik ola bilər ki, müəyyən dövrü mərhələli keçid dövrü adlandırmaq olar. Burada aşağı faizlərlə başlayıb daha yuxarı faizlərə, tam varislik hüququnun təmin edilməsinə doğru  siyasət də həyata keçirilə bilər. 

Yəni bu mümkündür. Ancaq  bu gün üçün keçirilməsi ilə bağlı çox az ehtimal görürəm. Gələcəkdə bununla bağlı məsələlər böyük ehtimalla aktuallaşacaq. Ancaq hökumətin bununla bağlı hansı mövqe sərgiləyəcəyini dəqiq proqnozlaşdırmaq çox çətindir”.

Nigar Abdullayeva
"Cebheinfo.az" 

Açar sözlər: Vəfat vərəsə Rəşad Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri