Icma.az
close
up
RU
Vəfatından əvvəl onun qucağında mahnı oxudum

Vəfatından əvvəl onun qucağında mahnı oxudum

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Əməkdar artist Manana Caparidze anasının vəfatəndan sonra ilk dəfə paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi valideyni Makvala Caparidze ilə fotosunu izləyiciləri ilə bölüşərək bunları yazıb.

"Bir aydan sonra özümdə güc toplayaraq, çalışıram ki, sizin hər birinizə minnətdarlığımı bildirim. Ürəyimdə və ruhumda o qədər çox şey var ki, nədən başlayacağımı belə bilmirəm. Bir şeyi dəqiq bilirəm ki, anamla mən həmişə sizin haqda, sevimli Azərbaycan xalqı haqqında məhəbbətlə danışmışıq. Anamın burada dostları çox idi. O sizdən ilham alırdı.

Anamla mən hər gün uca yaradana sizin üçün, tale üçün, çətinlikləri və uğurları ilə bizə verilən ömür üçün şükr edirdik. Son günlər anam həqiqətən arzulayırdı və ümid edirdi ki, birlikdə Bakıya gələcəyik. Çox darıxırdı, bir gün belə olmadı ki, mən ona Bakının müxtəlif gözəl küçələrindən videolar göndərmiyim. Ona Azərbaycanda baş verənlərdən danışırdım. Bundan çox ilham alırdı. Anama sizin hər sözünüzü, hər bir təşəkkürünüzü, hər xeyir-duanızı çatdırırdım. O bununla, mənim səhnədə və həyatdakı uğurlarımla yaşayırdı. Mən dünyanın ən xoşbəxt, ən qürurlu qızıyam. 

Anam mənə güc verəcək və nə qədər ki, mən sağam, sevgimlə, səmimi hisslərimlə, hər birinizə böyük minnətdarlıq hisslərimlə, valideynlərimin qoyduğu yolu davam etdirəcəyəm. Son 20 ildə atam rəhmətə gedəndən sonra, dünyaya anamın baxışları ilə baxmağı öyrəndim. Bundan sonra da dünyaya onun isti baxışları ilə baxacağam. Onun səmimi sözləri ilə danışacağam. Ürəyim daim anamla eyni ritmdə döyünəcək. O, həmişə mənimlə olacaq, mən də onunla!

Anamın, mənim üçün böyük planları və məqsədləri var idi. Qardaşım dünyasını dəyişəndə anam deyirdi ki, "Manana oxuyanda, yaşayıram". Anam məni bir neçə dəfə qucaqladı və dedi ki, oxumağım onun həyatını xilas etdi. Bu, səkkiz yaşlı Manana üçün böyük bir məsuliyyət idi. O, hər dəfə oxumağının anasını xilas etdiyini başa düşdü. Vəfatından əvvəl anamın qucağında uzanıb, onun gözəl ruhu üçün mahnı oxuyurdum, xilas ümidi ilə. Danışa bilmirdi, amma sevgi dolu gözləri, məhəbbət, kədər, xoşbəxtlik, mehribanlıqla dolu gözləri və xeyir-duası, təkrar-təkrar oxumağımı istəyirdi. Anama söz verdim ki, pozitiv olmağa, insanlara xoşbəxtlik bəxş etməyə, oxumağa güc tapacağam və mənim hər notum, səsim, hər ikimizi  ifadə edəcək. Anam mənim üçün gözəl nümunə, hər şeydə böyük ilham olub və olacaq! Ana, mən oxuyacağam, sən yaşa! Mənimlə, bizimlə, cənnətdə və harada ki, səmimiyyət, ədəb, sədaqət, qürur, mərhəmət, iman, böyük saf və fədakar sevgi var".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://axsam.az
archiveBu xəbər 17 Dekabr 2024 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri