Icma.az
close
up
RU
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi

Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmi ilə təsərrüfatların sığortalanmasını həyata keçirən Aqrar Sığorta Fondu son günlər vəhşi heyvanların təsərrüfatlara hücumlarının artması ilə bağlı fermerlərə çağırış edib.

Fonddan Adalet.az-a verilən məlumta görə, son həftələr Azərbaycanın müxtəlif bölgələrində kəndlərə və şəxsi təsərrüfatlara vəhşi heyvanların hücumlarının sayı artmaqdadır. Belə hallar əsasən Cəlilabad, Ucar, Quba, Şəki-Zaqatala bölgəsi və digər ərazilərdə müşahidə edilir.

Əksər hallarda canavar və ayıların hücumu nəticəsində kənd təsərrüfatı heyvanları yaralanır və tələf olur, təsərrüfatlar itki ilə üzləşir, fermerlərə maddi zərər dəyir. Adətən mövsümi faktorlarla – havaların soyuq keçməsi və vəhşi heyvanların yem axtarışı səbəbindən baş verən bu hadisələr hər il təkrarlanır.

Belə hallarda təsərrüfatlara dəyən zərərləri qarşılamaq üçün ən uyğun vasitə kənd təsərrüfatı heyvanlarının vaxtında sığorta edilməsidir. Ölkəmizdə dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizmi heyvandarlıq təsərrüfatlarını - yəni kənd təsərrüfatı heyvanlarını - sığortalamağa imkan verir.

Aqrar sığorta vasitəsilə iribuynuzlu mal-qara, yəni südlük və ətlik inək və camışlar, eləcə də xırdabuynuzlu heyvanlar – qoyun və keçilər – sığortalana bilər. Aqrar sığorta kənd təsərrüfatı heyvanlarını çoxsaylı risklərdən qoruyur. Buraya təbiət hadisələri, yoluxucu xəstəliklər, ot, yem və kimyəvi maddələrdən zəhərlənmə, yanğın, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, avtomobillə vurulma, oğurluq, quldurluq və digər hadisələr daxildir.

Aqrar sığorta qaydalarına əsasən, kənd təsərrüfatının digər sahələrində olduğu kimi, heyvanların sığortalanması zamanı da 50%-lik dövlət dəstəyi tətbiq edilir. Yəni sığorta haqqının yarısını dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə heyvanlarını sığortalaya bilirlər.

Belə ki, iri buynuzlu mal-qaranın sığortalanması üçün sığorta tarifləri 4,89%-7,80%, xırdabuynuzlu heyvanlarda isə 4,6%-7,37% təşkil edir. Dövlət dəstəyini nəzərə aldıqda 1000 manatlıq mal-qaranın sığortası fermerə cəmi 24 manata, 300 manatlıq qoyun və ya keçinin sığortası isə cəmi 7 manata başa gəlir.

Aqrar sığorta təsərrüfatı vəhşi heyvan hücumu riskindən qoruduğuna görə, ayı, canavar və digər heyvanların hücumu nəticəsində sığortalı heyvanlar tələf olarsa, Aqrar Sığorta Fondu heyvan sahibinə sığorta ödənişi edir.

Hadisə baş verdikdə 10% azadolma tətbiq edilir və fermerə aqrar sığorta ödənişi verilir. Nəticədə 300 manatlıq qoyun və ya 1000 manatlıq mal-qaranın tələf olması zamanı heyvan sahibinə müvafiq olaraq 270 manat və 900 manat ödənilir.

Son dövrdə heyvandarlıq sığortası üzrə ödənişlər artmaqdadır. Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq təsərrüfatlarında baş verən hadisələr və heyvan tələfatı ilə bağlı fermerlərə indiyədək ümumilikdə 3,2 milyon manat sığorta ödənişi həyata keçirilib. Heyvandarlıq təsərrüfatlarına 2021-ci ildə 118 min manat, 2022-ci ildə 671 min manat, 2023-cü ildə 910 min manat, 2024-cü ildə 1 milyon 172 min manat, 2025-ci ilin ilk 10 ayında isə 327 min manat sığorta ödənişi edilib.

Qış mövsümündə heyvandarlıq təsərrüfatlarında tez-tez rast gəlinən digər risk yanğın hadisələridir. Bu dövrdə heyvanların soyuqdan qorunması üçün istifadə edilən qızdırıcı cihazlar bəzi hallarda alışmaya və yanğına səbəb olur. Nəticədə heyvanların yanğın və boğulma səbəbindən tələf olması halları baş verir.

Aqrar Sığorta Fondu fermerlərin bütün bu risklərdən zərər çəkməməsi üçün onları aqrar sığortadan faydalanmağa və təsərrüfatlarını sığortalamağa çağırır.

Qanunvericiliyə əsasən, yalnız rəsmi bəyan edilmiş və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan heyvanlar sığortalana bilər. Fermerlər heyvandarlıq təsərrüfatlarını sığortalamaq üçün Aqrar Sığorta Fondunun yerli filiallarına və ya 1651 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Fond bir daha fermerlərə xatırladır ki, heyvanların saxlanma xərcləri ilə müqayisədə aqrar sığorta xərci dəfələrlə azdır və fermerlər bu fürsətdən istifadə edərək təsərrüfatlarını əlverişli şərtlərlə sığortalaya bilərlər.

Sığorta üçün müraciət olunmuş təsərrüfata əvvəlcə müstəqil aqrar sığorta eksperti baxış keçirir. Təsərrüfat və heyvanlar tələb olunan şərtlərə uyğun olduqda onlar aqrar sığorta təminatına qəbul edilir.

Aqrar sığortanın əhatə etdiyi məhsulların sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki “Heyvandarlıq məhsulları” bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə “Heyvandarlıq kalkulyatoru” vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Dekabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri