Icma.az
close
up
RU
“Vəhşi istedad”: bağışlanılmaz və unudulmaz

“Vəhşi istedad”: bağışlanılmaz və unudulmaz

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az Sevinc Mürvətqızının “Vəhşi istedad”: bağışlanılmaz və unudulmaz" essesini təqdim edir.

İnsana bəxş edilən gözəl (həm də təhlükəli!) ilahi vergi haqqında məhz “vəhşi istedad” ifadəsini işlətməyim sadəcə gəlişigözəl bir giriş deyil. Bu yazıda ümumən xalqımızın böyük bir qismində mövcud olan ortabab, ənənəvi istedad anlayışından deyil, məhz çərçivələri aşaraq gözə çarpan və bununla da birbaşa ruha xitab edən qarşısıalınmaz təbii ilahi potensialdan bəhs etmək istəyirəm.

Amma “vəhşi istedad”ın insanı hər mənada “dəli eləyən” mahiyyətinə keçməzdən öncə ümumi bir istedad anlayışının içindən (bəlkə də həndəvərindən) yolumuzu salaq...

İstedad əslində çox mürəkkəb və müxtəlif formalarla ifadə olunan bir fenomen olduğu üçün onu yalnız bir ölçü ilə (bu kontekstdə yazı ilə) qiymətləndirmək çətindir. Hər bir insanın daxili dünyasında özünəməxsus güc, yaradıcı təbii istedad yatır. Mövzu ilə bağlı müzakirələrə (mübahisələrə də) açıq olduğumu vurğulayaraq istedadın görə bildiyim (“görmək” də subyektiv məsələdir əslində...) hallarından yazmaq istəyirəm: “Vəhşi istedadlar” (bunu Ali İnstansiyadan yer üzünə kanallıq edən vasitə də adlandırmaq olar) və miyanə (bilgisi, savadı, mütaliəsi, təhsili və müəyyən genetik proqramlarının da iştirakı ilə təzahür edən qənaətbəxş) istedadlar...

Sadalama ənənəsindən kənara çıxıb ikincilərdən başlamaq istəyirəm. Onlar, təbii şəkildə, çox sayda mövcud olan, amma yüksək materiyalara, ali məqsədlərə nüfuz etmək imkanına malik olmayanlardır. Ortabablar cəmiyyətdə özlərini tanıdaraq həyatlarını davam etdirirlər, əslində gözə çarpsalar da, potensiallarının miqyası çox deyil. Bunlar çox vaxt mövcud şərtlərdə əla performans göstərsələr də, potensialı genişlənmir. Ortabab istedadlar təcrübə, təhsil və inkişaf vasitəsilə bacarıqlarını artırmaqla kifayətlənirlər, amma heç vaxt yaradıcı şəkildə və ya yüksək bir məqsəd uğrunda fəaliyyət göstərmirlər. Bu, onlardakı çərçivəliliyin və məhdud(laşmış) yaradıcı potensialın göstəricisidir.

Birincilər – kanallıq edən çılğın istedadlar isə daha yüksək mənəvi və intellektual müstəvidə yerləşən və özlərində göylə yeri birləşdirən “bağ” enerjisini hiss edənlərdir. Onların işığı, daxili enerjisi gözlərindən, auralarından yayılır. Onlar bir növ gözəgörünməz İlahi Ali Məqamdan gələn ilhamı öz içlərində qəbul edən və sonra bu məlumatları cəmiyyətə ötürən dəlisov bir vasitəçi rolunu oynayırlar. Bu, çox xüsusi və nadir bir təbii istedad növüdür ki, digərləri bu qabiliyyəti ya heç başa düşmür, ya da bu fenomeni mütləq şəkildə qəbul etməyə çətinlik çəkirlər... Çünki çılğın istedad normativ çərçivələrə qarşı çıxan gücdür.

Cəmiyyətin strukturu qaydalara və konformizmə əsaslanır, nizam hər kəsin harmoniya içində yaşamasını təmin edir. Lakin «vəhşi istedad» bu nizamı pozur. O, standartları rədd edir, cəsarətlə öz yolunu açır və bu proses çoxlarını narahat edir. Bu, bəzən qibtə, həsəd, bəzən isə qorxu doğurur. Sıradan olanlar fərqliliyi bağışlaya bilmirlər, çünki fərqlilik onlara yaradıcılıqdan uzaq bəsitliklərini, rutin mövcudiyyətlərini xatırladır...

“Vəhşi istedad” təbii bir ehtirasla çırpınan, azad və heç bir qəlibə sığmayan, tam olaraq hansı formaya bürünəcəyini bilməyən qarşısıalınmaz enerjidir. Cəmiyyət isə bu enerjinin sərhədlərini bilmək və onu mənimsəmək üçün bir yol tapmağa çalışır... Tapmadıqda isə ya görməzdən gəlməyi, ya görüb inkar etməyi, ya da damğalamağı seçir...

İnsanın öz içində formalaşan, amma xarici dünyada heç bir şəkildə yer tapa bilməyən güclü təzahür olan “vəhşi istedad”ın çox təhlükəli məqamları da var: o, həddən artıq tənqid edən və ya çox sərbəst olan bir təkəbbürlə qarşılaşdıqda özü ilə birlikdə başqalarını da uçuruma sürükləyə bilər.

“Vəhşi istedad”ın təbiəti təhdidedicidir. Onun hansı addımı atacağı və bunun yaratdığı nəticələr heç vaxt əvvəlcədən təxmin edilə bilməz, qeyri-müəyyəndir. Və bütün bunlara görə “vəhşi istedad” bağışlanılmazdır, şüuraltı olaraq o seçilmişliyə, "ilahi vergi"yə görə onu bağışlamırlar...

Bağışlanılmazlığı şərtləndirən bir amil də “vəhşi istedad”ın hər kəsdə olmamasıdır. “Vəhşi istedad” nadir tapıntıdır. Bu, seçilmişlərə verilən bir yükdür. Seçilmiş olmaq isə cəmiyyətdən ayrı qalmaq, təklənmək deməkdir. Məsələn, Van Qoq rəssamlıqda inqilab yaratdı, amma həyatı boyu öz dövründə anlaşılmadı. Rəsmlərini bir kənara qoyub, öz əli ilə kəsib hədiyyə apardığı qulağından danışırdılar. Onun “vəhşi istedad”ı yalnız ölümündən sonra qiymətləndirildi... Belə vəhşi, ramedilməz istedadlar hər sferada var...

“Vəhşi istedad” yalnız böyük təfəkkür sahiblərinə, özünü müntəzəm olaraq təkmilləşdirənlərə, öz daxilindəki qorxuları qəbul edib onları idarə etməyi bacaranlara bağışlananda dünyanı yaxşı mənada dəyişmək gücünə malikdir. Azacıq da olsa daxili sapma baş verərsə, bu istedad yanğın kimi nəinki öz sahibini, həm də ətrafı məhv edər. “Vəhşi istedad” atının “yüyəni” müdriklik olmalıdır.

Bir də “vəhşi istedad”ın özü özünü məhv etməsi prosesi var - mənəvi avtofagiya kimi... İlahi kanallıq missiyası ilə doğulub sonradan Yaradanın bəxş etdiyi möhtəşəm enerjini göydən yerə ötürənə də, özünə də xəyanət edib içindəki istedadı çürüdüb kanalizasiyaya çevirənlər... Bir vaxtlar böyük potensiala sahib olan, amma zamanla öz daxilindəki enerjini düzgün istiqamətləndirə bilməyərək iblisanə eqoya yenilib onu məhv edənlər...

Onlar daxili ziddiyyətlərlə və konfliktlərlə üzləşib öz istedadlarını çox yüksək tələblərlə və yanlış yolda istifadə edirlər, ya da onları öz mənafeyinə xidmət etməyə yönəldirlər, beləcə, səmavi olanı “yer”ləşdirirlər... Sonra da nəinki Yaradan, cəmiyyət, o “vəhşi istedad” özü də onları bağışlamır, o enerjinin yanlış “istismarı” ilə böhranlı ruh halına və ya daxili boşluğa sürüklənirlər...

Bütün bunlar göstərir ki, “vəhşi istedad” özlüyündə həm lütf, həm də cəzadır. Amma bu bağışlanılmazlıq “vəhşi istedad”ın öz dəyərini azaltmır.

Əksinə, o, insan ruhunun sərhədsiz potensialını göstərir və dünyanı gözəlləşdirə bilir...

Bəlkə də “vəhşi istedad”ın bağışlanılmaz olması onun ən böyük gücüdür. Çünki bağışlanılmaz olan, həm də unudulmazdır...

Rus şovinizminin dəyişməyən üzü... Elnarə Akimova: “Ədəbiyyatda öz hekayəmi yazmağı bacarmışam...” - Müsahibə Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 İyun 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see705

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see441

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see266

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see235

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see232

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see214

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see213

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see212

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see202

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see200

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see199

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see197

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see191

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see190

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see189

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see187

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see186

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri