Icma.az
close
up
RU
525ci qəzet “Vəhşi istedad”: bağışlanılmaz və unudulmaz Sevinc Mürvətqızı yazır

525ci qəzet “Vəhşi istedad”: bağışlanılmaz və unudulmaz Sevinc Mürvətqızı yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Sevinc MÜRVƏTQIZI

İnsana bəxş edilən gözəl (həm də təhlükəli!) ilahi vergi haqqında məhz “vəhşi istedad” ifadəsini işlətməyim sadəcə gəlişigözəl bir giriş deyil. Bu yazıda ümumən xalqımızın böyük bir qismində mövcud olan ortabab, ənənəvi istedad anlayışından deyil, məhz çərçivələri aşaraq gözə çarpan və bununla da birbaşa ruha xitab edən qarşısıalınmaz təbii ilahi potensialdan bəhs etmək istəyirəm. 

Amma “vəhşi istedad”ın insanı hər mənada “dəli eləyən” mahiyyətinə keçməzdən öncə ümumi bir istedad anlayışının içindən (bəlkə də həndəvərindən) yolumuzu salaq...

İstedad əslində çox mürəkkəb və müxtəlif formalarla ifadə olunan bir fenomen olduğu üçün onu yalnız bir ölçü ilə (bu kontekstdə yazı ilə) qiymətləndirmək çətindir. Hər bir insanın daxili dünyasında özünəməxsus güc, yaradıcı təbii istedad yatır. Mövzu ilə bağlı müzakirələrə (mübahisələrə də) açıq olduğumu vurğulayaraq istedadın görə bildiyim (“görmək” də subyektiv məsələdir əslində...) hallarından yazmaq istəyirəm: “Vəhşi istedadlar” (bunu Ali İnstansiyadan yer üzünə kanallıq edən vasitə də adlandırmaq olar) və miyanə (bilgisi, savadı, mütaliəsi, təhsili və müəyyən genetik proqramlarının da iştirakı ilə təzahür edən qənaətbəxş) istedadlar... 

Sadalama ənənəsindən kənara çıxıb ikincilərdən başlamaq istəyirəm. Onlar, təbii şəkildə, çox sayda mövcud olan, amma yüksək materiyalara, ali məqsədlərə nüfuz etmək imkanına malik olmayanlardır. Ortabablar cəmiyyətdə özlərini tanıdaraq həyatlarını davam etdirirlər, əslində gözə çarpsalar da, potensiallarının miqyası çox deyil. Bunlar çox vaxt mövcud şərtlərdə əla performans göstərsələr də, potensialı genişlənmir. Ortabab istedadlar təcrübə, təhsil və inkişaf vasitəsilə bacarıqlarını artırmaqla kifayətlənirlər, amma heç vaxt yaradıcı şəkildə və ya yüksək bir məqsəd uğrunda fəaliyyət göstərmirlər. Bu, onlardakı çərçivəliliyin və məhdud(laşmış) yaradıcı potensialın göstəricisidir.

Birincilər – kanallıq edən çılğın istedadlar isə daha yüksək mənəvi və intellektual müstəvidə yerləşən və özlərində göylə yeri birləşdirən “bağ” enerjisini hiss edənlərdir. Onların işığı, daxili enerjisi gözlərindən, auralarından yayılır. Onlar bir növ gözəgörünməz İlahi Ali Məqamdan gələn ilhamı öz içlərində qəbul edən və sonra bu məlumatları cəmiyyətə ötürən dəlisov bir vasitəçi rolunu oynayırlar. Bu, çox xüsusi və nadir bir təbii istedad növüdür ki, digərləri bu qabiliyyəti ya heç başa düşmür, ya da bu fenomeni mütləq şəkildə qəbul etməyə çətinlik çəkirlər... Çünki çılğın istedad normativ çərçivələrə qarşı çıxan gücdür. 

Cəmiyyətin strukturu qaydalara və konformizmə əsaslanır, nizam hər kəsin harmoniya içində yaşamasını təmin edir. Lakin «vəhşi istedad» bu nizamı pozur. O, standartları rədd edir, cəsarətlə öz yolunu açır və bu proses çoxlarını narahat edir. Bu, bəzən qibtə, həsəd, bəzən isə qorxu doğurur. Sıradan olanlar fərqliliyi bağışlaya bilmirlər, çünki fərqlilik onlara yaradıcılıqdan uzaq bəsitliklərini, rutin mövcudiyyətlərini xatırladır... 

“Vəhşi istedad” təbii bir ehtirasla çırpınan, azad və heç bir qəlibə sığmayan, tam olaraq hansı formaya bürünəcəyini bilməyən qarşısıalınmaz enerjidir. Cəmiyyət isə bu enerjinin sərhədlərini bilmək və onu mənimsəmək üçün bir yol tapmağa çalışır... Tapmadıqda isə ya görməzdən gəlməyi, ya görüb inkar etməyi, ya da damğalamağı seçir...

İnsanın öz içində formalaşan, amma xarici dünyada heç bir şəkildə yer tapa bilməyən güclü təzahür olan “vəhşi istedad”ın çox təhlükəli məqamları da var: o, həddən artıq tənqid edən və ya çox sərbəst olan bir təkəbbürlə qarşılaşdıqda özü ilə birlikdə başqalarını da uçuruma sürükləyə bilər.

“Vəhşi istedad”ın təbiəti təhdidedicidir. Onun addımlarının nəticələri heç vaxt əvvəlcədən təxmin edilə bilməz, qeyri-müəyyəndir. Və bütün bunlara görə “vəhşi istedad” bağışlanılmazdır, şüuraltı olaraq o seçilmişliyə, ilahi vergiyə görə onu bağışlamırlar... 

Bağışlanılmazlığı şərtləndirən bir amil də “vəhşi istedad”ın hər kəsdə olmamasıdır. “Vəhşi istedad” nadir tapıntıdır. Bu, seçilmişlərə verilən bir yükdür. Seçilmiş olmaq isə cəmiyyətdən ayrı qalmaq, təklənmək deməkdir. Məsələn, Van Qoq rəssamlıqda inqilab yaratdı, amma həyatı boyu öz dövründə anlaşılmadı. Rəsmlərini bir kənara qoyub, öz əli ilə kəsib hədiyyə apardığı qulağından danışırdılar. Onun “vəhşi istedad”ı yalnız ölümündən sonra qiymətləndirildi... Belə vəhşi, ramedilməz istedadlar hər sferada var...

“Vəhşi istedad” yalnız böyük təfəkkür sahiblərinə, özünü müntəzəm olaraq təkmilləşdirənlərə, öz daxilindəki qorxuları qəbul edib onları idarə etməyi bacaranlara bağışlananda dünyanı yaxşı mənada dəyişmək gücünə malikdir. Azacıq da olsa daxili sapma baş verərsə, bu istedad yanğın kimi nəinki öz sahibini, həm də ətrafı məhv edər. “Vəhşi istedad” atının “yüyəni” müdriklik olmalıdır...

Bir də “vəhşi istedad”ın özü özünü məhv etməsi prosesi var - mənəvi avtofagiya kimi... İlahi kanallıq missiyası ilə doğulub sonradan Yaradanın bəxş etdiyi möhtəşəm enerjini göydən yerə ötürənə də, özünə də xəyanət edib içindəki istedadı çürüdüb kanalizasiyaya çevirənlər... Bir vaxtlar böyük potensiala sahib olan, amma zamanla öz daxilindəki enerjini düzgün istiqamətləndirə bilməyərək iblisanə eqoya yenilib onu məhv edənlər...

Onlar daxili ziddiyyətlərlə və konfliktlərlə üzləşib öz istedadlarını çox yüksək tələblərlə və yanlış yolda istifadə edirlər, ya da onları öz mənafeyinə xidmət etməyə yönəldirlər, beləcə, səmavi olanı “yer”ləşdirirlər... Sonra da nəinki Yaradan, cəmiyyət, o “vəhşi istedad” özü də onları bağışlamır, o enerjinin yanlış “istismarı” ilə böhranlı ruh halına və ya daxili boşluğa sürüklənirlər...

Bütün bunlar göstərir ki, “vəhşi istedad” özlüyündə həm lütf, həm də cəzadır. Amma bu bağışlanılmazlıq “vəhşi istedad”ın öz dəyərini azaltmır.

Əksinə, o, insan ruhunun sərhədsiz potensialını göstərir və dünyanı gözəlləşdirə bilir... Bəlkə də “vəhşi istedad”ın bağışlanılmaz olması onun ən böyük gücüdür. Çünki bağışlanılmaz olan, həm də unudulmazdır...
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Yanvar 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri