Icma.az
close
up
RU
Vəkilin pulunu verməyən idmançı haqqında qərar verildi Xətaidə qalmaqal

Vəkilin pulunu verməyən idmançı haqqında qərar verildi Xətaidə qalmaqal

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Olympus Park” tikinti şirkətinin Xətai rayonunda “Lider” idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə məhkəmə çəkişmələri barədə məlumatlar dərc etmişdik. Bu qalmaqallı iş təxminən 2 il davam etdi. 2023-cü ilin aprel ayında isə qalmaqallı işlə bağlı tərəflərin razılığından sonra məhkəmə yekun qərarını verdi.

Mia.az Musavat.com-a istinadla xəbər verir ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda “Lider” idman klubunu qanunsuz olaraq sökməsinə görə obyektin sahibi İlham Sərdarov 1.7 milyon manata yaxın təzminat tələb edirdi. Lakin tərəflər bu məbləğə razılaşmadığı üçün bir neçə instansiya məhkəməsində məhkəmə prosesləri baş tutdu. Həm şirkətin, həm də zərərçəkmişin xeyrinə məhkəmə qərarları çıxsa da, tərəflərin heç biri geri çəkilmirdi.

Nəhayət, 2023-cü ilin aprel ayında tərəflər razılığa gəldi. Razılığa əsasən, “Olympus Park” zərərçəkmiş tərəfə ümumi dəyəri 1 milyon 600 min manata yaxın əmlak və nağd pul ödədi.

Tərəflərin razılığından 2 aya yaxın vaxt keçəndən sonra başqa bir qalmaqallı hadisə ortaya çıxdı.

Bu dəfə “Lider” idman klubunun rəhbəri olan İlham Sərdarovu öz vəkili İntiqam Hacıyev məhkəməyə verdi. Buna səbəb isə İlham Sərdarovun müqavilə öhdəliyini yerinə yetirməməsi oldu. Belə ki, İlham Sərdarov müqavilədə razılaşmışdı ki, iş onun xeyrinə yekunlaşdığı təqdirdə alacağı təzminatın 2 faizini ödəniş olaraq vəkilinə verəcək. Amma “Olympus Park”a qalib gələndən sonra vədinə əməl etməyib və müqavilə şərti ilə razılaşmadığını deyib.

Vəkil isə müqavilə şərtinə əsasən İlham Sərdarovdan ödəniş olaraq 2 faizlik ödənişi tələb etdiyini bildirib. Buna görə də vəkil məhkəməyə müraciət edib.

Çıxarılan məhkəmə qərarı ilə İlham Sərdarova vəkilinə 10 min manat pul vəsaiti ödəməlidir. Həmçinin 600 manata yaxın məhkəmə xərcləri də İ.Sərdarov tərəfindən ödənilməlidir.

Bu qətnamə 4 aprel 2025-ci il tarixdə bakı Apellyasiya Məhkəməsi tərəfindən icraya yönəldilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://mia.az
archiveBu xəbər 16 Sentyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see201

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see183

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see176

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see169

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see140

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see135

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see135

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see129

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see127

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see125

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see125

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see125

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see123

Acı bibər infarkt riskini azaldırmış

30 Oktyabr 2025 05:12see123

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see123

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see122

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

30 Oktyabr 2025 21:46see122

ABŞ ın kommersiya neft ehtiyatları 416 mln. bareldən aşağı enib

30 Oktyabr 2025 09:04see121

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see120

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri