Vəkillər Kollegiyasının 2024 cü il üzrə fəaliyyəti barədə HESABAT
Son dövrlər ərzində Azərbaycanda digər sahələrdə olduğu kimi, vəkillik institutu da inkişaf yolunu tutub, bu sahədə ardıcıl, eyni zamanda, əsaslı tədbirlər həyata keçirilir. Görülən işlərin nəticəsi kimi, Azərbaycanda vəkillik institutunun sürətli inkişafı, vəkil korpusunun güclənməsi, ölkəmizdə vəkillərin və vəkil qurumlarının sayının artması, respublikamızda vəkillik peşəsinin nüfuzunun yüksəlməsində mühüm rol oynayıb.
2024-cü ildə də Azərbaycan Respublikası Vəkillər Kollegiyasında (ARVK) bir sıra beynəlxalq, yerli mühüm tədbirlər, təlimlər həyata keçirilib, vəkillərin sayı artıb, o cümlədən hüquqi maarifləndirmə işləri aparılıb.
ARVK-da son bir il ərzində görülən işlər, aparılan ardıcıl və sistemli islahatlara dair hesabatla bu linkdən tanış ola bilərsiniz