Icma.az
close
up
RU
“Mundiavocat 2024” turniri: Vəkillər Kollegiyasının komandaları uğur qazanıblar

“Mundiavocat 2024” turniri: Vəkillər Kollegiyasının komandaları uğur qazanıblar

Icma.az xəbər verir, Cbcsport saytına əsaslanaraq.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının həm kişi, həm də qadın vəkil və hüquqşünaslardan ibarət futbol komandaları - müvafiq olaraq “Advokat” və “Legal Eagles”, - Dubayda təşkil edilən vəkil və hüquqşünaslar arasında dünya çempionatı hesab olunan “Mundiavocat 2024” turnirində uğurlu nəticələr qazanıblar.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, futbol idarəçiliyi sahəsində təcrübəli Elçin Usubun və “Şamaxı” FK-nin əməkdaşı, mini-futbol, futzal sahəsində tanınmış gənc baş məşqçi Fuad Rzayevin rəhbərlikləri ilə komandalarımız ilk oyunlarını dekabrın 8-də keçiriblər.
Belə ki, qadınlardan ibarət “Legal Eagles” mötəbər beynəlxalq turnirdə əvvəlcə Meksikanın “Tijuana” komandası ilə üz-üzə gəlib. Qarşılaşmada təmsilçimiz rəqibinin qapısının 5 cavabsız top keçirib - 5:0. Bu, Azərbaycanın ilk və yeganə həvəskar qadın vəkil və hüquqşünaslardan ibarət “Legal Eagles” komandasının qatıldığı beynəlxalq turnirlərdə ilk qələbəsi kimi tarixə düşüb. Növbəti gün qadın komandamızın üzvləri Qazaxıstanın “Bereke” komandası ilə görüşüb. “Legal Eagles” rəqibini 8:1 hesabı ilə məğlub edib. Dekabrın 10-da isə “Legal Eagles” Braziliyanın “Amazon Legis” komandası ilə görüşdə rəqibinə 0:2 hesabı ilə uduzub. Buna baxmayaraq qrup mərhələsində 3 oyundan 2 qələbə qazanaraq aktivinə 6 xal yazdıran qadın komandamız yarımfinala adlayıb. Burada isə “Legal Eagles”in rəqibi Meksikanın “Tijuana” komandası idi. Lakin meksikalı qadın vəkil və hüquqşünaslar meydana çıxmaqdan imtina edib. Eyni zamanda Qazaxıstan “Bereke”si də yarımfinalda “Amazon Legis” komandası ilə görüşmək istəməyib. Belə olan halda “Legal Eagles”lə Braziliyanın “Amazon Legis” komandasının finalda üz-üzə gəlməsi qərara alınıb. Dekabrın 12-də gərgin idman mübarizə şəraitində keçən həlledici görüşdə komandamız rəqibinə 1:0 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb. Beləliklə, “Legal Eagles” komandası qatıldığı beynəlxalq turnirlərdə ilk böyük uğurunu da qazanmış olub. Eyni zamanda turnirin ən yaxşı qapıçısı da təmsilçimizdən vəkil Nərmin Nəbiyeva seçilib.
B qrupunda yer alan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının kişi vəkil və hüquqşünaslardan ibarət “Advokat” futbol komandası isə ilk görüşünü dekabrın 8-də Özbəkistan komandasına qarşı keçirib. Qarşılaşma komandamızın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun ikinci oyununda da “Advokat” rəqibini məğlub etməkdə elə də çətinliklə üzləşməyib. Mərakeşin “Casablanca” komandası ilə mübarizə aparan komandamız rəqibinin qapısından bu dəfə də 8 cavabsız top keçirib - 8:0. Sonra “Advokat” Portuqaliyanın “Porto” komandası ilə üz-üzə gəlib. Çətin və maraqlı keçən qarşılaşmada komandamız rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Beləliklə, “Advokat” 21 komanda arasında II ən yaxşı komanda kimi qrup mərhələsini başa vurub. B qrupunda yer alan komandamız 3 oyundan 3 qələbə qazanaraq 9 xal toplayıb və rəqib qapılarından 19 top keçirib. “Advokat” 1/8 final mərhələsində Qazaxıstan komandası ilə qarşılaşıb və rəqibini 16:1 hesabı ilə məğlub edərək, 1/4 finala vəsiqə qazanıb.
1/4 final mərhələsində isə komandamız Portuqaliya “Braqa”sı ilə qarşılaşıb. Dekabrın 12-də keçirilən matçda “Advokat” hesabı açıb. Lakin görüşün sonlarına yaxın “Braqa” hesabı bərabərləşdirib - 1:1. Oyunun taleyi isə penaltilər seriyasında məlum olub. Burada isə “idman xoşbəxtliyi” rəqibin tərəfində olub. Amma buna baxmayaraq “Advokat” turnirin 5-8-ci yerləri uğrunda mübarizəsini davam etdirib. Komandamız əvvəlcə Slovakiyanı 7:4, sonra isə İtaliyanı 8:5 hesabı ilə məğlub edib. Beləliklə, 21 komandanın iştirak etdiyi turnirdə 7 oyun keçirən “Advokat” 6 qələbə qazanıb, 1 heç-heçə edib, rəqib qapılarından 51 top keçirərək 13 qol buraxıb və V yerin sahibi olub.
Qeyd edək ki, “Mundiavocat 2024” turnirində komandalarımıza “PAŞA Sığorta” ASC, "Araz Supermarket" MMC, “Peşəkar Futbol Liqası" İB və “RDC” MMC sponsor dəstəyi, “Şamaxı Futbol Klubu” İB isə təşkilati dəstək göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://www.cbcsport.az
archiveBu xəbər 17 Dekabr 2024 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri