Icma.az
close
up
RU
“Mundiavocat 2024” turniri: Vəkillər Kollegiyasının komandaları qələbələrlə başlayıblar

“Mundiavocat 2024” turniri: Vəkillər Kollegiyasının komandaları qələbələrlə başlayıblar

Cbcsport saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) həm kişi, həm də qadın vəkillərdən ibarət futbol komandaları (müvafiq olaraq “Advokat” və “Legal Eagles”) Dubayda təşkil edilən və vəkil və hüquqşünaslar arasında dünya çempionatı hesab edilən “Mundiavocat 2024” turnirinə qələbə ilə başlayıb.

Dekabrın 8-də ilk oyunlarını keçirilən komandalarımız rəqiblərinə böyük hesabla qalib gəliblər.

Kişi vəkil və hüquqşünaslardan ibarət “Advokat” komandası Özbəkistanla qarşılaşıb. Görüş komandamızın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Qadın vəkil və hüquqşünaslardan ibarət “Legal Eagles” komandası isə Meksikanın “Tijuana” komandası ilə üz-üzə gəlib. Qarşılaşmada qadın komandamız rəqiblərini 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycanın ilk və yeganə həvəskar qadın vəkil və hüquqşünaslardan ibarət “Legal Eagles” komandası qatıldığı beynəlxalq turnirlərdə ilk qələbəsini qazanıb.

Onu da bildirək ki, “Advokat” növbəti görüşdə Mərakeşin “Casablanca”, “Legal Eagles” isə Qazaxıstanın “Bereke” komandaları ilə qarşılaşacaq. Görüşlər dekabrın 9-da müvafiq olaraq 17:00 və 18:00-da başlayacaq.

Xatırladaq ki, turnirdə Cənubi Koreya, Polşa, Azərbaycan və Litva vəkillərindən təşkil edilmiş “Eurasia United” komandası da mübarizə aparır.

“Mundiavocat 2024” turnirində komandalarımıza dəstəyə görə “RDC” MMC, “PAŞA Sığorta” ASC, "Araz Supermarket" MMC və “Peşəkar Futbol Liqası" İctimai Birliyinə təşəkkür edirik!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://www.cbcsport.az
archiveBu xəbər 09 Dekabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see348

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see248

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see219

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see191

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see180

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see158

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see133

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see132

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see131

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see130

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see129

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri