Icma.az
close
up
RU
Menu

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

Milli Məclisdə görüşlər

Putinlə Mişustinin maaşı artdı

Yollar yenə tıxaclıdır Siyahı

Barselona Yamal və Bonmatinin xatirinə bunu etdi FOTO

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

AYNA DAN UNİKAL YENİLİK: AVTOBUSLARDA SƏRNİŞİNLƏRƏ ÇAY, KOFE VƏ QURU YEMƏKLƏR TƏKLİF EDİLƏCƏK!

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin komitə sədrləri, ARVK Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, namizədlər, eləcə də, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov ölkəmizdə vəkillik institutunun tarixi inkişafına qısa nəzər salaraq, son illərdə həyata keçirilən islahatlar, əldə olunan mühüm nailiyyətlər və kollegiyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində kollegiya tərəfindən bir sıra mühüm tədbirlərin həyata keçirildiyini söyləyən sədr vəkillik institutunun möhkəmləndirilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü qeyd edib. Bildirib ki, vətəndaşların keyfiyyətli hüquqi yardıma bərabər çıxışının təmin olunması və onların konstitusion hüquqlarının müdafiəsi məqsədi ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi mütəmadi həyata keçirilir.

Anar Bağırov çıxışında Ümummilli Lider Heydər Əliyevin 28 dekabr 1999-cu il tarixində imzaladığı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tarixi əhəmiyyətinə toxunaraq vurğulayıb ki, məhz həmin Qanunla ölkəmizdə vəkillik ilk dəfə tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir hüquqi institut kimi formalaşıb. Həmin dövrdə qəbul edilmiş prosessual qanunvericilik isə vəkilliyin çəkişmə prinsipi əsasında fəaliyyət göstərən bərabərhüquqlu peşə birliyinə çevrilməsinə şərait yaradıb. Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı vəkillik institutunun müasirləşməsi və möhkəmlənməsi istiqamətində mühüm mərhələ olub, bu sahənin inkişafına sistemli və ardıcıl şəkildə təkan verib. Dövlətimizin başçısının tövsiyələrinə uyğun olaraq, son illərdə ölkədə vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb, Prezident İlham Əliyev vəkillik institutunun inkişafına hər zaman xüsusi diqqət göstərib və bu sahənin möhkəmləndirilməsinə ardıcıl dəstək verib. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir və yeni mərhələyə yüksəldilir. Məhkəmə-hüquq sistemində də Ulu Öndər tərəfindən əsası qoyulan islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir və hüquq sahəsində şəffaflığın, ədalətə çıxış imkanlarının genişləndirilməsinə xidmət edən mühüm addımlar atılır.

Sədr çıxışının davamında əlavə edib ki, 2018-ci ildən bugünədək vəkilliyə qəbul üzrə ümumilikdə 14 test imtahanı təşkil olunub. Bu müddət ərzində imtahanlarda iştirak edən 6 min 70 namizəddən 1820 nəfər uğur qazanaraq icbari təlim mərhələsini başa vurub və and içərək kollegiyanın üzvü olub: "Bugünkü mərasimdə isə daha 92 namizəd vəkil andı içərək kollegiyaya qəbul olunub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2701-ə çatıb. Namizədlərdən 60-ı kişi, 32-si isə qadındır. Onlardan 20-si regionlarda, 72-si paytaxtda fəaliyyət göstərəcək. Beləliklə, qadın vəkillərin sayı 580-ə çataraq ümumi üzvlərin 21 faizini təşkil edəcək. O cümlədən 1 hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edib".

Sonra tədbirdə kollegiyanın fəaliyyəti ilə bağlı illik hesabatı əks etdirən videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan danışıb, Ulu Öndərin rəhbərliyi ilə əsası qoyulan müasir hüquq sisteminin bu gün ölkəmizin hüquqi inkişafında mühüm rol oynadığını bildirib. O, Milli Məclislə kollegiya arasında formalaşmış səmərəli və məhsuldar əməkdaşlığı yüksək qiymətləndirərək, vəkillik peşəsinin ictimai əhəmiyyətindən söz açıb, and içərək fəaliyyətə başlayan yeni vəkillərin hüquq və ədalət prinsiplərinə sadiq qalaraq ölkədə hüquqi dövlətin möhkəmləndirilməsi istiqamətində əzmlə çalışacaqlarına əminliyini vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc isə son dövrlərdə ölkəmizdə vəkillik institutunun inkişafı istiqamətində aparılan sistemli islahatlardan söz açıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsində vəkilliyin nüfuzunun artdığını, bu sahədə maddi-texniki bazanın gücləndirildiyini ifadə edib. Deputat “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın bu sahənin institusional əsaslarını möhkəmləndirdiyini və peşəkar hüquqi yardımın əlçatanlığının əhəmiyyətli dərəcədə artırdığını söyləyib. Həmçinin komitə sədri Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun hüquqi dövlət quruculuğu prosesində mühüm mərhələ olduğunu vurğulayaraq, bu ənənənin bu gün də uğurla davam etdirildiyini söyləyib.

Mərasimdə ARVK-nın üzvü və Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək vəkilliyə namizədləri təbrik edib, onların peşə fəaliyyətində uğur qazanacağına əminliyini ifadə edib. O, vəkillik peşəsinin yüksək etik dəyərlər və məsuliyyət əsasında formalaşdığını vurğulayıb, gənc vəkillərə insan hüquq və azadlıqlarının qorunmasında prinsipial mövqe sərgiləməyi, hüquqi biliklərini davamlı olaraq artırmağı, həmçinin vəkillik nüfuzunun yüksəldilməsi üçün səylə çalışmağı tövsiyə edib.

Daha sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək kollegiya üzvlüyünə qəbul olmuş namizədlərin andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə təntənəli şəkildə and içərək vəkil peşəsinin şərəflə daşıyacaqlarına dair öhdəlik götürüblər.

Tədbir zamanı onlara vəkil vəsiqələri təqdim edilib.

Mərasimdə dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan Səbuhi Göyüşov “”Konstitusiya və Suverenlik İli” çərçivəsində kadr dəyişikliyi və karyerada yüksəliş” mövzusunda çıxış edib. O, ölkədə aparılan hüquqi islahatların və institusional inkişafın dövlət idarəçiliyində peşəkar və hazırlıqlı kadrların rolunu daha da artırdığını vurğulayıb. Səbuhi Göyüşov“Yüksəliş” müsabiqəsinin gənc və istedadlı kadrların üzə çıxarılmasında, onların fərdi inkişafına dəstək göstərilməsində mühüm platforma olduğunu qeyd edib.

Tədbirin ikinci hissəsində isə fəaliyyəti dövründə fərqlənmiş və yubiley yaşına çatmış kollegiyanın bir qrup üzvü təltif olunub.

Eyni zamanda, mərasim çərçivəsində ARVK Rəyasət Heyətinin iclası keçirilib, gündəlikdə olan bir sıra məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see214

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see210

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see184

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

24 Sentyabr 2025 15:46see156

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see156

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see147

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see140

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see137

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see131

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see130

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see128

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see125

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see125

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see120

Milli Məclisdə görüşlər

24 Sentyabr 2025 03:44see120

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see119

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see119

Barselona Yamal və Bonmatinin xatirinə bunu etdi FOTO

24 Sentyabr 2025 05:20see117

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see115

AYNA DAN UNİKAL YENİLİK: AVTOBUSLARDA SƏRNİŞİNLƏRƏ ÇAY, KOFE VƏ QURU YEMƏKLƏR TƏKLİF EDİLƏCƏK!

24 Sentyabr 2025 09:14see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri