Icma.az
close
up
RU
“Vəkillərin davranış qaydaları haqqında“ Əsasnamənin kommentariyası hazırlanacaq

“Vəkillərin davranış qaydaları haqqında“ Əsasnamənin kommentariyası hazırlanacaq

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Deontologiya Komitəsinin üzvləri ilə görüş keçirilib, “Vəkillərin davranış qaydaları haqqında“ Əsasnamənin kommentariyasının hazırlanması müzakirə edilib.

Bu barədə "Report"a ARVK-dən məlumat verilib.

ARVK-nin sədri Anar Bağırov komitənin gələcəkdə görəcəyi işlərə toxunub, onların zəruriliyini vurğulayaraq “Vəkillərin davranış qaydaları haqqında“ Əsasnamənin kommentariyasının hazırlanmasının və bu işdə Komitə ilə yanaşı Vəkillərin İntizam Komissiyasının üzvlərinin, eləcə də ARVK üzvü ola vəkillərin də iştirakının mümkünlüyünü qeyd edib. Bunun üçün qısa zamanda müvafiq elanların verilməsi, yerli və beynəlxalq təcrübənin öyrənilməsi və kommentariyanın mündəricatının hazırlanaraq Kollegiyanın Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.

Görüşdə Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev çıxış edərək Deontologiya Komitəsinin fəaliyyətinə uğurlar arzulayaraq, “Vəkillərin davranış qaydaları haqqında“ Əsasnamənin kommentariyasının hazırlanmasının vacibliyini, bu işdə Vəkillərin İntizam Komissiyasının da dəstək göstərəcəyini qeyd edib.

Komitə sədri Paşa Səfərov çıxışında qəbula və Komitənin fəaliyyətində göstərilən diqqətə görə Kollegiya sədri Anar Bağırova təşəkkürünü bildirərək Deontologiyanın 2025-ci il üçün İş Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məsələsinin vacibliyini diqqətə çatdırıb.

Bildirilib ki, İş Planına uyğun olaraq Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə 2025-ci ilin fevral-mart ayları ərzində Komitə üzvləri tərəfindən vəkillərə müxtəlif mövzularda təlimlərin keçirilməsi artıq müəyyən edilib. Belə ki, 15.02.2025-ci il tarixdə Komitə üzvü Elvin Əliyev “Vəkilin reklam qadağası və onun sərhədləri”, 22.02.2025-ci il tarixdə Komitə üzvü Vüsal Cəfərov “Vəkillər arasında etik münasibətlər”, 15.03.2025-ci il tarixdə Komitə üzvü Araz Nurməmmədov “Vəkilin peşə fəaliyyətini həyata keçirərkən qarşılaşdığı etik çətinliklər və onların aradan qaldırılması yolları”, 29.03.2025-ci il tarixdə Komitə üzvü Paşa Səfərov isə “Vəkil etikası və davranış qaydaları” mövzusunda hibrid qaydada təlimlər təşkil edəcəklər.

Bundan başqa, görüşdə Komitə tərəfindən “Vəkillərin davranış qaydalarına dair sənədlər toplusu” adlı material hazırlandığı, həmin materialda “Vəkillərin davranış qaydaları haqqında“ Əsasnamə ilə yanaşı Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) Avropa vəkillərinin davranış Kodeksi, BMT-nin Vəkillərin roluna dair əsas Prinsiplər, Beynəlxalq Vəkillər Assosiasiyasının Beynəlxalq Etik Kodeksi və ARVK sədri Anar Bağırovun 31.10.2024-cü il tarixli icmal məktubundan çıxarışın öz əksini tapması diqqətə çatdırılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://report.az
archiveBu xəbər 10 Yanvar 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri