Vəli Qasımov: Bəzi matçlarda oyunçuların səviyyəsinin çox yaxşı olduğunu gördük
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Həlledici oyunda çox maraqlı və iddialı komandalar üz-üzə gələcəklər". Bu sözləri Sport24.az-a açıqlamasında Vəli Qasımov deyib.
Veteran futbolçu Azərbaycan Kubokunun finalı çərçivəsində keçiriləcək "Sabah" - "Qarabağ" qarşılaşması haqqında fikirkərini bölüşüb:
"Qarabağ" barədə danışmağa elə də çox ehtiyac yoxdur. Amma "Sabah"ın da yaxşı futbolçuları var. Çempionatda stabillik göstərə bilməsələr də, bəzi matçlarda oyunçuların səviyyəsinin çox yaxşı olduğunu gördük. Final barədə proqnoz vermək çətindir. "Qarabağ" favorit hesab edilir. Lakin həlledici görüş tamam fərqli olur. Hər iki kollektivə uğurlar arzulayıram. Güclü olan, yaxşı oyun göstərən tərəf qalib gəlsin".
Qeyd edək ki, Azərbaycan Kubokunda final matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 21 May 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















