Icma.az
close
up
RU
Velosiped zolaqları tıxac yaradır? Deputat və ekspertdən mövqe

Velosiped zolaqları tıxac yaradır? Deputat və ekspertdən mövqe

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu istifadə olunmayan velosiped zolaqlarının yolları daraltmasından şikayətlənib.

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Hikmət Babaoğlu deyib ki, yolların işarələnməsi, yeni velosiped zolaqların salınması ilə yolların daraldılmasına şahidlik edirik.

“Bu, lazımdırmı? Harada zəruridirsə, orada bu işlər aparılmalıdır. Gəlin bir ölçmə aparaq, görək o yollardan neçə nəfər keçir. Əgər o yollardan 3 gün ərzində cəmi bir velosiped keçirsə, yolu daraltmağın nə əhəmiyyəti var?”, – deyə deputat qeyd edib.

Bəs nəqliyyat ekspertləri necə düşünür?

Hikmət Babaoğlu haqlıdırmı?

Bu barədə Gununsesi.info-ya nəqliyyat eksperti Aslan Əsədov danışıb.

O bildirib ki, velosiped zolaqlarının şəhər ərazisində yerləşdirilməsi və şəhər mühitinə uyğunlaşdırılması dövlət proqramı çərçivəsində, ən yüksək səviyyədə təsdiq olunmuşdur:

“Cənab Prezident İlham Əliyev son çıxışlarının birində bununla bağlı bir məsələyə də aydınlıq gətirdi ki, müəyyən ərazilərdə velosipedlərin hərəkət etməsi daha məqsədəuyğundur”.

Ekspert eyni zamanda deyib:

“Məsələnin digər tərəfi odur ki, şəhər ərazinsində velosiped zolaqlarının salınması avtomobil yollarının payına düşür. Birbaşa olaraq hər hansısa bir səkinin genişləndirilməsi, velosiped zolaqlarının salınması birmənalı olaraq avtomobil yollarına ayrılmış ərazidir. Biz onu nəzərə almalıyıq ki, əgər velosiped zolağı varsa, deməli, velosipedçi piyadalara bərabər tutulan şəxsdir. Bu, birbaşa səkiyə dəlalət edir. Yəni yolları kəsib səkiyə vermiş kimi oluruq. Əgər velosiped zolağından velosipedçilər getmirsə, oradan insanlar da aktiv istifadə etməlidir. Ancaq etmirlər. Elə bir ərazilər ki, var ki, orada bu zolaqlar çəkilib, ancaq biri-birilə əlaqəli deyil. Digər bir məsələ isə odur ki, yağışlı, qarlı havada velosipedçilərin hərəkəti az qala sıfıra bərabərdir. Qarlı havalarda çox vaxt qar təmizlənərək velosiped zolağının üzərinə atılır. Bu da bu zolağın yolun sağ və sol küncü olduğu üçün belə olur. Konkret desək, işlərin necə, hansı ardıcıllıqla aparılması vacibdir, bütün bunlar açıq suallardır. Əlbəttə, bu da öz növbəsində tıxaca, digər simmetrik problemlərə yol açır”.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:310
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Yanvar 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri