Icma.az
close
up
RU
Velosipedçi moped sürə bilərmi?

Velosipedçi moped sürə bilərmi?

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bunun mümkünlüyünü həyat inkar edir

Mopedlər şəhəriçi nəqliyyatda çevik və iqtisadi üstünlükləri ilə seçilsə də, onların intensiv istifadəsi təhlükəsizlik risklərini artırdığı üçün normativ nəzarət mexanizmlərinin təkmilləşdirilməsi zərurətə çevrilib. Son illərdə bu nəqliyyat vasitələrinin sayındakı artım və onların yol hərəkəti prosesində daha aktiv iştirakı mövcud qanunvericiliyin yenilənməsi ehtiyacını gündəmə gətirmişdi. Məhz bu səbəbdən dekabrın 9-da Milli Məclisdə “Yol hərəkəti haqqında” Qanuna mühüm dəyişikliklər qəbul edildi.

Sözügedən qanunda deyilir ki, mopedlər mühərrik həcmi 50 sm³-dən çox olmayan, maksimum sürəti 50 km/s-dən yüksək olmayan iki və ya üçtəkərli mexaniki nəqliyyat vasitələridir. Əvvəlki hüquqi çərçivədə 16 yaşına çatmış şəxslərin moped idarə etməsi mümkün olsa da, bunun üçün ayrıca sürücülük vəsiqəsi tələb edilmirdi. Moped sürücüləri motosiklet sürücüləri üçün tətbiq olunan yolun sağ kənarında hərəkət etmək, yol nişanlarına riayət etmək və motoşlem geyinmək kimi əsas davranış qaydalarına əməl etməli idilər. Texniki baxış məsələsində də mopedi ayrıca kateqoriya kimi tənzimləyən mexanizm yox idi. Yəni 50 sm³ motosikletlər üçün nəzərdə tutulan dövri baxış tələbi mopedlərə tətbiq olunmur, yalnız zəruri hallarda onların texniki vəziyyəti yoxlanılırdı. Dövlət qeydiyyatına dair ayrıca prosedur mövcud olmadığından, mopedlərin markalanması və nömrə nişanı ilə təmin edilməsinə ehtiyac duyulmurdu.

Parlamentin son plenar iclasında qəbul olunan dəyişikliklər mopedlərin hüquqi statusunu tam şəkildə müəyyənləşdirən və onları müstəqil nəqliyyat vasitəsi kimi normativ çərçivəyə daxil edən mühüm yeniləşmələr paketidir. Yeni qaydaların ən əsas istiqamətlərindən biri moped idarə edən şəxslərin “A1” alt kateqoriyalı sürücülük vəsiqəsi əldə etməsi tələbidir. Bu kateqoriya

Dövlət qeydiyyatı ilə bağlı yeniliklər mopedlərin real nəqliyyat vasitəsi kimi uçot sisteminə daxil edilməsinə xidmət edir. Artıq mopedlər texniki pasport və dövlət nömrə nişanına malik olacaq, beləliklə, onların identifikasiyası, nəzarəti və məsuliyyət bölgüsü daha şəffaf və tənzimlənmiş formaya keçəcək. Bu addım həm də hüquq-mühafizə orqanlarının monitorinq imkanlarını genişləndirəcək.

Texniki və təhlükəsizlik tələbləri də mühüm dərəcədə dəqiqləşdirilib. Qanuna əlavə edilən maddələrə əsasən, mopedin uzunluğu və eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya idarəetməyə mane olan yükün daşınması qəti şəkildə qadağan olunur. Sözügedən dəyişiklik yüklənmənin sabitliyini və yol hərəkəti təhlükəsizliyini artırmağa yönəlib. Həmçinin moped sürücüləri yol nişanlarına tam riayət etməli, yolun sağ kənar zolağında tək sütunla hərəkət etməlidirlər. Yeni normativ baza moped sürücülərindən motosikletçilər üçün nəzərdə tutulan digər davranış tələblərinə – məsələn, yaxınlıq işıqlarından istifadə və tətbiq olunan ümumi yol hərəkəti qaydalarına – eyni səviyyədə riayət olunmasını tələb edir.

Dəbilqə məsələsində də hüquqi terminologiya dəqiqləşdirilib. Qanunun 37-ci maddəsində “motoşlem” ifadəsinin “motodəbilqə” ilə əvəz olunması daha təhlükəsiz, sertifikatlaşdırılmış baş mühafizəsinin məcburi tətbiqini təmin edir. Bu tələb həm sürücülərə, həm də sərnişinlərə şamil olunur. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti və mopedi idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə və mopeddə daşımağa görə sürücülər 40 manat məbləğində cərimələnəcəklər. Statistik göstəricilər sübut edir ki, dəbilqənin düzgün şəkildə taxılması baş travması riskini təxminən 60-70 faiz aşağı salır. Əksinə, dəbilqənin bağlanmaması onun qoruyucu funksiyasını tamamilə aradan qaldırır və qəza zamanı sürücünü, faktiki olaraq, müdafiəsiz vəziyyətdə buraxır. Məhz bu səbəbdən qanuna daxil edilən yeni tələbin konkret mexanizm kimi təsbit olunması yol təhlükəsizliyinin artırılması istiqamətində ən əhəmiyyətli addımlardan biri kimi qiymətləndirilir.

Məsələ ilə bağlı XQ-nin sorğusuna cavab olaraq Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) bildirilib ki, mopedlərin istismarı üzrə yeni cərimə tədbirlərinin tətbiqi və bu nəqliyyat vasitələrini idarə etmək üçün nəzərdə tutulan “A1” alt kateqoriyası üzrə sürücülük imtahanlarının keçirilməsi mexanizmləri hazırda normativ-hüquqi sənədlər çərçivəsində dəqiqləşdirilir. İdarədən verilən məlumata əsasən, həm cərimə prosedurlarının, həm də “A1” alt kateqoriyası üzrə nəzəri və praktiki imtahanların təşkili, keçirilmə prosesi, qiymətləndirmə meyarları və inzibati tələblər barədə müvafiq dövlət qurumları arasında zəruri koordinasiya aparılır. BDYPİ vurğulayıb ki, imtahanların tətbiqi müddəti, qeydiyyat qaydaları, imtahan mərkəzlərinin fəaliyyət prinsipləri və moped sürücülüyünə dair yeni tənzimləmələrin tam icrası barədə geniş məlumat qısa müddətdə ictimaiyyətə rəsmi açıqlama şəklində təqdim olunacaq.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı XQ-yə açıqlamasında bildirib ki, yeni qanunun tətbiqində hər hansı bir çətinlik gözlənilmir: “Qanunvericilik çox aydındır. Bu nəqliyyat vasitələri artıq sürücülük vəsiqəsi ilə idarə olunmalıdır və qeydiyyata düşməlidir. Söhbət “A1” alt kateqoriyasından gedir. Bu addım ona görə atıldı ki, son illər mopedlərlə bağlı kobud qayda pozuntularının sayı kəskin artmışdı”. Onun sözlərinə görə, dəyişikliklər cəmiyyət tərəfindən də ciddi dəstək alıb: “Şəhər ərazilərində yaşayan insanların çoxu bu nəqliyyat vasitələrinin yaratdığı səs-küy, təhlükəli manevrlər və piyadalar üçün risklərdən narazılıq edirlər. Müzakirələr zamanı cəmiyyətin böyük hissəsi buna ehtiyac olduğunu dedi. Açığını deyim, bəzi moped sürücüləri bu qanunu öz davranışları ilə zərurətə çevirdilər”.

Ekspert qeyd edib ki, yeni qaydaların tətbiqi ilk dövrlərdə müəyyən çətinliklər yarada bilər, amma bu risk daşımır. Onun sözlərinə görə, oxşar vəziyyət vaxtilə mobil telefonla bağlı da yaşanmışdı: “Mobil telefonla nəqliyyat vasitəsinin idarə edilməsinə qadağa qoyulanadək mobil telefonla danışaraq sürücülük etmək inzibati məsuliyyət yaratmırdı. Lakin sonrakı illərdə məhz telefonla danışma səbəbindən baş verən qəzaların sayı kəskin artdı. Bu da qanunvericiliyə dəyişiklik edilməsini zəruri etdi və nəticədə mobil telefonla danışaraq avtomobil idarə etmək qadağan olundu, cərimə tətbiq edildi. Bu gün skuter və digər mikromobillik vasitələrində də oxşar təhlükələr artır. Gələcəkdə bu nəqliyyat növləri haqqında da ciddi tədbirlərin görüləcəyi aydındır. Bir çox ölkələrdə artıq onların istifadəsinə məhdudiyyət və ya qadağa tətbiq olunub”.

Ekspert yük daşımalarının da yeni qaydalara uyğunlaşdırılmasının səbəbini izah edib: “Kiçik qabaritli nəqliyyat vasitələrində ağır və genişhəcmli yükün daşınması sürücünün müvazinətini pozur, nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına və piyadalar üçün təhlükə yaranmasına səbəb olur. Məhz buna görə yarım metrdən kənara çıxma məhdudiyyəti tətbiq edilir. Bu yanaşma beynəlxalq standartlara tam uyğundur. Ümumiyyətlə, heç bir qanun əsassız şəkildə qəbul edilmir, hər birinin arxasında real zərurət dayanır”. Elektriklə işləyən skuterlərin və digər mikromobillik vasitələrinin statusu barədə danışan Elməddin Muradlı bildirib ki, hüquqi boşluq ehtimalı çox azdır: “Sürücü olmaq istəyən şəxs sərbəst şəkildə hazırlaşıb “A”, “A1”, “B” və “B1” kateqoriyalarını heç bir kurs keçmədən əldə edə bilər. Sadəcə nəzəri biliklə yanaşı, praktiki bacarıqların formalaşması vacibdir. Təəssüf ki, bəzi insanlar moped və skuter kimi nəqliyyat vasitələrini oyuncaq hesab edirlər”. Ekspert xüsusilə valideynləri bu barədə diqqətli olmağa çağırıb: “Bir çox hallarda valideynlər övladlarına skuter və ya moped alırlar, lakin onların bu vasitəni idarə etmə bacarığı barədə heç bir məlumatı olmur. Bəzi valideynlər düşünür ki, velosiped sürməyi bacaran rahatlıqla moped də idarə edə bilər. Bu çox ciddi məsuliyyətdir. Beynəlxalq təcrübədə bunun ağır nəticələri olub. Türkiyədə bir ana övladına moped hədiyyə etmişdi, uşaq həmin nəqliyyat vasitəsi ilə qəza törətdi və həyatını itirdi. Belə faciələrin yaşanmaması üçün hər kəs məsuliyyətli davranmalıdır”.

Nəticə etibarilə, moped və digər mikromobillik vasitələri haqqında illərdir formalaşmış yanlış təsəvvürlər yeni hüquqi çərçivə ilə birdəfəlik aradan qalxır. Qaydaların sərtləşdirilməsi həm sürücülərin məsuliyyət dərəcəsini yüksəldir, həm də bu nəqliyyat növlərini real yol iştirakçısı kimi qəbul etməyin zəruriliyini önə çıxarır. Mopedlərin qeydiyyata alınması, “A1” kateqoriyası üzrə icazə tələbi, yüklənmə məhdudiyyətləri və təhlükəsizlik normalarının dəqiqləşdirilməsi şəhər mühitində daha sabit, daha təhlükəsiz və daha intizamlı yol hərəkəti sisteminin qurulmasına xidmət edir.

Tacir SADIQOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri