Icma.az
close
up
RU
Sərxoş velosipedçi cərimələnə bilərmi? DÜNYA TƏCRÜBƏSİ FOTO

Sərxoş velosipedçi cərimələnə bilərmi? DÜNYA TƏCRÜBƏSİ FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi Avtosfer.az saytında sərxoş velosipedçiyə hansı cəzanın verilə biləcəyi barədə xəbər yayılmışdı. Xəbərdən məlum olur ki, Azərbaycan qanunvericiliyi sərxoş velosipedçinin cəzalandırılmasını nəzərdə tutmur. Lakin dünya təcrübəsi başqadır. 
Avropa ölkələrinin qanunvericiliyinə nəzər saldıqda fərqli mənzərə üzə çıxır. Belçika, Fransa və İsveçrə qanunvericiliyində sərxoş velosipedçiyə cəza nəzərdə tutulur. Hər 3 ölkədə qanda spirtin miqdarı 0,5 promili keçdikdə velosipedçi hərəkətdən kənarlaşdırılır. Belçika və Fransada 0,5-0,8 promil arası sərxoşluq üçün 135 avrodur. 
Fransada qanda 0,8 promildən yuxarı spirt aşkar edilməsi cinayətdir və cəriməsi 4500 avrodan başlayır. Eyni hal üçün Belçikada cəza 1600-16 000 avro arasındadır. 

İsveçrədə qanında 0,5 promil spirt aşkar edilən velosipedçi 200 frank (400 manat) cərimələnir. Bundan yuxarı hallarda isə cərimə 800 franka çıxa bilər. 

Hər 3 ölkədə məhkəmə digər halları da nəzərə alaraq velosipedçinin sürücülük vəsiqəsini də bir neçə aylıq məhdudlaşdıra bilər.

Hər 3 ölkənin qanunvericiliyində ümumi hal budur ki, sərxoşluğa münasibətdə nəqliyyat vasitəsinin tipinə görə fərq qoyulmur. Eyni əmələ görə cəza həm sürücüyə, həm velosipedçiyə, həm də skuter sürənə verilə bilər. Sadəcə olaraq polis velosipedçiləri daha az yoxladığı üçün hətta avropalıların çoxu sərxoş halda velosiped sürməyin qanunsuz olduğunu bilmir.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Mart 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri