Icma.az
close
up
RU
Velosipedlə hərəkət: yaşıl dünya və sağlam insan

Velosipedlə hərəkət: yaşıl dünya və sağlam insan

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Ümumdünya Velosiped Günü 2018-ci ildə BMT-nin 193 üzvünün yekdil səsi ilə 3 iyunda qeyd edilir. Beləcə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası sadə, qənaətcil, etibarlı və dayanıqlı nəqliyyat vasitəsini təmsil edən velosipedin unikallığını, uzunömürlülüyünü və universallığını bütün dünyada tanıdı. Velosiped təkcə nəqliyyat üçün deyil, həm də səhiyyə xərclərini azaldan, habelə sağlam orqanizmə yol açan vasitədir.

Hər gün velosiped sürmək artıq çəkidən xilas olmaq və formada qalmaq üçün ən yaxşı üsuldur. Çünki müntəzəm olaraq gündə yarım saat velosiped sürməklə 300-400 kalori yandırmaq mümkündür. Velosiped sürmək xolesterol səviyyəsini tarazlaşdırır, qan dövranı sistemini tənzimləyir və ürək xəstəliklərinin qarşısını alır. Velosiped sürmək ilk növbədə ayaqlarınızda, ombalarınızda və mədənizdə əzələ sıxlığını artırmağa kömək edir, həm də qol, çiyin və qarın əzələlərini gücləndirir, bu nahiyələrdəki əzələlər birbaşa hərəkətdə iştirak etməsələr də, məşq zamanı daim gərgin olurlar.

Velosiped sürmək ürəyi, ağciyərləri və əzələləri gücləndirir, həmçinin bədəndə qan və oksigen axınını sürətləndirir. Hər gün yarım saat velosiped sürən adamların yaddaş və beyin funksiyaları yaxşılaşır, qan təzyiqi normallaşır, keyfiyyətli yuxu yatır, balanslaşdırılmış qan şəkəri və güclü immuniteti olur. Velosiped sürmək bütün bədəni aktiv saxlayır ki, bu da yaxşı əhval-ruhiyyədə, stressiz və enerjili olmaq deməkdir.

Dünyada ən çox velosiped sürülən ölkə Niderlanddır. Bu ölkə həm velosiped infrastrukturuna, həm də velosiped sürmə mədəniyyətinə görə dünyada liderdir. Əhalinin təxminən 90%-dən çoxu mütəmadi olaraq velosipeddən istifadə edir. Maraqlı burasıdır ki, bu ölkədə velosipedlərin sayı əhali sayından çoxdur. Niderlanddakı velosiped yollarının uzunluğu on minlərlə kilometrdir, şəhərlər sakit və tıxacsız olur, çünki əksəriyyət velosipedlə hərəkət edir. Həmçinin avtomobillərin atmosferə vurduğu zərər bu ölkədə minimumdur.

“Velosiped dostu olan şəhərlər” adını ala bilmək üçün velosiped yollarının keyfiyyəti, təhlükəsizlik, infrastruktur və velosiped sürməyə olan mədəni yanaşma əsas götürülür. Dünyada ən çox tanınan velosiped dostu şəhərlərdən birincisi Amsterdamdır (Niderland). Bu şəhər velosiped mədəniyyətinin simvolu sayılır. Şəhərin 60%-dən çox sakini gündəlik nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edir. Kopenhagen (Danimarka) də velosiped sevənlərin çox yaşadığı şəhərdir. Bu şəhərdə velosiped yolları geniş və təhlükəsizdir. Niderlandın Utrecht şəhəri velosiped parklarının və yollarının sayı baxımından lider şəhərlərdəndir. Belçikada Antverpen şəhərinin mərkəzində avtomobil hərəkəti demək olar ki yoxdur, hər kəs velosipeddən istifadə edir.

Strasburq Fransada velosipedlə hərəkət etmək üçün ən yaxşı şəraitə malik şəhərlərdən biridir. İsveçin Malmö şəhəri də keyfiyyətli velosiped yolu planlaması və dayanıqlı nəqliyyat siyasəti ilə tanınır. Ameriakanın bir çox şəhəri də velosiped infrastrukturunda yaxşı göstəricilərə malikdir.

Azərbaycanda velosiped yolları ilə bağlı vəziyyət adıçəkilən ölkələrdəki kimi qənaətbəxş deyil. Lakin yaşıl dünya naminə qarşısına qoyduğu öhdəliklərə görə, Azərbaycan, velosipedi bir nəqliyyat vasitəsi kimi stimullaşdırmağa çalışır. Doğrudur, velosiped yoları ölkəmizdə hələ inkişaf mərhələsindədir, paytaxtda başlanan bu infrastruktur hələ mərkəzi yollarda yaradılıb. Dənizkənarı Milli Park boyunca xüsusi velosiped yolları çəkilib ki, bu yol həm yerli sakinlər, həm də turistlərin velosipedi təhlükəsiz şəraitdə sürməsi üçün uyğundur.

Həmçinin Neftçilər prospektində və Xaqani küçəsində velosipedçilər üçün bəzi zolaqlar ayrılıb. Yüksək səviyyədə təşkil edilənm "Bakı Marafonu" və "Bakı Velosiped Günü" kimi tədbirlər vasitəsilə ölkə əhalisi velosipeddən istifadə təşviq olunur. Paytaxt Bakıdan əlavə Gəncə, Sumqayıt və Şəki kimi şəhərlərdə bəzi parkların ərazisində, habelə mərkəzi küçələrdə velosiped yolları yaradılıb. Qeyd etməıliyik ki, bu infrastruktur hələ ilkin səviyyədədir, velosiped yolarının genişləndirilməsi və istifadə üçün əlverişli hala gətirilməsi üçün hər çox iş görülməlidir.

Azərbaycanda velosiped sürənlərin sayına gəlincə, qeyd etmək lazımdır ki, son illərdə bu rəqəm əhəmiyyətli dərəcədə çoxalıb. 2024-cü ilin son 4 ayında 460 min nəfər insan velosiped və skuterdən istifadə edib. Rəqəmlərə görə, 800 min dəfə velosiped və skuter sifarişi edilib. Doğrudur, rəqəmin böyük nisbətini skuter icarəsi təşkil edir, lakin bu nəqliyyat vasitəsi də təbiət dostu olduğuna görə daha çox istifadəsi yaxşı haldır.

Bakıdakı Velopark Azərbaycanın açıq səma altında yerləşən ən böyük idman qurğularından biridir. Velosiped idmanının BMX növü üzrə 2018-ci il dünya çempionatının keçirildiyi trek də Veloparkda yerləşir. Burada ilk ağaclar ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə əkilib.

Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbi (ROEQİUGVM) də Azərbaycanda velosiped idmanının inkişafında rolu olan məktəbdir. Məktəb 1984-cü ildə yaradılıb və Respublika Velotrekinin bazasında fəaliyyət göstərir. Burada velosiped idmanı ilə məşğul olan yeniyetmə və gənclər məşqləri həm açıq səma altındakı velotrek meydanında, həm Veloparkda, həm də ölkə daxilində şose yollarında keçirlər.

Həmçinin, “Təhsil” Respublika İdman Mərkəzinin nəzdində fəaliyyət göstərən 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (7İOEUGİM) 1969-cu ildə yaradılıb. Məktəbin velosiped idmanı ilə məşğul olan idmançıları Əhmədli qəsəbəsində yerləşən 7İOEUGİM-ə məxsus velobazada, Respublika Velotrekində və şoselərdə məşq keçirlər.

Ölkəmizdə həmçnin paravelosipedçilər birliyi də var. "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyi 27 dekabr 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Təsisçilər 1-ci qrup fiziki məhdudiyyətli əlil arabası istifadəçisi Amid Həsənquliyev və 1-ci qrup Qarabağ qazisi, əlil arabası istifadəçisi Bəhlul Əliyevdir.

Tədqiqatlar göstərir ki, velosiped sürmək idman məqsədi ilə yeriməkdən daha faydalıdır. Araşdırmalara görə, velosiped sürmək qarın piylərini əridən ən yaxşı idman növüdür. Həftədə ən az 3 gün velosiped sürmək, nizamlı rejim və qidalanmaya diqqət yetirməklə, qarındakı artıq çəkidən qurtulmaq mümkündür. Ümumiyyətlə, sistemli olaraq pedal çevirmək insana tempindən və çəkisindən asılı olaraq saatda orta hesabla 550 kalori itirməyə kömək edir. Müntəzəm olaraq 45 dəqiqəlik velosiped idmanı və balanslı qidalanma ilə ayda 2-3 kilo arıqlamaq mümkündür. Qısası, həm yaşlı dünyanı qorumaq, həm də sağlam yaşlanmaq üçün velosiped sürmək şərtdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı ” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyun 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see359

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see357

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see287

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see248

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see234

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see219

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see213

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see197

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see196

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see195

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see189

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see188

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see185

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see181

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see175

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see175

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see173

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see164

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see145

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri