Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib Siyahı
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 90 min 821 ədəd ikitəkərli və digər növ mühərriksiz velosipedlər idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan velosipedlərin ümumi gömrük dəyəri 3 milyon 275,7 min dollar (5 milyon 568,69 min manat) təşkil edib.
Qeyd edək ki, bu il idxal olunan velosipedlərin 1 ədədinin orta gömrük dəyəri 36,1 dollar (61,3 manat) olub.
Velosipedlər Azərbaycana aşağıdakı ölkələrdən idxal edilib:
Çin – 89 min 820 ədəd (1 ədədin orta gömrük dəyəri 58,7 manat);
Rusiya – 658 ədəd (302,4 manat);
Almaniya – 190 ədəd (159 manat);
İran – 60 ədəd (11 manat);
Tayvan – 35 ədəd (1 137 manat);
Banqladeş – 21 ədəd (382,4 manat);
İtaliya – 6 ədəd (260,7 manat);
Portuqaliya – 10 ədəd (627,3 manat);
Rumıniya – 8 ədəd (357 manat);
Türkiyə – 3 ədəd (85 manat);
Böyük Britaniya – 3 ədəd (425 manat);
Niderland – 3 ədəd (175,7 manat);
Polşa – 2 ədəd (323 manat);
Ukrayna – 1 ədəd (17 manat);
Bolqarıstan – 1 ədəd (170 manat).
Məlumat üçün onu da bildirək ki, bu ilin iyun ayında Azərbaycanda satılan velosipedlərin bir ədədinin orta pərakəndə satış qiyməti 226 manat olub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:“Su filtrləri” Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib? Siyahı
16 Yanvar 2026 16:15
Televizor Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? Siyahı
24 Aprel 2025 14:04
Limon Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? Siyahı
22 Dekabr 2025 16:46
Azərbaycana qəhvə hansı ölkələrdən və neçəyə gətirilir? Siyahı
19 İyun 2026 15:59
Armud Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? Siyahı
11 Oktyabr 2026 20:04
Baxış sayı:94
Bu xəbər 07 Avqust 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















