Icma.az
close
up
RU
Sülh müqaviləsi nə vaxt imzalanacaq? Paşinyan 6 səs axtarışında

Sülh müqaviləsi nə vaxt imzalanacaq? Paşinyan 6 səs axtarışında

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Ermənistan Ədliyyə Nazirliyi bu ölkənin yeni Konstitusiya layihəsini açıqlayıb.

“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, layihədə Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

Qeyd edək ki, Müstəqillik Bəyannaməsində Qarabağ və qondarma “erməni soyqırımı” ifadələri, həmçinin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları əksini tapıb.

Bildirilir ki, yeni Konstitusiya layihəsində parlament idarəetmə forması saxlanılır. Erməni Apostol Kilsəsinə aid müddəa isə dəyişməz qalıb.

Xatırladaq ki, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarını çıxartmayınca, sülh sazişinin imzalanması mümkünsüzdür.

Hələlik yeni Konstitusiya layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılıb.

Onun ardınca proseslə bağlı daha hansı addımlar atılacaq? Bu gedişlə referendum haçan keçirilə və ardınca sülh müqaviləsi nə vaxt bağlana bilər?

Hüquqşünas Qulamhüseyn Əlibəyli “Bakupost”a bildirib ki, Ermənistanın yeni konstitusiya layihəsi artıq ictimai müzakirəyə çıxarılıb:

“Orada keçən əsrin 90-cı illərində yer alan müstəqillik bəyannaməsinə, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərara istinad artıq aradan qaldırılıb. Bu müsbət addımdır və onu göstərir ki, hazırki Ermənistan hakimiyyəti nəyin bahasına olursa-olsun, sülh prosesinə üstünlük verir”.

Ekspertin fikrincə, konstitusiya layihəsi üzrə müzakirələr 2-3 ay davam edə bilər:

“Hələlik layihə ictimai müzakirəyə verilib. Onun nə vaxta qədər davam edəcəyi müəyyənləşməyib. Amma təcrübələrə əsasən deyə bilərik ki, belə hallarda konstitusiya layihəsi üzrə müzakirələr 2-3 ay, bəzən bir qədər də artıq davam edir. Ardınca təkliflər nəzərə alınmaqla layihə bir daha işlənəcək. Daha sonra referendumun təyin olunması üçün parlamentin müzakirəsinə təqdim edəcəklər”.

Müsahibimiz məsələnin parlamentdə müzakirəsi prosesinin problemli olacağını düşünür:

“Bəri başdan hər iki müxalifət bloku referendumun əleyhinə olacaqlarını bəyan ediblər. Paşinyan faktiki olaraq öz siyasi karyerasını konstitusiya layihəsi və referendum üzərində qurur. Elan edib ki, referendumda istədiklərinə nail olmasa, birbaşa istefa verəcək. Həmçinin deyib ki, referendumda üstünlük qazansalar, növbəti seçkilərdə öz namizədliyini irəli sürməyəcək. Referendumun təyin olunması üçün Paşinyana parlamentdəki öz nümayəndələrindən əlavə daha 6 səs lazımdır. Ola bilsin cəmiyyətin təzyiqi ilə Paşinyan bu 6 səsi də əldə etsin. Bu da mümkün haldır. Amma alınmasa Paşinyan başqa variant təklif edərək yeni parlament seçkilərinə gedə bilər. Görünür, Paşinyan yeni parlament seçkilərində daha çox üstünlük əldə edəcəyinə arxayındır”.

Müsahibimiz hesab edir ki, prinsip etibarı ilə parlament məsələyə müsbət rəy verərsə, 2-3 aydan sonra referendumun təyin ediləcəyini gözləmək olar.

Əks halda isə onun fikrincə, proses növbəti ilin ortalarına qədər uzana bilər:

“Referendumun nəticələri adətən rəsmi elan olunduqdan sonra qüvvəyə minir. Azərbaycan tərəfi də referendumun nəticələrinin rəsmi elan olunmasını gözləyəcək. Referendumda konstitusiya layihəsinə səs verilərsə, səhv etmirəmsə, ən geci bir ay müddətində onun nəticələri elan edilməlidir. Yəni belədə referendumdan təxminən bir ay sonra sülh müqaviləsi imzalana bilər”.

Rüfət Sultan,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Noyabr 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri