Icma.az
close
up
RU
Venerada həyat var? Bu planetdə yaşamaq mümkün ola bilər

Venerada həyat var? Bu planetdə yaşamaq mümkün ola bilər

Icma.az, Milli.az saytına istinadən bildirir.

Uzaq planetlərdə həyat ehtimalı elmi maraq dairəsinin əsas mövzularından biri olaraq qalır. Bu baxımdan Venera əvvəllər həyat üçün əlverişsiz hesab edilsə də, yeni tədqiqatlar onun atmosferində bioloji aktivliyə işarə edən izlər ola biləcəyini ortaya qoyur.

Milli.Az xəbər verir ki, son elmi araşdırmaların nəticələrinə görə, Veneranın qalın və zəhərli atmosferində həyatın başlanğıcı üçün önəmli ola biləcək bir molekul peptid nuklein turşusu mövcud ola bilər. Bu molekul struktur baxımından DNT-yə bənzəyir və maraqlıdır ki, otaq temperaturunda, təxminən iki həftə ərzində 98 faizli kükürd turşusu kimi sərt mühitdə belə öz sabitliyini qoruya bilir.

Bu araşdırma Polşa, Böyük Britaniya və ABŞ-dən olan bir qrup tədqiqatçı tərəfindən həyata keçirilib. Mütəxəssislərin fikrincə, Yer üzündəki canlı orqanizmlərin yaşaması üçün su əsas şərtdirsə, Veneradakı mümkün həyat formaları üçün bu funksiyanı yüksək konsentrasiyalı kükürd turşusu yerinə yetirə bilər. Polşalı biokimyaçı Yanuş Yurand Pentkovski bildirib ki, bu günə qədərki ümumi fikir belə idi: kükürd turşusu kimi güclü turşular bütün üzvi maddələri parçalayır və onların yaşamasına imkan vermir. Ancaq aparılan təcrübələr bunun tam əksi olduğunu göstərdi - bəzi molekullar bu sərt mühitə tab gətirə bilir.

Bu tapıntı əvvəllər Venera atmosferində aşkarlanmış fosfin və ammonyak kimi bir sıra maddələrin bioloji proseslərlə əlaqələndirilə biləcəyi barədə irəli sürülmüş hipotezləri gücləndirir. Son tədqiqat bu fərziyyələri molekulyar səviyyədə əsaslandırmağa çalışır.

Lakin araşdırma göstərib ki, peptid nuklein turşusu 50°C-dən yüksək temperaturlarda artıq sabitliyini itirir. Halbuki Veneranın buludlu qatlarında temperatur 0°C-dən 100°C-yə qədər dəyişə bilir.

Hazırda alimlərin əsas məqsədi bu temperaturlarda sabit qala bilən və alternativ həyat formalarında genetik informasiya daşıyıcısı kimi çıxış edə biləcək yeni bir polimer növü üzərində işləməkdir, yəni "Yer mənşəli olmayan həyatın DNT-si" funksiyasını yerinə yetirə biləcək molekulun yaradılmasdır. 

Asya
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 May 2025 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri