Icma.az
close
up
RU
“Araz Naxçıvan” əzmkar qələbə qazandı

“Araz Naxçıvan” əzmkar qələbə qazandı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Araz-Naxçıvan – Karvan-Yevlax 2:1 (0:1)
94. Tərlan Əhmədli – 6,0
77. Bruno Franko – 6,0
17. İssuf Paro – 5,5
29. Vanderson Melo – 6,0
26. Ömər Buludov – 5,0
(34. Urfan Abbasov, 56) – 5,0
6. Patrik Andrade – 5,5
2. Qara Qarayev (k) – 5,0
(8. Coşqun Diniyev, 46) – 5,0
10. Felipe Santos – 7,0
19. Bar Kohen – 5,0
(14. Ülvi İsgəndərov, 46) – 6,5
70. Şarl Boli – 4,5
(16. Ramon Maçado, 25) – 5,5
11. Ba-Muaka Simakala – 5,0
(7. Hamidu Keyta, 46) – 6,5
Ehtiyat oyunçular
12. Kristian Avram
76. Süleyman Həsənov
5. Slavik Alxasov
22. Elçin Mustafayev
24. Mustafa Əhmədzadə
23. Nuno Rodriges
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Felipe Santos
1. Kamran İbrahimov – 5,5
(25. Əmrah Bulud, 78) – qiymətsiz
13. Vüsal Məsimov – 5,5
(37. Mois Nqvisani, 75) – 5,0
21. İmani Barker – 5,5
32. Elvin Yunuszadə - 5,0
(4. Olavale Doyeni, 64) – 5,0
33. Eltun Turabov – 5,0
2. Şakil Sno – 5,0
11. Kayl Spens – 5,5
19. Tompson Qavi – 5,5
6. Vadim Abdullayev – 4,5
10. Samuel Durrant – 5,0
(8. Peter Kinqs, 75) – 5,0
7. Araz Abdullayev (k) – 6,0
(14. Uğur Cahangirov, 75) – 5,0
Ehtiyat oyunçular
42. İbrahim Qədirzadə
22. Qabil Əlizadə
77. Əli Abdullayev
5. Nika Çaçaşvili
12. Vitor Roşa
Baş məşqçi: Azər Həşimov
Komandanın ən yaxşısı: Araz Abdullayev
Qollar: A.Abdullayev, 16 (0:1, T.Qavi). H.Keyta, 65 (1:1, Ü.İsgəndərov). F.Santos, 90+2-p. (2:1).
Vərəqələr: R.Maçado, 57 (qeyri-idman hərəkəti). İ.Barker, 59 (oyunun bərpasının ləngidilməsi). A.Abdullayev, 69 (hakimin qərarına etiraz). Ü.İsgəndərov, 70 (qeyri-idman hərəkəti). V.Abdullayev, 90 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: NİCAT İSMAYILLI, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Əli Əliyev (Bakı).
VAR hakiminin köməkçisi: Şirmamed Mamedov (Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Zaur Hacıməhərrəmov (Bakı).
8 noyabr. Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 120 tamaşaçı (9502 yerlik).
Birinci hissəyə 5, ikiinci hissəyə 9 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Son üç turda itirdiyi xallar üzündən avrokuboklar uğrunda mübarizədə nəinki şanslarını azaldan, hətta ilk “dördlük”dən kənarda qalan “Araz-Naxçıvan” bu matçda da qələbə qazanmasa, millinin oyunlarıyla bağlı fasiləyə yetərincə gərgin ab-havada yollanacaqdı.

Məhz bu məqam “Karvan-Yevlax” üçün də keçərliydi. Ona görə ki, Azər Həşimovun premyer-liqada qalmaq uğrunda tər tökən komandası mövsümün yegənə qələbəsini ikinci turda qazanıb. İndi tilsimi qırmaq, “Sumqayıt”a uduzduğuna görə yerində saymağa məcbur olan “Qəbələ”ni qabaqlamaq üçün ən azı bir xal qazanmaq vaxtı idi.
İnsafən, Yevlax təmsilçisinin ilk başda bu yöndə ümid verdiyini vurğulayaq. Hər halda, qonaqlar matça güclü rəqibindən daha istəkli başladı. O başqa məsələ ki, ilk təhlükəli vəziyyətin həyəcanını yaşamaq üçün bir qədər gözləməli olduq. Nəhayət, 13-cü dəqiqədə Qavi cərimə meydançasının həndəvərindən bəxtini sınadı ki, qeyri-dəqiq zərbə ilə yadda qaldı. Əslində ikinci hücum cəhdini “Araz-Naxçıvan”ın ifasında izləyə bilərdik. Ancaq “Karvan-Yevlax” Simakalanın Boliyə göndərmək istədiyi topun ünvana çatmasına imkan vermədi. Daha dəqiqi, irəli atılan Durrant dərhal Qavini “gördü”. Xeyli məsafə qət etdikdən sonra Araza ötürmə verən nigeriyalı 16-cı dəqiqədə komanda yoldaşının hesabı açmasına yardım etdi. Abdullayev Paro və Franko cütlüyünün mane olmaq cəhdlərinə rəğmən, ənənəvi üslubunda baxımlı qola imza atdı.
“Qırmızı-ağlar”ın “cavab atəşi” də özünü çox gözlətmədi. Patrik adını tabloya yazdırmaq istəyirdi ki, Kamranı “nişan aldı”. Andradenin 21-ci dəqiqədə təsadüf edən zərbəsi isə topun tirin üstündən şütüməsiylə nəticələndi. Ardından “Karvan-Yevlax”ın fərqi artırmaq fürsətini boşa verdiyi anları izlədik. Buna Tompsonun qeyri-dəqiqliyi səbəb oldu. “Araz-Naxçıvan”ın hesabı bərabərləşdirməsi üçün əlverişli imkan 29-cu dəqiqədə ələ düşdü. Santos – Maçado – Kohen kombinasiyası uğurla başa çata bilərdi ki, Barkerin həlledici müdaxiləsi qeydə alındı. Topu Kohenin ayaqlarından “oğurlayan” fransalı komandasının üstünlüyünü qorudu.
Bir qədər sonra Patrik və Ömər rəqibə təhlükəli anlar yaşatdı. Ancaq Andrade qeyri-dəqiq zərbəylə yadda qaldısa, Buludov Kamran səddini aşa bilmədi. 36-cı dəqiqədə Tərlan Muxtar Respublika təmsilçisinin qəhrəmanına çevrildi. O, buna Spensin “çərçivə”yə tuş gələn zərbəsini barmaqlarının ucuyla zərərsizləşdirməklə nail oldu. Birinci hissə Tompsonun növbəti cəhdi qeyri-dəqiqlik üzündən puç etməsindən sonra bitdi. Beləliklə, qonaqlar fasiləyə üstün yollandı.
Elmar Baxşıyev ikinci yarıya dəyişikliklərlə başladı. Qara, Kohen və Simakalanı, uyğun olaraq, Coşqun, Ülvi və Keyta ilə əvəzləyən mütəxəssisin arzusu komandasının hücumlarda daha effektiv çıxış etməsiydi. Belə də oldu: Ülvi hələ 48-ci dəqiqədə varlığını hiss etdirdi ki, top tirin üstündən keçdi. Bu mənada onun 52-ci dəqiqədə cərimə meydançasında qərarlaşan Ömərə verdiyi ötürməni də vurğulamalıyıq. Axı Buludovun qeyri-dəqiq zərbə ilə yadda qalması Ülvinin günahı deyil.
Hər halda, Baxşıyev qısa müddətdə istəyinə çatdı: 65-ci dəqiqədə Keyta Ülvinin ötürməsi sayəsində yaxın məsafədən topu tora qovuşdurdu. Bundan sonra komandaların sakit məcrada davam edən mübarizəsinə şahidlik etdik. Daha çox mərkəzdə davam edən matçda sükutu “Araz-Naxçıvan”ın tutarlı hücumu pozdu. 82-ci dəqiqədə qeydə alınan epizodda qonaqların bəxti gətirdi desək, yanılmarıq. Ona görə ki, Maçadoyla Ülvinin ardıcıl zərbələri tirdən qayıtdı.
Oyunun taleyini həll edən qol isə penaltidən vuruldu. Buna Vadimin Keytanın zərbəsinin qarşısını qoluyla kəsməsi səbəb oldu. Belədə 90+2-ci dəqiqədə topun arxasına keçən Santos “qırmızı-ağlar”a qələbə qazandırdı. Azər Həşomovun başı üzərində dolanan buludlar get-gedə sıxlaşır...
Gözdən qaçmadı
Santos penaltini qapı arxasındakı topdaşıyan azyaşlının göstərdiyi nöqtəyə zərbə endirməklə yerinə yetirdi. Melo komandası adından həmin uşağa təşəkkür etdi.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Noyabr 2025 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see248

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see239

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see234

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see232

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see231

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see228

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see227

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see227

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see221

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see206

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see205

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see200

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see199

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see196

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see193

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see191

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see191

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see188

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see187

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri